Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə12/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   8   9   10   11   12   13   14   15   ...   103

 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



44

Şüurlu varlıq olduğu üçün  

insan yer üzünün əşrəfi sayılır. Göy üzünə isə o yalnız 

şüurundan azad olarkən yüksələ bilər. 

 

Əbu Turxan  

 

 

 

İnsanın işığı artdıqca  

bu fani dünya ona daha qaranlıq görünür. 

 

Əbu Turxan 

 

 

 

İnsan cismən məhdud olsa da, mənən tükənməzdir. 

 

Əbu Turxan 



 

 

 

Yolların ən mübarəki  

insanı özünə çatdıran yoldur. 

 

Əbu Turxan 

 

 

 



Alın yazısı bir dəfə yazılır,  

amma insana onun üzərində hər dəfə yenidən  

yazmaq şansı verilir. 

 

Əbu Turxan 



 

 

Hamı üçün açıq olan qəlbdə darısqallıq olar. 



 

Əbu Turxan 

 

 



 

İnsan 

 

 

 

45



Qəlb o zaman geniş  

olur ki, orada hər yetənə yer olmasın. 

 

Əbu Turxan 

 

 

 

Səndə olmayanlar səndə  

olandan qat-qat çoxdur. Amma səndə olanın qədrini 

bilsən, o, səndə olmayanların hamısını  

əvəz edəcək qədərdir. 

 

Əbu Turxan 

 

 

 

Qapımıza deyil, qəlbimizə vuran buyursun! 

 

Şəms Təbrizi 

 

 

 

İnsan hər an özünü yenidən yaradır. 

 

Əbu Turxan 



 

 

 

Göydə quş kimi uçmağı, suda balıq  

kimi üzməyi öyrəndik, qalıb yerdə insan kimi  

yaşamağı öyrənmək. 

 

B.Şou 



 

 

 



Günümüzün insanı köklərindən qopmuş  

bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə. 

 

Cəmil Meriç 

 

 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



46

Bizi təbiətlə doğmalaşdıran  

ilkin təbii başlanğıcımızdır. Təbiətsə hərdən öz gözəlliyini 

göstərməklə aramızda ruhani bir bağlantı da  

olduğunu yada salır. 

 

Əbu Turxan 



 

 

 

Təbiətin öz dünyası var  

və vaxtilə insan da onun bir hissəsi olmuşdur.  

Amma indi o, təbiəti özünün bir hissəsi  

etməyə çalışır. 

 

Tur Xander 

 

 

 

Əmək bölgüsü insanın tamlığını əlindən alır 

və onun özünün də bölünməsinə gətirib çıxarır. 

 

Tur Xander 

 

 

 

Alimin tanınması üçün onun öz kəşfləri  

kifayət deyil, gərək onun özünü də kəşf edənlər olsun. 

 

Əbu Turxan 

 

 

 



Alim olmaq asandır, insan olmaq – çətin. 

 

Atalar sözü 

 



 

 

 



 

 

Xoşbəxtlik


 

 

 



 

 

 



Xoşbəxt adam özünü  

xoşbəxt hesab edən adamdır.

 

Fildinq  



 


 

Xoşbəxtlik

 

 

 

49



 

 

 



 

 

Xoşbəxtliyi daxilində tapmaq  



çətindir, kənarda isə o sadəcə olaraq yoxdur. 

 

N. de Şamfor 



 

 

 

Yalnız o adam həmişə xoşbəxt ola  

bilər ki, onun bəxtinin sükanı öz əlində olsun. 

 

Əbu Turxan 

 

 

 

Xoşbəxt adamın bədbəxtə  

ağıl verməsindən asan nə ola bilər. 

 

Esxil 

 

 

 

Məsləhətlərimizlə yardım etdiyimiz  

insanların xoşbəxtliyi bizi o qədər də  

maraqlandırmır. 

 

Vovenarq 



 

 



Aforizmlər: seçilmişlərdən seçilmişlər 

  

 



 

 

 



50

Ən böyük bədbəxtlik  

hər şeydən narazı olmaqdır. 

 

Lao-szı 

 

 

 

O kəs də xoşbəxtdir ki, hörmət  

etdiyi kəs haqqında xatirə belə onu özünü 

təkmilləşdirməyə sövq edir. 

 

Seneka 



 

 

 

Xoşbəxt adamlar üçün ən uzun ömür  

də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də 

ömür qədər uzundur. 

 

Lukian 



 

 

 

İnsan yalnız xarici  

səbəblərdən bədbəxt olmur. 

 

Seneka 

 

 

 

Canıyananlıq başqasının  

bədbəxtliyinə yanmaq, paxıllıq isə başqasının 

xoşbəxtliyinə yanmaqdır. 

 

Platon 



 

 

 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə