Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə11/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   7   8   9   10   11   12   13   14   ...   103

 

İnsan 

 

 

 

39



Özünü tanımaq heç də hamıya sərf etmir. 

 

Əbu Turxan 



 

 

 

«Mən»dən uzaqlaşdıqca  

dünya genişlənir və genişləndikcə yadlaşır. 

 

Əbu Turxan 

 

 

 

İnsanın ən böyük səyahəti öz daxili  

aləminə səyahətidir. 

 

Əbu Turxan 

 

 

 

Biz adətən özümüzü yox,  

başqalarını görürük. Özünü görməyin yolu isə özünə 

başqalarının gözü ilə baxmaqdır. 

 

Əbu Turxan 



 

 

 

Özünü tanımayan  

insanlar öz həyatlarını yaşamırlar. 

 

Əbu Turxan 

 

 

 

İnsanı yaxşı tanıtmaq  

istəsən, heç kəsi inandıra bilməzsən, yox, əgər  

pisləsən, hər kəsi inandırarsan. 

 

C.Dreper 



 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



40

İnsan fikirləşmədən  

öz içində yaşayanları aşkar edə bilməz. 

 

Hegel 



 

 

 



Ancaq insan öz mənasını  

varlıqda tapır, varlıq da öz bütövlüyünü və  

mənasını insanda tapır. 

 

Haydegger 



 

 

 

İnsan öz fərdiliyini nə qədər çox  

biruzə verirsə, o qədər də bütün mövcudatla  

birləşməyə can atır. 

 

R.Taqor 



 

 

 

Odu sevənlər müxtəlif olur;  

kimi istisinə, kimi tüstüsünə, kimi işığına görə;  

kimi öz “canını oda yaxmaq” üçün, kimi başqalarını 

yandırmaq üçün. 

 

Əbu Turxan  

 

 

 

Təhlükənin də öz gözəlliyi var,  

o, insanda mübarizlik ruhunu, ona qarşı getmək  

istəyini oyadır. 

 

Göte 



 

 



 

İnsan 

 

 

 

41



Özünü sevənlərin çoxu əslində özünü 

deyil, özləri haqqında uydurduqları obrazı sevirlər. 

 

Əbu Turxan 

 

 

 



Ən sərt adamın da içində bir uşaq yatır. 

 

Əbu Turxan 



 

 

 

İnsanlar daim pis  

oyuncaqların dalınca qaçan uşaq kimidir. 

 

Cəmil Meriç 

 

 

 

Nura qovuşa bilməyənlərin qisməti nardır. 

 

Əbu Turxan 



 

 

 

Bizim şəxsiyyətimiz  

bağ, iradəmiz isə bağbandır. 

 

Şekspir 

 

 

 

İnsan nəzərləri aləmə tuşlanaraq  

onu ancaq öz baxış bucağında işıqlandırır.  

Həmin anda insanın özü də məhz öz baxış  

bucağına bərabər olur. 

 

Əbu Turxan 

 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



42

İnsanın meymun mənşəyini Qərbdə,  

İnsanın Tanrı mənşəyini Şərqdə kəşf ediblər. 

 

Yaşar Qarayev 



 

 

 

İnsan kərpic kimidir; yanaraq bərkiyir. 

 

B.Şou 



 

 

 



İnsana danışmağı öyrənmək  

üçün iki il, dilini dinc qoymağı öyrənmək üçün isə  

altmış il lazım gəlir. 

 

Feyxtvanqer 



 

 

 

İnsanlar təcrübələri nisbətində deyil,  

təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. 

 

B.Şou 

 

 

 

Xarakter insanın öz üzərində,  

istedad isə – başqaları üzərində hakim olmasıdır. 

 

V.O. Klüçevski 

 

 

 

İnsanı tanımaq üçün onu sevmək lazımdır. 

 

Feyerbax 



 

 

 




 

İnsan 

 

 

 

43



Fizikada olduğu kimi,  

psixologiyada da bizi əvvəlki zəminimizə  

bağlayan cazibə qanunu var. 

 

A.Frans 

 

 

 

Heç bir linza özünə baxıb  

həzz alan insanın gözləri qədər böyütmür. 

 

Аleksandr Pop 

 

 

 

Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən  

daha rəzil düşmən ola bilməz. 

 

Sokrat 

 

 

 

Taleyiniz xarakterinizdədir. 

 

R.Akutaqava 



 

 

 

Dünyanın həqiqətləri elm dilində,  

insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır



 

Əbu Turxan 

 

 

 



İnsan özünü ancaq  

fəlsəfə tərəzisində ölçə bilər. 



 

Əbu Turxan 

 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə