Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə8/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   4   5   6   7   8   9   10   11   ...   103

 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



26

yüksək məziyyətlərindən biri sayılmışdır.  

İzaha ehtiyacı olan fikirlər təkcə atalar sözlərində deyil. 

Müəllifi olan müdrik fikirlərin – aforizmlərin də bir qismi ya 

izah olunmalı, ya da aforizmlər sırasından çıxarılmalıdır.  

Məsələn, Monten deyir: Müdrikliyin  ən gözəl sübutu 



əhval-ruhiyyənin həmişə yaxşı olmasıdır”  və bu fikri əksər 

aforizm kitablarına daxil edirlər. Amma əslində bu, müdrikliyin 

deyil, səfehliyin  ən gözəl sübutudur.  Yada salmaq istərdik ki, 

estetikanın kateqoriyaları baxımından yanaşsaq, gülüş  və ko-

miklik əslində eybəcərliklə, naqisliklə bağlıdır. Gözəllik isə da-

ha çox dərəcədə faciəvilikdə üzə çıxır. İnsanın əhvalının yaxşı 

olması sadəcə bir mimika məsələsi olmayıb onun daxili aləmi-

nin dramatizmindən bir nəticə kimi hasil olmalıdır.  

Yaxud Pliniy deyir: Qaçan yıxılar; sürünən yıxılmaz.” 

Burada nə təbliğ olunur? Böyük mütəfəkkirlər adətən sürünmə-

yi pislədiyi halda, Pliniy sürünməkdə bir kəramətmi tapmışdır? 

Sürünən ona görə  yıxılmaz ki, o zatən yıxılmış  vəziyyətdədir. 

Qaçan isə hələ nə vaxtsa yıxılana qədər ayaq üstə olacaqdır.  

Sofokl deyir: “Xoşbəxtliyin birinci şərti ağıllı olmaqdır”. 

Düzdür,  ağıllı adam problemlərin həllini daha tez tapa bilir. 

Amma ağıllılar həm də iddialı olarlarsa, onda necə? Bəzən ağıllı 

olmayanlar problemləri sadəcə olaraq görə bilmirlər və buna 

görə  də heç narahat da olmurlar. Bu baxımdan, kimin daha 

xoşbəxt olması sual altında qalır.  

Yaxud Platon deyir: ”Hər yerdə yeganə bir ədalət prinsi-



pi vardır: güclünün marağı”. Heç şübhəsiz, Platon bu fikri po-

zitiv mənada yox, tənqidi-satirik mənada deyir. Yəni öz dövrün-

dəki sosial ədalətsizliyi tənqid edir. Amma təəssüf ki, bir çox 

aforizm kitablarına bu, məhz Platonun mövqeyi kimi daxil edi-

lir.  

Belə bir fransız “hikməti” var: “Dosta pul verməklə həm 




Dildə yatan fəlsəfə  

 

 

 

27



pulunu, həm də dostunu itirirsən”. Dostluğu pulla bir tərəziyə 

qoymaq, ”dostu itirməmək üçün” ona əl uzatmamaq əlbəttə, ab-

surddur. Ehtiyacı olan dostun pulu qaytarıb-qaytarmayacağı 

haqqında düşünmək özü bu “dostluğun” saxta olduğunu gös-

tərir.  

Təəssüf ki, dostluğa belə  dırnağarası münasibətə  Şərq 

“hikmətində” də rast gəlmək mümkündür. Məsələn, Sədi Şirazi 

deyir: “Sirrini heç dostunla da bölüşmə; vaxt gələr, bu sirr səni 



dostunla düşmən edər”.  Deməli, bəri başdan  dostun həqiqiliyi 

şübhə altına alınmış olur.  

Yaxud F.Nitsşenin belə bir fikrini aforizmlər sırasına 

daxil edirlər:  Azadlıq özündən utanmaqdan azad olmaqdır”. 

Amma unutmaq olmaz ki, “nəzarətin  ən etibarlısı daxili nəza-

rətdir”. İnsan öz hərəkətlərini daxili mənəvi meyar süzgəcindən 

keçirə bilsə və burada utanılası bir şey görməsə, başqalarından 

da utanmasına gərək qalmır. Başqa sözlə desək, insan ancaq o 

zaman utanır ki, öz əməllərinin düzlüyünə əmin olmur və baş-

qalarının buna necə qiymət verəcəyindən narahatlıq keçirir.  

Nitsşenin belə bir “aforizmi” də var: “Görüb inanmamaq 



dərk edənin  ən böyük məziyyətidir; görünüş onun ən böyük 

düşmənidir”.  Əslində bu fikir min illərdən bəri məlum olan 

skeptisizmin prinsiplərindən biridir. Yəni hər gördüyün şeyə, 

zahiriliyə, görüntüyə inanma – şübhə ilə yanaş. Əvvəlcə yoxla, 

yüz ölç, bir biç” və s. Bu mövqeyin klassik ifadələrindən biri 

Sekst Empirikə məxsusdur: “Bilmədiklərimi onsuz da bilmirəm, 

bildiklərimə də şübhə ilə yanaşıram”. Amma Nitsşe bu məlum 

fikri ifrata vardırmaqla əslində ona neqativ bir don geyindirmiş-

dir. Əgər sağlam şüur, ruslar demişkən, “etibar et, amma yox-

la!” deyirsə, Nitsşe sadəcə etibarsızlığı, inamsızlığı mütləqləş-

dirməklə nihilizm əhvalını  təlqin edir. Ən böyük məziyyət  əs-

lində inana bilmək qabiliyyətidir, amma əlbəttə, həm təcrübə, 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



28

həm də rasional planda yoxlamaq şərti ilə. Bu məsələdə biz Al-

bert Şveyserin mövqeyini bölüşürük: “Mənim biliklərim bədbin, 

inamım – nikbindir”.  

 Yanılmaqdan, səhv etməkdən qorxmaq lazım deyil. El-

min universal metodlarından biri “sınaq-səhv” metodudur. Va-

cib olan budur ki, on variantdan doqquzu səhv çıxsa belə, bir 

dənə düzgün olan variantı tapa biləsən. Əbu Turxanın dediyi ki-

mi, “alim səhv etməkdən qorxsa, elm inkişaf etməz”. A.Frans da 

Elm qüsursuzdur, amma alimlər həmişə  səhv edirlər”  deyər-

kən, bunu nəzərdə tuturdu ki, səhvlər zamanın sınağından, süz-

gəcindən onsuz da keçə bilməyəcək, elm məbədində ancaq hə-

qiqətlər saxlanacaqdır. 

Bir çox hallarda A.Eynşteynin kontekstdən götürülmüş 

belə bir fikrini də aforizm kitablarına daxil edirlər: “Əsl elm və 



əsl musiqi eyni fikri prosesi tələb edir”. Halbuki elmdə fikri 

proses aşkar,  şüurlu olduğu halda, incəsənətin müxtəlif növlə-

rində, xüsusilə musiqidə yalnız qeyri-aşkar və qeyri-şüuri pro-

seslərdən danışmaq mümkündür. Burada elm ilə musiqinin 

ümumi yox, fərqli mahiyyəti ifadə olunur. Lakin belə bir qüsur-

lu fikrin aforizm kimi yayılması, görünür, ancaq Eynşteynin bö-

yük nüfuzu ilə izah oluna bilər. Yəni əgər Eynşteyn belə deyib-

sə, deməli belədir. Bəs Eynşteyn bu fikir hansı kontekstdə söy-

ləmişdir? O kontekstdə ki, söhbət elmi yaradıcılığın quru mənti-

qi mühakimələrlə  məhdudlaşmadığından, burada bədiilik kom-

ponentlərinin olmasından gedir.  

Beləliklə,  ənənəvi “Aforizm” kitablarında bəzən elə bö-

yük adamların elə bəsit, zəif fikirləri verilir ki, təəccüblənməyə 

bilmirsən. Sonra səbəbi aydın olur. Axı, hər  şey təkcə fikrin 

müəllifindən yox, həm də onu seçənin səviyyəsindən asılıdır. 

Böyük şəxslərin əsərlərindən də bəzən kontekstdən ayıraraq elə 

cümlələri seçib yazırlar ki, onlar əslində hansı isə mürəkkəb bir 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə