Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə2/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   2   3   4   5   6   7   8   9   ...   103

 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 



 

6

yir, bir çömçə də mənə tök” sözləri ilə də ifadə olunur. Bu hik-

mətin elmi fəaliyyət sferasına transformasiyası  təbii ki, ancaq 

alimlər üçün anlaşılandır.  Əslində onların da belə hikmətlərə 

ehtiyacı var, çünki elmi fəaliyyət bir çox adamlar üçün artıq hə-

yat tərzinə çevrilmişdir.  

Bir sözlə, bu kitab həm də klassika ilə müasirlik arasında 

bir körpü, hikmət dünyasına müasir baxışdır.  

Aforizmlərin toplanmasında, seçilməsində, tərcüməsində 

yardımlarına görə  Şərq-Qərb tədqiqat mərkəzinin  əməkdaşları 

fəlsəfə elmləri doktoru Könül Bünyadzadəyə və fəlsəfə doktoru 

Lətafət Hümmətovaya öz dərin minnətdarlığımı bildirirəm.  

Onu da qeyd edək ki, kitaba daxil edilmiş aforizmlərin 

çoxu Azərbaycan oxucusuna ilk dəfədir ki, təqdim olunur. Ona 

görə də, gələcək nəşrlərdə seçim meyarını daha da təkmilləşdir-

mək üçün oxucu rəyinə böyük ehtiyac vardır.  

 

ssx@azun.baku.az 



 

 


 

 

  



 

 

 

 

 

 

Giriş 


ə

v

ə

zi: 

 

Dildə yatan fəlsəfə 



 

 

 



 


Dildə yatan fəlsəfə  

 

 

 

9



 

 

 



 

 

 



 

Af

orizmlər iki cür olur. Bir qisim aforizmlər fikirlərdən 

nəticə kimi hasil olur. Başqa bir qism isə fikrin hələ açılmamış, 

şaxələnməmiş ilkin variantıdır. O açıla-açıla gedir, böyük fəl-

səfi sistemlər yaranır. Və böyük fəlsəfələr insana qayıtmaq üçün 

yenidən hansı isə aforizmlərdə konsentrasiya olunur. Kantın fik-

rinə görə, aforizm, hikmət ancaq o zaman həqiqəti daha yüksək 

səviyyədə ifadə edə bilir ki, elmi kontekstə salınmış olsun: 

“Elmsiz müdriklik (hikmət) kamilliyin ancaq kölgəsidir”

1

. Belə 



ki, fikirlər zəncirindən qoparılmış ayrıca bir halqa özlüyündə nə 

qədər dəyərli olsa da, hara getdiyini bilmir, istiqamətdən, yön-

dən məhrumdur. Ona görə də müdrik fikirlər bir neçə səmtə yo-

zula bilər. Onları düzgün yoza bilmək və yerində işlədə bilmək 

üçün adamın özündən müdriklik tələb olunur. Necə deyərlər, 

gərək xəmirin hikmətlə yoğrulmuş olsun. Bu isə ancaq o zaman 

mümkündür ki, adamın dil açdığı dilin özü də hikmətli olsun.  

Dildə yatan fəlsəfə! Dilin hikmət potensialı! 

İnsanın həyat yoluna işıq salan müdrik fikirlər ilk öncə 

şifahi xalq ədəbiyyatından qaynaqlanır. Həyatın hikməti öz ifa-

dəsini fəlsəfədən daha çox, mifik təfəkkürdə, dastanlarda və 

əsatirlərdə tapır. Xalq hikməti kimi, aforizmlər də insanların hə-

yat təcrübəsinin məntiqi ümumiləşdirilməsindən daha çox, hissi 

                                                 

1

 Кант  И.  Собрание  сочинений  в  восьми  томах / Под  общей  ред. 



проф. А.В.Гулыги. М., Изд-во «Чоро», 1994. Т.8. с.91.  


 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



10

yaşantıların obrazlı ifadəsinə uyğun gəlir.  

Aforizmdə fikir qapanır. Fikrin gözəlliyi ilə deyilişin gö-

zəlliyi bir-birini tamamlayır. Lakin çoxlu gözəl ifadələr var ki, 

özlüyündə müəyyən bir fikrin ifadəsinə xidmət etsə də, açıq qa-

lır. Bunlara bəzən “qanadlı ifadələr” də deyirlər. 

Hələ bitməmiş fikirlər təxəyyül üçün geniş meydan açır. 

Fikrin hansı istiqamətdə tamamlanması, hansı  səmtə yönəldil-

məsi hər bir adamın öz intellektual və  mənəvi səviyyəsindən 

asılı olur. Lakin dil də buna imkan verməlidir. Oturuşmuş “qa-

nadlı sözlər”, klassik ifadələr də dilin zənginliyindən xəbər ve-

rir. Maraqlıdır ki, təbii işlək dil kimi sıradan çıxmasına baxma-

yaraq, latın dili indi də bir hikmət dili kimi işlənməkdədir. Am-

ma təxəyyül üçün ən böyük meydan ənənəvi təşbehlərin, bədii 

rəmzlərin zənginliyi sayəsində açılır.  

Bütün poeziya açıq fikirlər əsasında qurulmuşdur.  

Poeziya əsasən təsvir və  tərənnüm edir; ya ruhu təbiətin 

rəngində, ya təbiəti ruhun dilində! Düşünməyi və fəlsəfi nəticə-

lər çıxarmağı isə oxucunun öz öhdəsinə buraxır. Lakin bütün 

məharət də elə bundan ibarətdir ki, həyatın, təbiətin elə 

səhnələrini və elə  təsvir edə biləsən ki, o, duyğuları canlan-

dırsın, zəka çırağını alışdıra bilsin.  

Aforizmdə fikrin başlanğıcı və sonu bir yerdədir. Fəlsəfə 

isə başlanğıcdan sona qədər böyük bir səyahətdir. Amma bu sə-

yahət bir düşüncə prosesidir, – filosofluqdur (rusca “философ-

ствование”). Səyahətin özü də müstəqil dəyər hesab oluna bi-

lər, amma necə ki, hər səfərdən bir xatirə ilə, suvenirlə qayıdır-

lar, eləcə  də uzaq məsafəli düşüncələrdən arabir qısa, yetkin, 

bitkin fikirlər də hasil olur. Bizə qalan da, hamının istifadəsinə 

verilən də elə bu “suvenirlər”dir.  

Çox vaxt aforizmləri ayrıca bir ədəbi janr kimi dəyərlən-

dirirlər. Lakin ədəbi-fəlsəfi fikir tarixində oturub məhz aforizm 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə