Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə19/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   15   16   17   18   19   20   21   22   ...   103

 

Mənəviyyat

 

 

 

83



Şərə qalib gələn xeyir,  

şərə rast gəlməyən xeyirdən qüdrətlidir. 

 

N.A.Berdyayev 

 

 

 

Öz yükünü sakit şəraitdə,  

günəşli gündə çəkməyənlər qarda-boranda  

tələm-tələsik çəkmək zorundadırlar. 

 

Əbu Turxan 



 

 

 

Məhəbbət teleskopdan,  

paxıllıq isə mikroskopdan baxır. 

 

H.Şou 

 

 

 

Pas dəmiri yeyən kimi,  

paxıllıq da insanın qəlbini yeyir. 

 

Periandr 

 

 

 

Paxıl adam bir dəfə ölmür: rəqibi 

haqqında tərifli sözlər eşitdikcə hər dəfə ölür. 

 

Qrasian 

 

 

 

Min yeyənin olsun, bir deyənin olmasın. 

 

Atalar sözü 



 

 



 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



84

Xeyirxahlıq təbiidir,  

bədxahlıq isə sonradan özünə yer tapıb. 

 

L.N.Tolstoy 



 

 

 

Təmiz qalmaq üçün heç bir işə  

qatışmayan adam unudur ki, o ən azı zəmanənin öz 

çirkabına bulaşmış haldadır. 

 

Əbu Turxan 



 

 

 

Əgər su da təmiz deyilsə, yuyunmağın nə faydası? 

 

Əbu Turxan 



 

 

 

Çirkoy paltarda çirk bilinməz. 

 

Əbu Turxan 



 

 

 

Su hər şeyi təmizləyər, üz qaralığından başqa. 

 

Atalar sözü 



 

 

 

Tərbiyə xoşbəxt  

günlərində insanın bəzəyi, bədbəxt günlərində  

sığınacaq yeridir. 

 

Demokrit 



 

 



 

Mənəviyyat

 

 

 

85



Axar çay murdarlıq götürməz. 

 

Atalar sözü 



 

 

 

Yaradılmışlardan ən gözəli  

gözəl tərbiyə almış insandır. 

 

Epiktet 

 

 

 

Yavaş atın təpiyi bərk olar. 

 

Atalar sözü 



 

 

 

Yaxşı niyyət heç də həmişə  

yaxşılığa gətirmir. Bunun üçün həm də bilik və  

qabiliyyət lazımdır. 

 

Əbu Turxan 



 

 

 

Din və əxlaq inama əsaslanmaqla  

vasitəsiz bilik olsalar da, hər halda yenə də  

tərbiyə və təhsillə vasitələnirlər. 

 

Hegel  



 

 

 

Biliksizlikdən utancaqlıq  

yaranır, çoxbilmişlikdən – utanmazlıq. 

 

Əbu Turxan 

 

 



 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



86

Mərdliyi az olanın bicliyi çox olar. 



 

Bleyk 

 

 

 

Ən böyük biclik – düzlükdür. 

 

Atalar sözü 



 

 

 

Haqsız vasitələr  

tələb edən məqsəd haqlı məqsəd deyil. 

 

K.Marks 

 

 

 

Suyun lal axanı, adamın yerə baxanı. 

 

Atalar sözü 



 

 

 

Saxtakarlıq əvvəlcə vərdişə, sonra xarakterə çevrilir. 

 

İbn Xəldun 



 

 

 

Dürüstlərin tənbəlliyi  

saxtakarların hakimiyyətinə yol açar. 

 

Mövlana 

 

 

 

Hər şey incəlikdən, insan isə kobudluqdan qırılar. 

 

Mövlana 



 

 



 

Mənəviyyat

 

 

 

87



Yarımçıqlıq bütün qüsurların  

tərkib hissəsidir, kamillik isə tam və bölünməz olur. 

 

Vovenarq 

 

 

 

Biz bəzən istedadsızları  

yazıqlaya-yazıqlaya yüksək mərtəbəyə  

qaldırmaqla, istedadlılara qənim hazırlamış oluruq. 

 

Əbu Turxan 



 

 

 

Mənəvi gücün mənbəyi  

ruhun ənginliyidir. Daxili mücadilə və  

ziddiyyətlərdən məhrum olanda insan inkişaf  

impulsunu itirir, durğunluq vəziyyətinə düşür. 

 

Tur Xander 

 

 

 

Millətin ən mühüm  

kapitalı xalqın mənəvi keyfiyyətləridir. 

 

N.Q.Çernışevski 

 

 

 

Televiziya elə adamlardan  

həzz almağa imkan verir ki, onları biz evin  

kandarına da buraxmarıq. 

 

D.Frostalic' 



 

 

 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə