Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə3/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   2   3   4   5   6   7   8   9   ...   103

Dildə yatan fəlsəfə  

 

 

 

11



yazmaqla məşğul olan çox az ədiblər göstərmək olar. Bunların 

ən parlaq nümayəndələri Monten və Lixtenberq hesab olunur. 

Blez Paskalın da məhz aforizm janrına uyğun gələn müdrik fi-

kirləri çoxdur. Şərq ədəbi-fəlsəfi fikrində yaradıcılığı əsasən nə-

sihətlər kimi səslənən mütəfəkkirlər, məsələn, Mövlana və Sədi 

Şirazi də kiçik hekayətlər yazmış və onların xülasəsi olaraq bir 

və ya iki beytdə öz fikirlərini ifadə etmişlər. Lakin sufilərin ya-

radıcılıq üslubuna uyğun gələn və ola bilsin ki, hədislərdən qay-

naqlanan bu yaradıcılıq növü aforizm janrına aid edilə bilməz. 

Sadəcə olaraq daha çox həyata yaxın olan, məsələn, Sədi Şirazi 

kimi, gəzib-gördüklərini qələmə alan insanların müşahidələrinin 

və ibrətamiz həyat təcrübəsinin yığcam hekayətlər şəklində qə-

ləmə alınması doğrudan da ayrıca bir ədəbi janr hesab oluna bi-

lər. Amma təkrar edirik ki, bu janrın aforizmlərə birbaşa aidiy-

yəti yoxdur. Məsələn, başdan ayağa bu cür nəsihətlərdən ibarət 

olan  Kəlilə  və Dimnə, Qabusnamə,  habelə  Sədinin  Bustan və 



Gülüstan əsərlərindən sözün klassik mənasında aforizm seçmək 

cəhdlərimiz elə  də  uğurlu nəticə vermədi. Götenin, Tolstoyun 

əsərlərindən seçilən yüzlərlə aforizmlə müqayisədə Şərqin nəsi-

hət abidələrindən çox az sayda aforizm seçə bildik.  

Araşdırma göstərir ki, Şərqdə konkret hadisələrin təsvi-

rindən ayrıla bilməyən, ümumiləşmə dərəcəsi aşağı olan fikirlə-

rin gücü, daha çox onların  ədəbi-bədii dəyərindədir. Yəni, ya 

hekayətin bədii koloriti, ya şeirin ahəngi önə çıxır və fikir yenə 

də arxa planda qalır. Onlar bədiilikdən azad edildikdə, “çılpaq 

halda”, yəni məhz bir fikir kimi ayrılıqda yaşamaq və nəsildən-

nəslə ötürülmək qüdrətində olmur.  

Maraqlıdır ki, əslində Qərbdə də aforizmlər böyük alim-

lərdən və filosoflardan daha çox, ədiblər tərəfindən söylənmiş-

dir. Lakin diqqəti önəmli bir cəhətə yönəltmək istərdik. Biz 

“ədiblər” dedik, amma bunu konkretləşdirsək, məlum olur ki, 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



12

fikrin müstəqil dəyər kəsb etməsi üçün məhz epik təfəkkür daha 

vacib şərtdir.  

Şərq üçün səciyyəvi olan poetik üslub və sözün “bəzən-

məsi” xeyli dərəcədə Qərb poeziyasına da aiddir. Görünür, ona 

görədir ki, Qərbdə ən gözəl aforizmlərin müəllifləri əsasən na-

sirlər və qarışıq janrlarda yazan mütəfəkkir ədiblərdir. Göte də 

yəqin ki, şair olduğu üçün yox, öz poetik vüsətini nəsr dilində 

və elmi-fəlsəfi üslubda ifadə etmək təcrübəsi olan bir sənətkar 

kimi bu qədər gözəl aforizmlərin müəllifi ola bilmişdir.  

Başqa bir cəhəti də vurğulamaq istərdik. Böyük yazıçılar 

çox vaxt məqsədyönlü surətdə müdrik fikirlər “düşünüb tapmır” 

ki, bunu əlavə bir detal kimi öz romanına daxil etsin. Əksinə, 

əsl nasir çalışır ki, hər hansı bir fikir bədii kontekstdən ayrılaraq 

ahəngi pozmasın. Bəs onda onların “aforizm yaradıcılığı” necə 

baş tutur? Məsələ burasındadır ki, onlar nəinki məxsusi olaraq 

aforizm yazmırlar, çox vaxt heç öz aforizmlərindən xəbərləri də 

olmur. Bu aforizmləri böyük-böyük romanların təhkiyəsindən 

ayırıb müstəqil fikir kimi toplayanlar tamamilə başqa adamlar-

dır. Bu fikri daha əyani çatdırmaq üçün biz Maksim Qorkinin 

Lev Tolstoyla görüşündən bir fraqmenti yada salmaq istəyirik. 

Qorki özünün “Öküz” əsərini Tolstoya göstərir və onun iradla-

rından biri də bu olur ki, nəyə görə  əsərin qəhrəmanları sanki 

aforizmlərlə danışırlar. Və bunun təbii səslənmədiyini deyir. M. 

Qorki sonralar xatirələrini yazarkən belə bir cəhəti də vurğula-

yır ki, axı Tolstoyun öz əsərlərində də aforizm çoxdur, lakin o 

bunu məhz qüsur hesab edir.  

Yeri gəlmişkən, Maksim Qorki doğrudan da dünya ədə-

biyyat klassikləri içərisində müdrik fikirlər ustası kimi də seçi-

lir. Lakin, görünür, əsl sənətkarlıq bu fikirləri bədii təhkiyədə 

məharətlə əritməkdən ibarətdir. Bununla belə, diqqətlə oxuduq-

da Hüqoda da, Balzakda da, Tolstoyda da, Dostoyevskidə də ya 




Dildə yatan fəlsəfə  

 

 

 

13



obrazların dili ilə, ya da müəllifin öz “izahlarında” müstəqil su-

rətdə yaşamaq haqqı olan fikirlər tapmaq çətin deyil. Biz ancaq 

bir neçə yazıçının adını çəkdik. Ümumiyyətlə isə bədii əsərlərin 

ifadə etdiyi fikirlər yazıçının özü tərəfindən aşkar  şəkildə for-

mulə olunmaya da bilər; bu iş daha çox dərəcədə tənqidçilərin 

öhdəsinə düşür. Ona görə  də böyük tənqidçilər həm də böyük 

mütəfəkkir və gözəl aforizm müəllifləri olurlar. Lakin bu zaman 

kimin əsl müəllif olduğunu müəyyənləşdirmək çətindir. Yazıçı 

və tənqidçi bu cür aforizmlərin sanki həmmüəllifləridir.  

Müasir aforizm yaradıcılığı  təcrübəsindən çıxış edərək 

bir çox Şərq mütəfəkkirlərinin, o cümlədən, Nizaminin, Füzuli-

nin  əsərlərindəki ideyaları ümumiləşmiş  şəkildə ifadə etmək, 

aforizm halına salmaq. Lakin böyük klassiklərin fikirlərini baş-

qa formada ifadə etmək məsuliyyətini üzərinə götürmək çox bö-

yük yükdür. Belə bir addımı biz ancaq Əbu Turxanın ideyalarını 

öz üslubumuzda təqdim etməklə atmışıq. Onun Şərq düşüncəsi-

nin dərinliklərindən gələn fikirləri öncədən bədii örtüklərə bü-

rünmədiyindən və daha çox xalis fikir şəklində, elmi-fəlsəfi 

əsərlərdə ifadə olunduğundan, biz onları toplamaqda çətinlik 

çəkmədik.  

Təkcə yazıçıların deyil, alimlərin, filosofların, siyasətçi-

lərin yazılarında və şifahi nitqində bədahətən deyilmiş çox gö-

zəl müdrik fikirlər olur. Məsələn, dövrümüzün böyük siyasətçisi 

Heydər  Əliyevin çıxışlarında,  şifahi nitqində belə fikirlərin ol-

duğuna diqqət verərək biz o vaxt onun aforizmlərini ayrıca ki-

tab halında toplamaq qərarına gəldik (Bax: Aforizmlər. “Azər-

baycan Universiteti” nəşriyyatı, 1997). Əlbəttə, Heydər  Əliyev 

onları məxsusi olaraq bir aforizm kimi deməmişdi. Amma onun 

çıxışlarının ideya yükü o qədər böyük idi ki, ayrı-ayrı məsələlə-

rə münasibət universal bir hikmət səviyyəsinə qaldırılırdı.  

Mişel Monteni, Lixtenberqi, Vovenarqı  məşhurlaşdıran 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə