Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə7/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   2   3   4   5   6   7   8   9   10   ...   103

Dildə yatan fəlsəfə  

 

 

 

23



Yəni anlayışların mənalarından asılı olaraq yozumlar da dəyişir. 

Yozumçu rolunu isə adətən kontekst, mətn oynayır. Yəni hər 

kontekstdə məsəlin bir fərqli mənası ortaya çıxır. Obrazlı desək, 

bu cür çoxmənalı  məsəllər özü də buqələmun kimi rəngdən 

rəngə girir.  

Belə bir ifadə var: “İstedadlıya kömək edin, istedadsız 



onsuz da özünə yol tapacaq”. Bu cür fikirlər hansı isə ictimai 

mühitin gerçəkliyindən intixab edilmişdir. Əslində doğrudan da 

istedadlının köməyə ehtiyacı var, təkcə ona görə yox ki, geri 

qalmış cəmiyyət ona  doğmalıq göstərmir, həm də ona görə ki, 

istedadlı adamlar özü haqqında düşünmürlər. Və “özünə yol aç-

maq”, “öz başına çarə qılmaq” üzrə mütəxəssis deyillər. Nor-

mal cəmiyyət o cəmiyyətdir ki, orada hərə məhz öz yerini tapa 

bilir, daha “Əlinin papağı Vəlinin, Vəlinin papağı Əlinin başı-

na”  qoyulmur.  Məhz hərə öz yerində olanda, boş qalan yerlər 

özü mütəxəssisi, istedadı  səsləyir və istedad üçün yer açılmış 

olur. Vay o gündən ki, “yağla şorun qiyməti eyni olsun”. Onda 

bu rəqabətdə  məhz  şor qalib gələcək, çünki onun maya dəyəri 

daha aşağıdır. Necə ki, belə cəmiyyətlərdə istedadlılar rəqabətə 

dözə bilmirlər; onlar mütəxəssis kimi yetişmək üçün öz üzərin-

də çalışdığı vaxtda, o birilər cəmiyyətdə əlaqələr yaradır, tanış-

lar tapır, zəmanənin nəbzini tutmuş olurlar.  

 Əbu Turxan da görünür, məhz bu cür cəmiyyətlər üçün 

demişdir: 

 

Kol kola söykənibdir, 

Gülsə tikan üstədir. 

Yaxşılar ayrı düşüb, 

Yamanlarsa dəstədir. 

 

İstedadlılar təklənirlər. Onlar kütlənin fövqündə olduğun-

dan, bir-birindən ciddi surətdə fərqləndiyindən kütlə ilə onların 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



24

arasında bir uyğunsuzluq, bəzən hətta ziddiyyət yaranır.  

Beləliklə,  “İstedadlıya kömək edin, istedadsız onsuz da 

özünə yol tapacaq” ifadəsinin haradan və nədən yarandığı bəlli 

olur. Və bu, bir növ ironik ifadədir və aforizm kimi qəbul oluna 

bilməz, çünki ancaq bəlli ictimai mühitlərə aiddir.  

“Bir dəfə görmək yüz dəfə eşitməkdən yaxşıdır”. Demə-

li, bizim ənənəvi düşüncə  tərzinə görə, daha çox informasiya 

almaq, həqiqətə daha çox yaxınlaşmaq eşitmək deyil, görmək 

sayəsində mümkün olur. Koqnitiv psixologiya da belə hesab 

edir ki, ən böyük informasiya məhz görmə duyğusu sayəsində 

əldə edilir. Burada “eşitmək” dedikdə başqalarının təcrübəsi nə-

zərdə tutulur. Vurğu bunadır ki, başqasının görüb danışması bir 

şeydir, özünün görməyin isə başqa şey.  

“Öz”-ün vurğulanması yaxşıdır, amma “öz” məhduddur.  

Sivilizasiya isə  məhz başqalarının mənimsədiklərini də 

mənimsəmək sayəsində mümkün olmuşdur. Belə ki, “eşitmək” 

həm də “oxumaq” anlayışını əhatə edir. Oxuduqlarımız isə baş-

qalarının gördüklərinin sadəcə nəqli yox, nəzəri bilik səviyyəsi-

nə yüksəlmiş və sınaqdan çıxmış biliklər də ola bilər. Bu məna-

da gördüklərimiz, yəni hissi idrak səviyyəsində mənimsədikləri-

miz deyil, kitabdan oxuduqlarımız, yəni elmi-nəzəri fikir və təc-

rübə süzgəcindən keçmiş biliklər həqiqətə daha yaxındır və de-

məli, daha yaxşıdır.  

Burada ancaq yaradıcı adamlar istisna təşkil edirlər. Belə 

ki, onlar da təhsil yolu ilə həmin dövrün ümumi bir səviyyəsinə

postamentə, məlumata, metodika və texnikaya yiyələndikdən 

sonra, şəxsi yaradıcılıq üçün gərək öz təcrübələrinə, öz “mən”-

lərinə istinad etsinlər. Lakin burada da rəssam üçün görmək, 

bəstəkar üçün eşitmək daha önəmli olur. Şair üçün həm görmək, 

həm eşitmək önəmlidir. Yaradıcılığın daha yüksək səviyyəsində 

isə bəsirət gözü açılır ki, bu da qəlbin səsini eşitmək deməkdir. 




Dildə yatan fəlsəfə  

 

 

 

25



Yəni bu yüksək məqamda, sezgi qatında görmək və eşitmək ey-

niləşir.  

Kim isə deyib ki, “gözəllik ondur, doqquzu dondur”. 

Əbu Turxan isə əlavə edir ki, “birini saxla, doqquzunu yandır”. 

Yəni gözəlliyin əsl siqləti məhz donlarsız, zahiri cəhətlərdən tə-

mizləndikdən sonra yerdə qalan o “bir”dədir. Bunu anladıqdan 

sonra qayıdıb yenə həmin atalar sözünə nəzər salsaq, qarşımız-

da tamamilə başqa bir yozum açılacaqdır. Yəni məqsəd diqqəti 

dona, geyimə, bəzəyə yönəltməkdən, donun vacibliyini qeyd et-

məkdən ibarət deyilmiş. Məqsəd insanları diqqətli olmağa, doq-

quz qat donla pərdələnmiş  həqiqi gözəlliyi axtarmağa yönəlt-

mək imiş.  

Belə bir deyim də var: ”Çox oxuyan çox bilməz, çox gə-

zən çox bilər”. Lakin çox gəzənlərin çoxu könül evindən bixə-

bər qalıblar. Gəzdikləri və gördükləri dünya yox, dünyanın gö-

rüntüsü olub. Əsl dünya, mahiyyət isə  kənarda yox, içəridə, 

qəlb aləminin, ruhani dünyanın dərinliklərində imiş!  

Mütləqi də, mahiyyəti də, sonsuzluğu və  əbədiyyəti də 

insan ancaq ruhunun ənginliyində tapa bilər.  

Səbəbi isə budur ki, kənara getdikcə dünya genişlənir və 

seyrəlir. Sıxlıq azalır, məsafə artır. Sən getdikcə o səndən daha 

böyük sürətlə uzaqlaşır. L.Tolstoy təsadüfən demirdi ki, xoş-

bəxtliyi birinci növbədə öz evində axtar.  



“Pul əl çirkidir”. Bəlkə də heç bir millətdə pula bu dərə-

cədə həqarətli və saymazyana münasibət tapmaq mümkün deyil. 

Pulu əl çirki saymaq, onun heç vaxt məqsəd olmalı olmadığını 

vurğulamaq, pulun fövqündə durmaq əslində mənəviyyatı yük-

səltməyin,  “insan mənəviyyat üçün yaşamalıdır”  (Heydər  Əli-

yev) hikmətini təsbit etməyin bir formasıdır. Məhz Şərqdə nəfsə 

qarşı çıxmaq, tamahkarlığı, xəsisliyi məsxərəyə qoymaq ənənəsi 

geniş yayılmışdır. Əksinə, əliaçıqlıq, səxavət həmişə kişinin ən 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə