Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə21/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   17   18   19   20   21   22   23   24   ...   103

 

 

 



 

 

 

Din, inam,  

iman

 


 

 

 



 

 

 



 

 

 



Məni məndə demə, məndə deyiləm,  

Bir mən vardır məndə, məndən içəri.  

Yunus Əmrə 

 

 

 




 

Din, inam, iman 

 

 

95



 

 

 



 

 

Kainat nə qədər böyük və onun müxtəlifliyi  



nə qədər çox olsa da, o hər şeyi ehtiva edən ilahi bir 

qüvvənin sayəsində vəhdətdədir. Onun sayəsində  

bütün bu dünya ilahiləşir. 

 

Plotin 



 

 

 

Yeri yaradanın öz yeri olmaz. 

 

Nizami 



 

 

 

Allah mərkəzi hər yerdə,  

çevrəsi isə heç yerdə olmayan dairədir. 

 

N.Kuzanlı 

 

 

 

Ateizm nazik buz qatıdır:  

onun üstündən bir nəfər keçə bilər, amma xalq  

guppultu ilə uçuruma düşəcəkdir. 

 

F.Bekon 



 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər 

 

 

 



96

Tanrı insanlığın ən böyük kəşfidir. 

 

Cəmil Meriç 

 

 

 

Varlıqda varlığı yaradanın varlığı var. 

 

Mənsur Həllac 

 

 

 

Elm və din – hər ikisi idrak  

müstəvisində dünya nizamına münasibətdir;  

elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal  

təzahürlərini aşkar etmək əzmindən, dini hiss 

 – sonsuz, əzəli-əbədi bir nizam qarşısında  

heyrətdən qaynaqlanır. 

 

Əbu Turxan 

 

 

 

Allah təkcə nizamlı dünyada deyil,  

xaosda, qaranlığın dərinliklərində də təzahür edir. 

 

Əbu Turxan 

 

 

 

Xalis, hüdudsuz zəka elə ilahiyyatın özüdür. 

 

Hegel 



 

 

 

Kainat Allahın fikridir. 

 

Şiller 



 

 

 




 

Din, inam, iman 

 

 

97



Hər şey ruhani sevinclə  

doludur və ara-sıra onu şüalandırır. 

 

Uitmen 

 

 

 

Bəşəriyyət –  

əzəliyyətdən əbədiyyətə axan nur çayıdır. 

 

Cübran 

 

 

 

Hər bir nurun daxilində özündən ali nura eşq var. 

 

Ş.Y. Sührəvərdi 



 

 

 

Gözəlliyin kamil olması  

üçün daha ali bir element – ruhani element gərəkdir. 

 

Emerson 

 

 

 

Yaradana inanmağın ən mühüm  

şərtlərindən biri insanın öz yaratdıqlarının da Yaradan 

tərəfindən yaradıldığına inanmasıdır. 

 

Əbu Turxan 



 

 

 

Ruh dünyasının dərinliklərinə  

ancaq dini hissin köməyi ilə girmək mümkün olur. 

 

Əbu Turxan 

 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər 

 

 

 



98

Müqəddəslik duyğusu itən yerdə şər ağacı bitər. 

 

Əbu Turxan 

 

 

 

Nisbi müqəddəslik duyğuları  

olmadan mütləq müqəddəslik duyula bilməz. 

 

Əbu Turxan 

 

 

 

İnam dünyanı müqəddəsləşdirir.  

Sədaqət ona qovuşdurur. 

 

Teyar de Şarden 

 

 

 

Yolu ağıl seçir,  

iradə hərəkətə gətirir, inam isə yola işıq salır. 

 

Əbu Turxan 

 

 

 

Xarici aləm əqllə,  

daxili aləm imanla işıqlanır. 

 

Əbu Turxan 

 

 

 

Hər cür inamın mahiyyəti  

onun həyata elə məna verə bilməsindədir ki, o  

ölümdən yüksəyə qalxır. 

 

L.N.Tolstoy 



 

 



 

Din, inam, iman 

 

 

99



 

İman – ürəklərdəki oazisdir  

ki, ora təfəkkürün karvanı heç vaxt çata bilməz. 

 

Cübran 



 

 

 

İnam yerlə göy arasında körpüdür. 

 

Göte 



 

 

 

Mənim biliklərim bədbin, inamım – nikbindir. 

 

A.Şveyser 



 

 

 

Allaha şübhə etmək  

əslində ona inanmaq deməkdir. 

 

Balzak 

 

 

 

Adam var ki, inanmaq istəyir,  

amma inana bilmir. Adam da var ki, inanmaq  

istəməsə də inanır. 

 

Əbu Turxan 



 

 

 

Eşq və din aşağı səviyyədə  

əks qütblər olsa da, ən yüksək məqamda hər ikisinin eyni 

bir mahiyyəti ifadə etdiyi ortaya çıxır. 

 

Əbu Turxan 



 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə