Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə24/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   20   21   22   23   24   25   26   27   ...   103

 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 



112

Bir hadisənin qarşısını almaq,  

o hadisə baş verəndən sonra onun nəticələrini aradan 

götürməkdən daha asandır. 

 

Heydər Əliyev 

 

 

 

Hər şeyin üç varlıq dərəcəsi olur;  

ən aşağı səviyyədə şey özlüyündə mövcuddur,  

nisbətən yüksək pillə onun insan şüurunda, ən ali pillə  

isə Allahın dərgahındakı mövcudluğudur. 

 

Əbu Turxan 

 

 

 

Dünya nizamı özünün ölçüyəgəlməz  

möhtəşəmliyi, hər yerdən parlayan sonsuz rəngarəngliyi 

və gözəlliyi ilə bizi səssiz təəccübə gətirir.  

Əbədi və ciddi nizama müvafiq olaraq vahid ümumi  

qanundan necə gözəlliklərin, necə möhtəşəmliyin  

çıxdığını görəndə isə ağıl bir başqa  

cür heyrətlənir. 

 

Kant 



 

 

 

Dünya vahid bir ideyanın  

təcəssümü olmasaydı, bu qədər bütöv və  

ahəngdar olmazdı. 

 

Əbu Turxan 



 

 



 

Yer, göy, dünya 

 

 

113



Bir cizgi naxışdan çıxarsa kənar, 

Başqa cizgilər də bütün pozular. 

 

Nizami 

 

 

 

Dünyaya nizamsız şəkildə nizamlı formalar səpilib. 

 

Pol Valeri 



 

 

 

Dünya eyni məzmunda, amma 

müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir:  

Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən  

ayrı-ayrılıqda oxunur və onların eyni kitab  

olduğunu çox az adam dərk edir. 

 

Əbu Turxan 



 

 

 

Günəş qüruba endikcə, kölgə böyüyür. 

 

Əbu Turxan 



 

 

 

Alovda nur yoxsa, nurda alov var. 

 

Əbu Turxan 



 

 

 

Qaranlıq işığın yoxluğundan,  

kölgə işığın çoxluğundan törəyir. 

 

Əbu Turxan 

 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 



114

Yalnız işıq var, qaranlıq işığın yoxluğudur. 

 

Əbu Turxan 

 

 

 

Kölgəni yox edə bilmək  

üçün Günəş öz zirvəsinə qalxmalıdır. 

 

Əbu Turxan 

 

 

 

Günəşin başı o tərəfdəki işıqlı  

həyata qarışmasaydı, bu tərəfi qaranlıq  

bürüyə bilməzdi. 

 

Əbu Turxan 



 

 

 

Yandırmasa idi,  

atəşi daha parlaq nur zənn edərdilər. 

 

Əbu Turxan 

 

 

 

Bəşəriyyət  

– əzəliyyətdən əbədiyyətə axan nur çayıdır. 

 

Cübran 

 

 

 

Bəşəriyyət eyni  

mənşəyə və ümumi məqsədə malikdir. 



 

Yaspers 

 

 



 

Yer, göy, dünya 

 

 

115



Yaşadığımız dünya ona görə  

fani və naqisdir ki, burada xalis heç nə yoxdur;  

işıq qaranlıqla, əql nadanlıqla, xeyir şərlə, ideya 

maddiyyatla qatışıq haldadır. 

 

Əbu Turxan 

 

 

 

Yer özü də göyün ənginliyindədir;  

göydən yerə baxa bilsən. 

 

Əbu Turxan 

 

 

 

Dünya böyük bir teatr səhnəsidir.  

Hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu  

səhnəni tərk edir. 

 

Şekspir 



 

 

 

Bu dünya imkanla gerçəklik  

arasında qərar tutur. Biz sonsuz imkan dünyasında  

ancaq bir cığır seçib gedirik. 

 

Əbu Turxan 



 

 

 

Dünya dağdır, bizim etdiklərimiz səs.  

Səslərin əks-sədası yenə bizim səmtimizə gəlir. 



 

Mövlana 

 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 



116

Bulud ağlamasa, çəmən gülməz. 



 

Nizami 

 

 

 

İnsan üçün gerçəklik  

nə özlüyündə xarici dünya, nə də özlüyündə  

daxili dünya olmayıb, bu ikisinin  

təmasından yaranır. 

 

Əbu Turxan 

 

 

 

İnsan bu fani dünyada  

daim yol gedir ki, nəhayət, onun cazibəsindən  

kənara çıxsın. Amma bu ona ancaq ömrün sonunda 

müyəssər olur. 

 

Əbu Turxan 

 

 

 

Bu dünya tələdir, yemi də istəklər. 

 

Mövlana 



 

 

 

Min bahar gəlsə də daş göyərməz. 

 

Mövlana 



 

 

 

Günəş batanda şamlar parıldayar. 

 

Mövlana 



 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə