Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə14/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   10   11   12   13   14   15   16   17   ...   103

Aforizmlər: seçilmişlərdən seçilmişlər 

  

 



 

 

 



56

Xəyalda elə tərəf var ki,  

o, gerçəklikdən yaxşıdır; gerçəklikdə elə tərəf var ki, 

xəyaldan yaxşıdır. Tam xoşbəxtlik bunların ikisinin bir 

araya gətirilməsidir. 

 

L.N.Tolstoy 



 

 

 

Kədəri bölüşəndə azalır, sevinci bölüşəndə – artır. 

 

Atalar sözü 



 

 

 

Yalan ilə qurulan yuvanın səadəti də yalandır. 

 

Füzuli 



 

 

 

Qəlb bədbəxtliyi bəlkə də  

gizlədə bilər, amma xoşbəxtliyi gizlədə bilmir. 

 

Göte 

 

 

 

Tamahkarlıqla xoşbəxtliyin  

bir-birini tanımadığına təəccüblənməyin, çünki onlar heç 

vaxt rastlaşmayıblar. 

 

B.Franklin 



 

 

 

Sevinc və kədər böyüyəndə bütün dünya kiçilir. 

 

Cübran 



 

 



 

Xoşbəxtlik

 

 

 

57



Sevinclə iztirab – aydınlıqla  

qaranlıq kimi bir-birlərini təqib edir. 

 

L.Ştern 

 

 

 

Həyat səhnələri, həqiqi yaşantılar  

və onların iztirab və sevinc xatirələri ruhla  

birlikdə «uçub gedir». 

 

Əbu Turxan 



 

 

 

Yüngül iztirablar danışa  

bilər, amma dərin iztirablar dilsizdir. 

 

Seneka 

 

 

 

Dərd gələndə batmanla gəlir. 

 

Atalar sözü 



 

 

 

Həqiqətdə siz tərəzinin oxu kimisiniz  

– öz kədəriniz və sevinciniz arasında. Yalnız boş olanda 

sakitləşir, tarazda olursunuz. 

 

Cübran 



 

 

 

Dərdi verən dərmanını da verir. 

 

Atalar sözü 



 

 



Aforizmlər: seçilmişlərdən seçilmişlər 

  

 



 

 

 



58

Bu dünyada xoş şeylər azdır,  

xoş olan da çox vaxt ancaq başlanğıcdadır. 

 

Yusif Balasaqunlu 



 

 

 

Xoşbəxtlik peşmanlığa gətirməyən həzzdir. 

 

L.N. Tolstoy 



 

 

 

Müdrik adamın faciəsinə  

şərik ol, nadan adamın xoşbəxtliyinə şərik olma. 



 

Əbu Turxan 

 

 

 

Ləyaqətli insanın ürəyi xoşbəxtlik  

anlarında yumşaq, fəlakət anlarında sərtdir. 

 

Çin atalar sözü 

 

 

 

Dərdi biləndən soruş. 

 

Atalar sözü 



 

 

 

Öz xoşbəxtliyini başqasının  

bədbəxtliyi üzərində qurmaq olmaz. 

 

El hikməti 

 



 

 

 



 

 

 

Mənəviyyat


 

 

 



 

 

 



Mən özümü bu dünyada, dünyanı məndə 

Dərk eləyib məna dolu hər şey olaydım. 

Səməd Vurğun 

 



 

Mənəviyyat

 

 

 

61



 

 

 



 

 

 



 

 

Yerdəkilərə mərhəmət  



edin ki, göydəki mərhəmət eləsin. 

 

Hz. Məhəmməd 



 

 

 

Ayaqlar baş  

olanda, başlar ayaq altında qalar. 

 

Hz. Əli 

 

 

 

Pis fikirlərin  

olmasa, pis əməllərin də olmaz. 

 

Konfutsi 

 

 

 

Mənəviyyat ürəyin ağlıdır. 

 

Heyne 



 

 

 

İnsan mənəviyyat üçün yaşamalıdır. 

 

Heydər Əliyev 



 

 



 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



62

Xalqı həmişə mənəviyyat birləşdirmişdir.  

Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar  

daha üstündür. 

 

Heydər Əliyev 

 

 

 

Rüşvətxoru, oğrunu qəhrəmana  

çevirmək öz xalqına xəyanət etməkdir. 

 

Heydər Əliyev 

 

 

 

Bəd əməllərin kökü bəd fikirlərdir. 

 

L.N.Tolstoy 



 

 

 

Başqalarının qüsurlarını görən  

ağıllı adam özününkülərdən qurtulur. 

 

Publiliy Sir 

 

 

 

Başqalarına çox şeyi  

bağışla, özünə isə heç nəyi bağışlama. 

 

Publiliy Sir 

 

 

 

Məhək daşıyla  

qızılı yoxlayırlar, qızılla isə adamı. 

 

Xilon 

 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə