Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə15/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   11   12   13   14   15   16   17   18   ...   103

 

Mənəviyyat

 

 

 

63



Bu gün qürurlana biləcəyi  

heç nəyi olmayanlar dünənki xidmətləri ilə  

lovğalanmağa başlayırlar. 

 

Siseron 



 

 

 

İnsanın günaha  

batmaq istəməməsi ilə istəyib-bacarmaması  

fərqli şeylərdir. 

 

Seneka 



 

 

 

Utanmağı öyrətmək  

mümkün deyil, onunla doğulmaq gərəkdir. 

 

Publiliy Sir 

 

 

 

Başqalarından yox,  

daha çox özündən utanmağı öyrən. 

 

Demokrit 

 

 

 

İtirəcəyi bir şey  

olmayan insandan qorxmaq gərək. 

 

Göte 

 

 

 

Günahlar artdıqca həya azalır. 

 

Şiller 



 

 



 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



64

Qorx qorxmazdan, utan – utanmazdan. 



 

Atalar sözü 

 

 

 

Üz üzdən utanar. 

 

Atalar sözü 



 

 

 

Əxlaq və qəbahət  

tərəzinin iki müxtəlif gözündə yerləşir. Bunlardаn biri 

qalxarsa, digəri enər. 

 

Platon 



 

 

 

Ağac bar verəndə başını aşağı dikər. 

 

Atalar sözü 



 

 

 

Yumşaq ipəyi iti qılınc da kəsmir. 

 

Mövlana 



 

 

 

İnsan özündə ən azı  

rüşeym halında olmayanı başqasında görə bilməz. 

 

Əbu Turxan 

 

 

 

Bütün yollar qaranlıqdan işığa doğrudur. 

 

Əbu Turxan 



 

 



 

Mənəviyyat

 

 

 

65



Hərə öz qəlbinin dərinliklərindəki  

işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar. 

 

Əbu Turxan 

 

 

 

Yanıb işıq saça bilmirsənsə,  

heç olmazsa işığın qabağını kəsmə. 

 

L.N.Tolstoy 

 

 

 

Savaşan iki kəsdən  

ağıllı olanın təqsiri daha çoxdur. 

 

Göte 

 

 

 

Amal yüksək olduqca insan da yüksəlir. 

 

Şiller 



 

 

 

Əxlaq insanın xarakterində olmalıdır. 

 

Kant 



 

 

 

Əxlaqi davranışın keyfiyyəti  

işin içində olan insanların sayına tərs mütənasib  

olaraq dəyişir.  

 

Haksli 



 

 

 




 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



66

Əxlaq gözəllik libasında meydana çıxmalıdır. 

 

Hegel 

 

 

 

İnsanı heyrətləndirən və heyran edən  

iki şey var ki, bunlardan biri başımızın üstündəki ulduzlu 

səma, o biri isə daxilimizdəki əxlaqi qanundur. 

 

Kant 



 

 

 

Gözəl olan hər şey əxlaqidir. 

 

Flober 



 

 

 

Dəmiri aynatək parladan insan 

Pası silməlidir öz vicdanından. 

 

Nizami 

 

 

 

Vərdişə çevrilmiş əməllərə görə  

insan heç vaxt vicdan əzabı çəkmir. 

 

Volter 

 

 

 

İnsana ən böyük mükafatı da  

vicdanı verir, ən böyük cəzanı da. 

 

Vovenarq 

 

 

 




 

Mənəviyyat

 

 

 

67



Vicdan Allahın daxilimizdəki səsidir. 

 

Lamartin 



 

 

 

Yalnız elədiklərimizə yox,  

eləmədiklərimizə görə də cavabdehlik daşıyırıq. 

 

Molyer 

 

 

 

Laqeydlikdən irəli gələn tolerantlıq fəzilət deyil. 

 

Əmin ər-Reyhani 



 

 

 

Tərifə laqeyd olanlar deyil,  

tənqidə diqqətli olanlar təvazökardır. 

 

Jan Pol 

 

 

 

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. 

 

Balzak 



 

 

 

Ağlayan adama heç zaman  

gülməyin. Amma bəzən gülən adamlara ağlayın. 

 

Nitsşe 

 

 

 

Ya olduğun kimi görün, ya da göründüyün kimi ol! 

 

Mövlana 

 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə