Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə91/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   87   88   89   90   91   92   93   94   ...   103

Həqiqət və bilik 

 

 

475



Hər dəfə biz hadisələrə  

təkcə başqa tərəfdən yox, həm də başqa  

gözlə baxırıq – buna görə də bizə elə gəlir ki,  

onlar dəyişiblər. 

 

Paskal 

 

 

 

Fəlsəfi diskussiyada daha çox  

qazanan məğlub olandır, çünki o,  

biliklərini artırmış olur. 

 

Epikür 



 

 

 

Sual da, cavab da bilikdən doğulur. 

 

Mövlana 



 

 

 

İnsanlar adətən onlara  

məlum olan şeylərin təbiəti haqqında  

düşünmürlər. Həddindən artıq orijinal zəka  

tələb olunur ki, özlüyündə aydın olan şeyi  

təhlil etməyə başlasın.  

 

Uaythed 



 

 

 

Bildiklərinə əməl etməyən  

adam əlində çıraq gəzdirən kora bənzər.  

 

Sədi Şirazi 

 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



476

Ehtiyac əməyi, əmək biliyi doğurmuşdur. 

 

Balzak 

 

 

 

Çox pulu olan, lakin ondan  

istifadə etməyi bacarmayan adamlar olduğu kimi,  

çox biliyi olan, lakin onu düzgün yönəldə  

bilməyənlər də var.  

 

Əbu Turxan 

 

 

 

Biliyin ağası olmaq  

üçün zəhmətin köləsi olmaq lazımdır.  

 

Balzak 

 

 

 

Ağıl-kamal verdi sənə yaradan, 

Çalışıb hər sirri öyrən hər zaman.  

 

Marağalı Əvhədi 

 

 

 

Mənim biliklərim bədbin, inamım – nikbindir.  

 

A.Şveyser 



 

 

 



Mən bir çox şeyi müəllimlərimdən,  

bundan daha çox isə şagirdlərimdən öyrəndim.  

 

Konfutsi 

 

 



Həqiqət və bilik 

 

 

477



Pis müəllim biliyin özünü,  

yaxşı müəllim onu tapmağı öyrədir. 

 

Disterveq 

 

 

 

Oxumaq insana bilik,  

söhbət – hazırcavablıq, yazmaq vərdişi  

isə dəqiqlik aşılayır.  

 

F.Bekon 



 

 

 

Tamı mənimsəmək heç də  

o demək deyil ki, hissəni də mənimsəmişik.  

 

Aristotel 

 

 

 

Bildiyini bilənin arxasınca gedin, 

Bildiyini bilməyəni oyandırın, 

Bilmədiyini bilənə öyrədin, 

Bilmədiyini bilməyəndən qaçın.  

 

Konfutsi 

 

 

 

Bütün hissələri mənimsəyib  

bütövdən xəbərsiz qalmaq mümkündür.  

 

Əbu Turxan 

 

 

 




 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



478

Sonlu olan heç vaxt  

sonsuz olanı qavraya bilməyəcəkdir.  

 

Yunq 



 

 

 

Bilikdən daha zəngin xəzinə,  

pis xasiyyətdən daha rəzil düşmən ola bilməz.  

 

Sokrat 

 

 

 

O şey ki, bizlərə lap aşikardır 

Orda gizli bir xəzinə vardır.  

 

Nizami 

 

 

 

Dünyada məqamı bilməyən bir kəs 

 Pərdəli yolları düz gedə bilməz.  

 

Nizami 

 

 

 

Dad yarımçıq əlindən. 

Atalar sözü

 

 




 

 

 



 

 

 

Elm,  

təhsil, kitab


 

 

 



 

 

 



Dünyanı istəyən elmə sarılsın, 

axirəti istəyən yenə elmə sarılsın. 

 Hz.Məhəmməd

 



Elm, təhsil, kitab 

 

 

481



 

 

 



 

 

Elmlər insan ruhunun gözünü 



təmizləyir və yenidən açır. Ruhun gözü min dənə 

adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə 

həqiqəti görmək mümkündür.  

 

Platon 



 

 

 

Elm bir nur, cəhl zülmətdir.  

 

Şəbustəri 



 

 

 

Niyyət elm ilə əməl arasında bir vasitədir.  

 

N.Tusi 



 

 

 

Nursuz göz kimidir elmsiz ürək.  

 

Marağalı Əvhədi 



 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə