Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə16/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   12   13   14   15   16   17   18   19   ...   103

 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



68

Yaramaz adam bir anda,  

təmiz adam isə illər ötdükdən sonra tanınır. 

 

Demokrit 



 

 

 

Özün kimi ol: onda səni  

istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq. 

 

Əbu Turxan 

 

 

 

Bitməyən bir kitab ol! 

 

Əbu Turxan 



 

 

 

Kitab ol, hamıya açılma;  

qoy səni ancaq anlayanlar oxusun! 

 

Əbu Turxan 

 

 

 

İnsanın mənəvi dünyası  

əslində dünyadakı mənaların dünyasıdır. 

 

Əbu Turxan 

 

 

 

Mənəvi dünya “iç aləmi” sayılsa da,  

onun da öz içi və çölü, əlçatmaz göyləri vardır. 

 

Əbu Turxan 

 

 



 

Mənəviyyat

 

 

 

69



Mənəvi dəyər maddi meyarla ölçülə bilməz. 

 

Əbu Turxan 



 

 

 

Könül Allah evidir. 

 

Xudu Məmmədov 



 

 

 

İki işığın təmasından  

daha böyük işıq da yarana bilər, qaranlıq da. 

 

Əbu Turxan 

 

 

 

İnsanı insan edən ağıl yox,  

mənəvi qadağalar, əxlaqi sədlərdir. Lakin bu  

sədlər özü də vaxtaşırı ağıl süzgəcindən  

keçirilməlidir. 

 

Əbu Turxan 

 

 

 

İç dünyasının naməlum qatları  

ancaq ilhamlı məqamlarda işıqlanır və sonra yenə 

qaranlığa bürünür. 

 

Əbu Turxan 



 

 

 

Mən işığa çıxan zaman  

bədənimin kölgəsi arxamca sürünür. 

 

Cübran 

 



 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



70

Ağıl az və ya çox – hamıda olur,  

amma sezginin yolu mənəvi saflaşmadan keçir. 

 

Əbu Turxan 



 

 

 

Sadəlik, xeyirxahlıq və dürüstlük  

olmayan yerdə böyüklük yoxdur. 

 

L.N.Tolstoy 

 

 

 

İnsan özü nə qədər  

xeyirxah və ağıllı olsa, insanlardakı xeyirxahlıqları  

da bir o qədər çox görər. 

 

Paskal 



 

 

 

Bu aynada mən ancaq özümü  

görürəm. Amma bu ayna məndən öncə  

neçə-neçə sifətlər görüb. 

 

Əbu Turxan 



 

 

 

Səndən irəlidə nə qədər adamın  

olduğunu görəndə, səndən arxada da nə qədər adam 

olduğunu yada sal. 

 

Seneka 



 

 

 




 

Mənəviyyat

 

 

 

71



Ürək təmiz olmayanda  

dediklərini anlamaq olmur. 

 

Əbu Turxan 

 

 

 

İnsan sifətini güzgüdə gördüyü kimi,  

qəlbini də ancaq könül güzgüsündə görə bilər. 

 

Əbu Turxan 

 

 

 

Könül aynası saf   

olmalıdır ki, həqiqət sirlərini görsün. 

 

Mövlana 

 

 

 

Dumanın şərəfi dağla vüsaldır, 

Başın şərafəti ağıl-kamaldır. 

Yuxarı qalxdıqca dumanlanırsa, 

Bil ki, yetişməyib, baş hələ kaldır. 

 

Əbu Turxan 

 

 

 

Kimsə deyib ki, “çox oxuyan çox bilməz,  

çox gəzən çox bilər”. Lakin çox gəzənlərin çoxu könül 

evindən bixəbər qalıblar. 

 

Əbu Turxan 



 

 

 




 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



72

 “Gözü ayağının altını seçməyənlər”  

   gec-tez həyatın girdabına düşəcəklər. 

 

Əbu Turxan 



 

 

 

Arslanların saymazlığı  

şikarı tülkülərə qapdırar. 

 

Cavid 

 

 

 

Şöhrətpərəstlik insanı  

boşboğaz, qürur isə dinməz edir. 

 

Şopenhauer 

 

 

 

İnsanın öz yaxşı cəhətlərinə  

görə xəcalət çəkməsi alicənablıqdır. 

 

Nitsşe 

 

 

 

Şöhrətpərəstin təkcə oturub-durduqları 

yox, düşməni də tanınmış olmalıdır. 

 

Əbu Turxan 

 

 

 

Çox tez əldə olunmuş uğur  

həmişə keçici olur, çünki o, istedadın yox,  

təsadüfün bəhrəsidir. 

 

Vovenarq 



 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə