Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə9/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   5   6   7   8   9   10   11   12   ...   103

Dildə yatan fəlsəfə  

 

 

 

29



fikrin və ya təhkiyənin hissələridir və müstəqil dəyər kəsb et-

mirlər; müəllif o fikrin aforizm kimi, yaxud ayrılıqda verilməsi-

nə heç vaxt razı olmazdı. Amma nə etmək olar... Və bu zəif 

aforizmləri görüb hər yetən də öz “aforizmlər”ini yazır.  

Eləcə də atalar sözləri. Onları yığıb təsnif etmək, qruplaş-

dırmaq ilk baxışda sadə görünsə də, olduqca böyük mənəvi mə-

suliyyət tələb edir. Təəssüf ki, ölkəmizdə “Atalar sözləri” adı ilə 

çap etdirilmiş  əsərlərə haradan nə tapılıbsa, ağına-bozuna bax-

madan,  əslində  nəinki “atalara”, heç oğul-uşağa da rəva bilin-

məyən sözlər hamısı daxil edilir. Bu irad hətta akademik nəşr 

kimi nüfuz qazanmış kitablara də aiddir

1

.  



Məsələn: 

“Əhd-peymanı sındırmazlar” (s.110); 

“Xəstəyə naz eləmək həkimə yaraşmaz” (s.111); 

“Yuxuya inanmazlar” (s.126);  

“Yola körpü sal” (s.141); 

“Zərərə tərəf getməzlər” (s.146) və s. 

Bu cür təsadüfi sözlər təbii ki, atalar sözü sayıla bilməz; 

onlar heç truizm də deyillər. Bəs seçim, bəs meyar? Bəs müza-

kirələr, fəlsəfi təhlil? Sanki bunlara heç ehtiyac yoxmuş;  əsas 

məsələ daha çox “fikir” toplamaq, daha qalın kitab buraxmaq 

imiş. 


Həm də nöqsanlar təkcə hikmətsiz, səviyyəsiz sözlərin 

kitaba daxil edilməsi ilə bitmir. Buna bəlkə  də, göz yummaq 

olar, amma bəzən neqativ təsirli sözlər də kimlərinsə yüngül əli 

ilə “atalar sözü” statusu qazanmağa cəhd edir. Məsələn: “Kitab 



verənin bir əlini kəsərlər, qaytaranın iki əlini!”Bu məsəl “ki-

tab oğrusu oğru deyil”  məsəlinin daha pis variantıdır. Əslində 

kitabı sevən, onun qədrini bilən, ona qiymət qoyan adam aldığı 

kitabı qaytarar ki, başqaları da oxuya bilsin.  

                                                 

1

 Məs.: Atalar sözü (Toplayanı Ə.Hüseynzadə). Bakı, “Yazıçı”, 1981.  




 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



30

Necə ki, atalar sözləri içərisində universal səciyyə daşı-

mayan və ancaq müəyyən kontekstdə və müəyyən tip hadisələr 

üçün dəyərli olan nümunələr vardır, eləcə də bədii ədəbiyyatda 

kontekst böyük önəm daşıyır. Məsələn, kimsə Nizaminin, 

M.F.Axundovun, Hüseyn Cavidin əsərlərində  işlənən ayrı-ayrı 

məsəlləri, deyimləri, ifadələri seçərək “aforizmlər” adı altında 

çap etdirir və bu zaman hansısa obrazın dili ilə deyilmiş fikir 

müəllifin adına yazılır. 

Məsələn: 



“Bir günün zövqünə dəyməz dünya” 

“Mərhəmət zəiflikdir”; 

“Məhəbbət fəlakətdir”;  

“Yox kimsədə mərhəmət və vicdan,  

 İnsanlığı həp unutdu insan”;  

 “Əmin olunuz ki, dünyanın bütün izzəti – bütün səadəti 

ancaq pul ilə əldə edilə bilir” və s. 

Dünyanın dəyərsizliyinin vurğulanması, bir günün zöv-

qünün dünyadan üstün tutulması, insanlığın unudulması, mərhə-

mətin, məhəbbətin neqativ müstəviyə keçirilməsi, – bütün bun-

lar Cavidin əslində ittiham etdiyi cəhətlərdir. Bu deyimlər “bu 

dünya beş günlükdür” fəlsəfəsizliyini yada salır. Amma hikmət 

dünyasında söhbət həqiqi dünyanın, ruhun, mənəvi meyarların 

bir günün zövqünə qurban verilməsinin yolverilməzliyindən, 

mərhəmətin, məhəbbətin isə ülviyyətindən, aliliyindən gedir.  

Bu kimi ifadələrin, əslində onlar ironiya ilə, ya da mənfi 

obrazların dili ilə deyildiyi halda, H.Cavidin seçmə aforizmləri 

kimi təqdim edilməsi

1

 yolverilməzdir. Belə ki, hansı fikrin mü-



əllifə, hansının obraza aid olduğunu və ya müəllifin hansı ob-

razları dəstəklədiyini və hansıları öz dili ilə ifşa etdiyini saf-çü-

rük etmədən və bu zaman hikmətin yüksək meyarlarından çıxış 

                                                 

1

 Bax: Cavid hikməti. Seçmə aforizmlər. Bakı, Elm, 2008.  




Dildə yatan fəlsəfə  

 

 

 

31



etmədən, belə bir işin məsuliyyətini boynuna götürmək məqsə-

dəuyğun deyil.  

Ümumiyyətlə, H.Cavidin bu sahədə bəxti gətirməmişdir

onun fikirlərinin seçilməsi zamanı müəllif mövqeyi çox tez-tez 

antimövqe ilə qarışıq salınır. “Müdriklik əlifbası” adı ilə çap 

olunmuş 2 cildlik kitabda

1

 da H.Cavidin “aforizmləri” kimi aşa-



ğıdakı misallar gətirilir: “Ən silinməz ləkədir yoxsulluq”(s.329). 

Yaxud: ”Ən son nəticə heçlikdir”(s.330). Bu kitabda müdriklik 

bir yana qalsın, heç adi şüur səviyyəsində də dəyəri olmayan fi-

kirlər çoxluq təşkil edir. Məsələn, kontekstdən çox uğursuz çı-

xarılmış “açıq-aşkar nankordan biridir insan” sözlərini Qurana 

istinadla bir aforizm olaraq kitaba daxil etmək  ən azı Qurani-

Kərimin ümumi ruhuna zidd getməkdir. Yaxud Şekspirin kon-

kret bir zaman və ictimai mühit üçün dediyi tənqidi-satirik fikir 

aforizmlər sırasına daxil edilir: “Axmaqlıq sayılır düzlük, həqi-

qət” (s.34). Yaxud A.Blok deyir: “Ayır bu dünyadan məni bir 

anda”(s.71). – Axı, bunun nəyi aforizmdir?  

Təəssüf ki, meyarsızlıq bu sahədə çap olunan əksər kitab-

lara aiddir. Bu isə oxucuları həqiqət və hikmət axtarışında düz-

gün yönləndirmək  əvəzinə, onları çaşdırır və  nəticədə haqqın 

nahaqla, düzün əyri ilə qarışıq salınmasına xidmət edir. 

Lakin qeydlərimizi tənqidi notlarla bitirmək istəməzdik, 

çünki Əbu Turxan demişkən, “pisi söyməkdənsə, yaxşını öymək 

yaxşıdır”.Ona görə də nisbətən uğurlu seçimləri də yada salmaq 

istərdik. Bizcə, hələ sovet dövründə bakılı fəlsəfə tədqiqatçıları 

P.Landesman və Y.Soqomonovun hazırladıqları “Fikirlər və 

aforizmlər”

2

 hələ də ən sağlam seçimlərdən biri olaraq qalmaq-



dadır.  

                                                 

1

 Müdriklik əlifbası (I kitab).Bakı, Şirvannəşr, 2010.  



2

 Мысли и афоризмы  (Составители: П.Ландесман,Ю.Согомонов). 

Баку, Азернешр, 1962.  



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə