Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə18/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   14   15   16   17   18   19   20   21   ...   103

 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



78

Yalançının yaddaşı yaxşı olmalıdır. 



 

Kvintilian 

 

 

 

Aldadan aldanar. 

 

Mövlana 



 

 

 

Yalan ayaq tutar, yeriməz. 

 

Atalar sözü 



 

 

 

Yalanla dünyanı dolaşmaq  

olar, amma geri dönmək olmaz. 

 

Atalar sözü 

 

 

 

Yalan qartopu kimidir, diyirləndikcə artıb böyüyür. 

 

M.Lüter 



 

 

 

Hər bir yalan daha məntiqli,  

daha tutarlı ikinci bir yalanın arxasında gizlədilmişdir. 

 

Cəfər Cabbarlı 

 

 

 

Yalan ilə qurulan yuvanın səadəti də yalandır. 

 

Füzuli 



 

 



 

Mənəviyyat

 

 

 

79



Yalan, ola bilsin, bir problemi  

həll edə bilər, amma özü ilə daha yüz problem gətirər. 

 

Uilyam Porter 

 

 

 

Yalançının cəzası insanların  

ona inanmaması deyil, onun heç kimə  

inanmamasıdır. 

 

B.Şou 



 

 

 

Yalan meşə kimidir:  

nə qədər uzağa getsən, çıxmaq da bir o qədər  

çətin olacaqdır. 

 

A.P.Çexov 



 

 

 

Yer var ki, lal-dinməz olan yaxşıdı, 

Yer var ki, doğru yox, yalan yaxşıdı, 

Səxavət ölçüsü ismət olanda – 

Hamıdan axırda qalan yaxşıdı. 

 

Əbu Turxan 

 

 

 

Özünə də yalan satan insan  

bir müddətdən sonra doğru ilə yalanı  

seçə bilməyəcək. 

 

F.M.Dostoyevski 



 

 



 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



80

Onda ki, yalan taxta çıxır, 

Saf almaz saxta çıxır. 

 

Əbu Turxan 



 

 

 

Yalanın üstü açılanda  

insan utanırsa, deməli, o hələ tam yalançı deyil. 

 

Əbu Turxan 

 

 

 

Həqiqət dayağını itirəndə  

yalan ayaq tapıb yeriyər. 

 

Əbu Turxan 

 

 

 

Elə adamlar var ki, özləri yalan 

danışmaqdan qaçsalar da, yalançıların  

xidmətindən məmnuniyyətlə istifadə edirlər. 

 

Əbu Turxan 

 

 

 

Dünyada insanı ən çox  

utandıran şey yalanının üzə çıxmasıdır. 

 

F.Bekon 

 

 

 

Riyakarlıq zəiflərin silahıdır. 

 

Əbu Turxan 



 

 



 

Mənəviyyat

 

 

 

81



Bir şey nə qədər cidd-cəhdlə  

gizlədilsə, bir o qədər tez aşkar olar. 

 

Laroşfuko 

 

 

 

Simasızlıq əslində  

simaların çoxluğundan irəli gəlir. 

 

Əbu Turxan 

 

 

 

Riyakar adamların  

qiyafəti işıq, məzmunu kölgədir. 

 

Əbu Turxan 

 

 

 

Vəzifəli şəxslər öncə ətrafındakı  

yaltaqların xoş yalanlarına birtəhər dözür,  

sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər 

dözür. Və nə vaxtsa daha buna da dözə bilmir. 

 

Əbu Turxan 

 

 

 

Eybəcər sifətə adət etmək  

və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür  

təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq  

olmur, çünki o həmişə müxtəlif  

formalarda təzahür edir. 

 

Əbu Turxan 



 

 



 

Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



82

Qəlbini təmizləməmisənsə,  

dəstəmaz almağın faydası yoxdur. 

 

Mövlana 

 

 

 

Əgər insan dünyanın ahəngini  

duya bilməsə, təbii gözəllik qarşısında  

heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını da  

kəşf edə bilməz. 

 

Əbu Turxan 

 

 

 

Qəlb də ayna kimidir,  

sındısa – yapışdırmaqla düzəlməz. 

 

Atalar sözü 

 

 

 

Ən böyük zəfər məğlub  

etdiyin tərəfin həm də qəlbini fəth etməkdir. 

 

Əbu Turxan 

 

 

 

Nə pis adamlardan yaxşılıq  

gözlə, nə də yaxşı adamlardan pislik. 

 

Xaqani 

 

 

 

Xeyirxah adamda paxıllıq hissi ola bilməz. 

 

Platon 



 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə