Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə20/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   16   17   18   19   20   21   22   23   ...   103

 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



88

Dünyada iztirab qədər yaxşı tərbiyəçi yoxdur. 

 

Göte 

 

 

 

Neçə-neçə nəsillərdən bizə miras  

qalmış mənəvi sərvətlərin, adət-ənənələrin, dini-əxlaqi 

dəyərlərin intellektual inqilabın dağıdıcı təsirlərindən 

qorunub saxlanması üçüncü minillikdə  

ən böyük tarixi vəzifə olacaqdır. 

 

Əbu Turxan 



 

 

 

Televiziya indiki  

halda xalq üçün tiryəkdir. 

 

Nikson 

 

 

 

Televiziya o dərəcədə  

önəmlidir ki, onu ancaq televiziya işçilərinin  

öhdəsinə buraxmaq olmaz. 

 

A.Benn 



 

 

 

Müasirlik mənəviyyatın zamana  

uyğunlaşmış, amma hələ zamanın sınağından  

çıxmamış üst qatıdır. 

 

Əbu Turxan 



 

 

 




 

Mənəviyyat

 

 

 

89



Daha yüksək intellektli adamların  

əqli enerjisi texnika vasitəsilə adi adamların həyatına  

müdaxilə edir və mənəvi təcavüz baş verir. 

 

Tur Xander 



 

 

 

Güclünün zəifləri əzməsinə qanun da,  

əxlaq da yol vermir. İntellektual gücün isə başqa  

əraziyə müdaxiləsinin nə hüquq, nə də əxlaq  

müstəvisində qarşısı alınmır. 

 

Tur Xander 

 

 

 

İçkinin başlanğıcı günah,  

ortası sərxoşluq, sonu fəlakətdir. 

 

Xaqani 

 

 

 

Şərab insanı riyakar edir: ağlını alıb  

ona ən ağıllı olduğunu, gücünü alıb ən güclü olduğunu 

təlqin edir, sağlığını alıb sağlıq dedirdir. 

 

Əbu Turxan 



 

 

 

Sadəlik və sadəlövhlük çox vaxt  

qarışıq salınır, halbuki biri ürəyin təmizliyindən, o biri 

ağlın zəifliyindən irəli gəlir. 

 

Əbu Turxan 



 

 



 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



90

Gözə soxulan sadəlik – niyyətli ikiüzlülükdür. 

 

Laroşfuko 

 

 

 

Sərxoşluq könüllü dəlilikdir. 

 

Seneka 



 

 

 

Öz məziyyətlərindən danışan  

gülüncdür, öz məziyyətlərini bilməyən – sadəlövh. 

 

Çesterfild 

 

 

 

İçki məclisində ayıq adama  

münasibət necədirsə, naqis mühitdə düz adama  

münasibət də elədir. 

 

Əbu Turxan 



 

 

 

Ləyaqəti satmaqla varlanmaq olmaz. 

 

Vovenarq 



 

 

 

İnsanın ləyaqəti onun məqsədə  

çatıb-çatmaması ilə yox, hansı məqsədə və hansı yolla 

getməsi ilə müəyyən olunur. 

 

Abay 



 

 

 




 

Mənəviyyat

 

 

 

91



Səxavət və bədxərclik zahirən nə  

qədər bənzəsə də, fərqli mahiyyətlərin ifadəsidir. 

 

Əbu Turxan 

 

 

 

Qanun hamı üçün eynidir;  

ləyaqət isə hər bir insanın özü üçün  

könüllü qoyduğu əlavə qadağalarla  

müəyyənləşir. 

 

Əbu Turxan 

 

 

 

Mənəviyyatca zəngin adamlar  

– sadə, maddi imkan baxımından zəngin adamlar – 

təkəbbürlü olurlar. 

 

Əbu Turxan 



 

 

 

Münasibətlər o zaman  

dayanıqlı olur ki, səviyyələr uyğun gəlsin.  

Kimsə münasibətinin kəsilməyini istəmirsə, gərək 

üstünlüyünü biruzə verməsin. 

 

Əbu Turxan 

 

 

 

Xain xoflu olar. 

 

Atalar sözü 

 

 

 




 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



92

Mən özümü bu dünyada, dünyanı məndə 

Dərk eləyib məna dolu hər şey olaydım. 

 

Səməd Vurğun 



 

 

 

Qorxan gözə çöp düşər. 

 

Atalar sözü 



 

 

 

Zər qədrini zərgər bilər. 

 

Atalar sözü 



 

 

 

Bataqlıqda adam çapaladıqca daha tez batar. 

 

El hikməti 



 

 

 

Sən çomağını qaldır, suçlu suçunu bildirəcək. 

 

Atalar sözü 



 

 

 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə