Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə25/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   21   22   23   24   25   26   27   28   ...   103

 

Yer, göy, dünya 

 

 

117



 

Dünyada ancaq yaranmalı olanlar yaranır. 



 

Mark Avreli 

 

 

 

Bir fitil bir atəşdən alışır.  

Amma o fitili alışdırmaqla atəşdən heç nə əskilmir. 

 

Ş.Y.Sührəvərdi 

 

 

 

Şey özündən daha şərafətlisini yarada bilməz. 

 

Ş.Y. Sührəvərdi 

 

 

 

İnsan ancaq yaranmaq  

məqamı çatmış olan şeyi yarada bilər. 

 

Əbu Turxan 

 

 

 

Hər şeyin bir kölgəsi var, heçlikdən başqa. 

 

Əbu Turxan 



 

 

 

Hər şey həm yenidir, həm də köhnə. 

 

Göte 

 

 

 

Təbiətlə həmahəng ol. 

 

Heraklit 

 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 



118

Yeni yalnız heçdən yarana bilər.  

Hər nə ki, nədənsə yaranır, artıq yeni deyil. 

 

Əbu Turxan 



 

 

 

Dərin dəniz daş atmaqla bulanmaz. 

 

Sədi Şirazi 



 

 

 

Göl suyu toplayır, bulaq paylayır. 

 

Bleyk 



 

 

 

Dünyanın ölməyən bir qanunu var. 

 

Səməd Vurğun 

 

 

 

Bütün gizlinlər gec-tez akarlanır. 

 

Sokrat 



 

 

 

Təbiət gizlənməyi xoşlayır. 

Heraklit 

 

 

 

Hər kiçik zərrənin öz aləmi var, 

Dünya bir ahəngdə tutmuşdur qərar. 

 

Səməd Vurğun 

 

 

 




 

Yer, göy, dünya 

 

 

119



Kainatda boşluqlar yox,  

gizlinlər var; nə vaxtsa işıqlansa,  

xəzinələr bəlli olacaq. 

 

Əbu Turxan 



 

 

 

Mahiyyətlər heç vaxt itmir;  

zaman keçdikcə müxtəlif libaslarda  

yenidən üzə çıxır. 

 

Əbu Turxan 



 

 

 

Nizamın işıqlı və qaranlıq  

tərəfləri olduğu kimi, xaosun da qaranlıqları  

arxasında bir işıq vardır. 

 

Əbu Turxan 



 

 

 

Nizam öncə xaosun  

bətnində olur və ancaq üzə çıxdıqdan sonra  

biz onu görə bilirik. 

 

Əbu Turxan 



 

 

 

Hadisələr üçün müxtəliflik,  

mahiyyətlər üçün eyniyyət və sabitlik səciyyəvidir. 

 

Əbu Turxan 

 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 



120

Təbiətdə hər şeyin öz yeri var;  

nadir hallarda yerlər dəyişik düşəndə buna  

möcüzə deyirlər. 

 

Əbu Turxan 

 

 

 

Təbiət ancaq qaydalardan  

ibarət olsaydı, darıxdırıcı olardı. İnsanın hərdən bir 

möcüzələrə də ehtiyacı vardır. 

 

Əbu Turxan 



 

 

 

Təbiətdə hər şey içəridən bağlıdır bir-birinə... 

 

Göte 

 

 

 

Dəniz dalğalar içərisində gizlidir. 

 

Əbdürrəhman Cami 



 

 

 

Varlıq dalğalar şəklində  

qabaran bir dənizdir. Adi gözlə görünən  

isə yalnız dalğalardır. 

 

Əbdürrəhman Cami 



 

 

 

Bəşərsiz kainat bir viranədir. 

 

Səməd Vurğun 



 

 



 

Yer, göy, dünya 

 

 

121



Təbiətin kitabı riyaziyyat dilində yazılmışdır. 

 

Qaliley 



 

 

 

Təbiət ancaq o adama  

tabe olur ki, o təbiətin dili ilə danışır. 

 

F.Bekon 

 

 

 

İnsan həqiqəti öyrənmək  

üçün təbiətin dilini öyrənir. 

 

Əbu Turxan 

 

 

 

Mürəkkəb hadisələr  

dünyası yox, hadisələrin arxasında dayanan riyazi 

qanunlar daha vacibdir. 

 

Heyzenberq 

 

 

 

Əbədiyyətə qovuşmaq  

– onun dilini öyrənmək və hərdən bir  

onu dinləməkdir. 

 

Əbu Turxan 



 

 

 

Zülmət çoxaldıqca ömrü qısalar. 

 

Əbu Turxan 



 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə