Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə17/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   13   14   15   16   17   18   19   20   ...   103

 

Mənəviyyat

 

 

 

73



Elə insanlar var ki,  

onların qüsurları olmasaydı, istedadları da  

heç vaxt üzə çıxmazdı. 

 

Vovenarq 



 

 

 

Pisə yaxşılıqla, yaxşıya pislik 

Mənaca bir şeydir, düşünsən əgər. 

 

Sədi Şirazi 

 

 

 

Yaxşı ol, qoy “pisdir” desinlər sənə, 

Nə ki, pis olasan, “yaxşı” desinlər. 

 

Sədi Şirazi 

 

 

 

Birisi bəslərdi qurd balasını 

Böyücək məhv etdi öz ağasını. 

 

Sədi Şirazi 

 

 

 

Quyuya salsan da yaxşılığı, bil 

Yenə qayıdacaq, o itən deyil. 

 

Nizami 

 

 

 

Tez gələn şöhrət baş gicəlləndirər. 

 

Atalar sözü 



 

 



 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



74

Nadan adamın yaxşılığı ilə pisliyi  

arasında niyyət fərqi olar, nəticə fərqi olmaz. 

 

Əbu Turxan 



 

 

 

Ehtiyacı olanlara ən böyük pisliyi  

yardım görüntüsü yaradanlar edir; onlar gerçək 

yardımların qarşısını almış olurlar. 

 

Əbu Turxan 



 

 

 

Pis adamın biliklisi daha təhlükəlidir. 

 

Əbu Turxan 



 

 

 

Ziyankar adam düşünür ki,  

hələ ziyan vurmadığı adamlar ona minnətdar  

olmalıdırlar. 

 

Əbu Turxan 



 

 

 

Niyyətin hara, mənzilin də ora. 

 

Atalar sözü 



 

 

 

Başqasına quyu qazan özü düşər. 

 

Atalar sözü 



 

 

 




 

Mənəviyyat

 

 

 

75



Sənə yardım edənlərə  

yardım etməyi arzulama. Sən də sənə ehtiyacı  

olanlara yardım et! 

 

Əbu Turxan 



 

 

 

Əl əli yuyar, əl də üzü. 

 

Atalar sözü 



 

 

 

Dünyada elə ac insanlar var ki,  

Tanrı onlara ancaq çörək formasında görünə bilir. 

 

Dikkens 

 

 

 

Pulu, evi, əmlakı itirmək o qədər də 

acınacaqlı deyil, çünki bütün bunlar insanınkı deyil.  

Acınacaqlısı insanın öz həqiqi mülkünü –  

ləyaqətini itirməsidir. 

 

Epiktet 

 

 

 

Əyri adam içindəki xəyanəti 

gizlətmək üçün fürsətdən istifadə edib “sədaqətli” 

olduğunu isbat edir.  

Düz adam isə buna ehtiyac duymadığından həmişə  

şübhəli qismində qalır. 

 

Əbu Turxan 



 

 



 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



76

Ləyaqətsiz adamı  

təhqir etmək mümkün deyil. 

 

Əbu Turxan 



 

 

 

Ləyaqətli adamlar – yaxşılığı,  

naqislər isə – pisliyi unutmurlar. 

 

Əbu Turxan 

 

 

 

Əyri işıq yerə kölgə  

saldığı kimi, əyri işlər də ürəyə kölgə salır. 

 

Əbu Turxan 

 

 

 

Bütün kölgələr  

silinir, ürəyə düşən kölgədən başqa. 

 

Əbu Turxan 

 

 

 

 “Yaxşılıq da, pislik də gec-tez adamın  

özünə qayıdır”. Sadəcə pisliyi kimə edibsənsə, ondan 

gözlə, yaxşılığı - Haqqdan. 

 

Əbu Turxan 



 

 

 

Pisi söyməkdənsə, yaxşını öymək yaxşıdır. 

 

Əbu Turxan 



 

 



 

Mənəviyyat

 

 

 

77



Pislər pisləri – pis olduğu üçün,  

yaxşıları da – yaxşı olduğu üçün sevmirlər. 

 

Əbu Turxan 

 

 

 

Biz yaxşıları  

mükafatlandırmaqla pisləri cəzalandırırıq. 

 

Didro 

 

 

 

Yaxşılığı yalnız yaxşılar, pisliyi isə hamı başa düşür. 

 

Cənab Şəhabəddin 



 

 

 

İnsanlar bəlkə də pisliyi  

bağışlayar, amma təhqiri - heç vaxt! 

 

J.Nerval 

 

 

 

Pis adam üçün bəd xəbər  

verməkdən xoş əyləncə yoxdur. 



 

Şota Rustaveli 

 

 

 

Bizim geyə biləcəyimiz  

ən yaxşı maska öz üzümüzdür. 

 

Nitsşe 

 

 

 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə