Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə22/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   18   19   20   21   22   23   24   25   ...   103

 Aforizmlər: seçilmişlərdən seçilmişlər 

 

 

 



100

Kimin inamı zəifdirsə,  

o başqalarını da inandıra bilməz. 

 

Lao-Tszı 



 

 

 

Bizim yaradıcılığımız  

dünyanın Allah tərəfindən yaradılması prosesində  

kiçik variasiyalardan ibarətdir. 

 

R.Taqor 



 

 

 

Eşq ancaq əzəli-əbədi və sonsuz  

olan böyük Yaradana ünvanlananda onun  

həddi-hüdudu olmaya bilər. 

 

Əbu Turxan 



 

 

 

Özünə güvənməyən adama güvənmək olmaz. 

 

Əbu Turxan 



 

 

 

Ağ lövhə təkcə Allah-a məxsusdur;  

biz hamımız yazılmışların üzərində yazırıq. 

 

Əbu Turxan 

 

 

 

Günahı ancaq savabla yumaq olar. 

 

Əbu Turxan 



 

 



 

Din, inam, iman 

 

 

101



Əgər insan Allahın iradəsinə  

tabedirsə, onda o, təbiətlə həmahəngdir. 

 

Kant 

 

 

 

Allahı sevməyin yolu  

onun yaratdıqlarını sevməkdən keçir. 

 

Əbu Turxan 

 

 

 

İnsan ömrü boyu  

tamamlanmağa, bütövləşməyə, Vahidə can atır. 

 

Əbu Turxan 

 

 

 

Allahın ən gözəl əsəri könüldür.  

Qalan hər şey ancaq əsərin əsəridir. 

 

Mövlana 

 

 

 

Gözlərə görmə qabiliyyəti  

könüldən, könülə isə ilahidən verilir. 

 

Sanskrit aforizmi 

 

 

 

Allah sözünü yaratdıqlarının  

təbii ahəngi və bir də istəkli bəndələrinin dili ilə deyir. 

 

Əbu Turxan 

 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər 

 

 

 



102

 

Biz böyük Yaradan qarşısındakı  

borcumuzu onun yaratdıqlarına ödəməliyik. 

 

Əbu Turxan 



 

 

 

Allahdan qorxmayan bu dünyanın  

heybətlərindən qorxmağa məhkumdur. 

 

Əbu Turxan 

 

 

 

Sevgi hissindən  

məhrum olan adam dindar ola bilməz. 

 

Əbu Turxan 

 

 

 

Dinə və məhəbbətə qəlbin  

bir hissəsi lazım deyil, onlara bütün ruh lazımdır. 

 

A.İ.Gertsen 

 

 

 

İctimai hadisəyə çevrilmiş din artıq din deyil. 

Əbu Turxan 

 

 

 

İnsanın məqsədi Allaha  

çatmaq yox, O-na səcdə etmək olmalıdır. 

 

Əbu Turxan 

 

 

 




 

Din, inam, iman 

 

 

103



Allah qarşısında əyilmək  

bu dünyada əyilməzliyin təməl daşıdır. 

 

Əbu Turxan 

 

 

 

Din dövlət və cəmiyyət üçün yox,  

insanlar üçündür. 

 

Əbu Turxan 

 

 

 

Həqiqi din əslində çox vaxt  

insani keyfiyyət kimi təzahür edir. 

 

Əbu Turxan 

 

 

 

Fəlsəfi həqiqətlər səmanın  

ənginliyindədir; ona ancaq fikrin qanadlarında çatmaq 

olar. Dini həqiqətlər isə qəlbin dərinliyindədir.  

Onlara çatmaq üçün özünə dalmaq, təlqin tələb olunur. 

 

Əbu Turxan 

 

 

 

Din o zaman elmə qarşı çıxır ki,  

özünün bir inam hadisəsi olduğunu unudaraq idrak 

hadisəsi kimi çıxış etməyə çalışır və dünyada gedən  

proseslərin izahını vermək iddiasına düşür. 

 

Əbu Turxan 

 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər 

 

 

 



104

Fəlsəfə seçilmişlər, din isə hamı üçündür. 

 

Əbu Turxan 

 

 

 

Fəlsəfənin gücü – fikrin dərinliyində,  

dinin gücü – fikrin sadəliyindədir. 

 

Əbu Turxan 

 

 

 

Dinin fəlsəfədən bir fərqi  

də odur ki, burada ideya iradə ilə vəhdətdədir.  

Bu baxımdan din ideologiya ilə  

eyni tərtibli hadisədir. 

 

Əbu Turxan 

 

 

 

Zirvədə – vəhy məqamında din elmlə birləşir. 

 

Əbu Turxan 



 

 

 

Elm – beyini, sənət – ürəyi,  

din – ruhu qidalandırır. 

 

Əbu Turxan 

 

 

 

Dinsiz elm kor, elmsiz din də topaldır. 

 

Eynşteyn 



 

 

 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə