Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə4/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   2   3   4   5   6   7   8   9   ...   103

 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



14

onların siyasi nitqləri, yaxud hansı isə bir fəlsəfi və ya bədii əsə-

ri yox, məhz aforizmlər toplusudur. Düzdür, bu aforizmlərin bö-

yük  əksəriyyəti mənim xoşuma gəlmir, çünki daha böyük bir 

ideyanın canlı, təbii bir fikir axınına daxil olmayıb, ayrılıqda, 

müstəqil şəkildə quraşdırılmışdır.  

Atalar sözləri də müstəqil fikir halında olur. Lakin bizə 

elə gəlir ki, onlar nə vaxtsa hansı isə daha sürəkli bir fikir kon-

tekstində deyilmiş və sonralar başqa kontekstlərə də şamil edil-

mək üçün ayrılaraq müstəqil surətdə nəsildən-nəslə ötürülmüş-

dür. Bu mənada hansı sözün hansı fikir axarına aid olduğunu 

aydınlaşdırmaq üçün bir çox hallarda xüsusi fəlsəfi təhlilə ehti-

yac yaranır.  

Eləcə  də aforizmlər iki cür olur: özlüyündə aydın olan 

tam yetkin aforizmlər və bir də şərhə, yozuma ehtiyacı olanlar. 

Daha doğrusu,  əslində söhbət atalar sözünün və ya aforizmin 

yetkinliyindən daha çox, oxucuların, ictimai şüurun düzgün 

yönləndirilməsindən gedir. Yəni kütləvi şüur bəzi dərin fikirlər 

üçün yetərincə hazırlıqlı olmadığından, belə bir körpüyə ehtiyac 

yaranır. Bəzən də elə olur ki, fikrin üst qatı hamı tərəfindən an-

laşıldığı halda, ikinci, daha dərin məna ancaq seçilmişlər (türk-

lər demişkən, “aydınlar”) üçün aydın olur.  



«Könül sevən gözəl olar». Bu məlum atalar sözü gözəlli-

yin nisbiliyinə və subyektivliyinə dair yazılmış cild-cild mono-

qrafiyaların ən konkret və həm də ən tutumlu ifadəsidir. Həmin 

fikir neqativdə də atalar sözü kimi yayılmışdır: “Zorla gözəllik 



olmaz”. “Zorla”, yəni könül sevmirsə, – insanın iradəsinə rəğ-

mən gözəllik ola bilməz. Həm də bu, daha kəskin bir deyilişdir. 

Belə ki, birinci halda könlün sevməsi gözəlliyi  şərtləndirən 

amillərdən biri kimi də  dəyərləndirilə bilərdi. Yəni, gözəlliyin 

obyektiv meyarları da ola bilər, amma bununla yanaşı, hətta bu 

meyarlara uyğun gəlməsə belə, könlün sevməsi nəyinsə, kimin-




Dildə yatan fəlsəfə  

 

 

 

15



sə gözəl görünməsi üçün şərtdir. Amma ikinci – inkar üzərində, 

neqativ planda qurulmuş atalar sözü hər hansı bir kənar amilin, 

hətta bu obyektiv meyar olsa belə, könülə hökm etməsini və ya, 

tutaq ki, rasional metodlarla gözəlliyin isbat olunmasını müm-

kün saymır. Burada subyektiv amil yeganə amildir; fikrin ağır-

lıq mərkəzi gözəlliyin üzərinə deyil, zorun üzərinə düşür. (Biz 

həmin ifadədə “gözəllik” məfhumunu məhəbbət, dostluq, səda-

qət və s. anlayışlarla  əvəz edə bilərik). Yəni, bunların heç biri 

zorla olmur və ancaq könlün hökmü, səlahiyyəti daxilindədir.  

Amma bu fikrin güzgü əksi də eyni dərəcədə  mənalı 

olub, kənardakı gözəlliyə deyil, könülün özünün gözəlliyinə 

həsr edilmişdir.  Əbu Turxan deyir: «Sevən könül gözəl olar». 

Göründüyü kimi, bu aforizm səslənməsinə görə nəzərdən keçiri-

ləndə, atalar sözünə çox bənzəyir. Amma fikir tamamilə  fərqli 

müstəvidədir. Burada sevilənin gözəl görünməsindən deyil, se-

vənin gözəlləşməsindən bəhs olunur.  

Əslində bu mövzu hələ orta əsrlərdə şifahi ədəbiyyatdan 

yazılı ədəbiyyata keçmiş, təsəvvüf fəlsəfəsində də yer almışdır 

və bu günümüzə qədər müzakirə predmeti olaraq qalır.  

Çox dərin ideya və məna tutumuna malik olan atalar söz-

lərindən biri “Ağla gələn başa gələr” fikridir. Bu xalq hikməti 

böyük alman filosofu Hegelin “ağlabatan hər şey gerçək, ger-



çək olan hər şey ağlabatandır” fikrini, kim bilir, neçə yüz il qa-

baqlamışdır. Sadəcə biz bu ideyanın fəlsəfi yozumunu vermək-

də, onun əvvəlini və sonunu da nəzərə almaqla daha böyük bir 

ideyanın tərkib hissəsi kimi təqdimatında gecikmişik.  

Qərb filosoflarının hikmət kimi, aforizm kimi məşhurlaş-

mış bir çox fikirləri bizim rəsmi filosoflar tərəfindən sonradan 

mənimsənildiyi halda, bu fikirlərin çoxu bizim milli şüurda, el 

hikmətində çox-çox qədimlərdən məlumdur. Məsələn, F.Bekon 

deyir:  “Çoxlu qüsurları olan insanlar qüsurları ilk növbədə 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



16

başqalarında görürlər”.  Həmin fikir daha gözəl  şəkildə bizim 

atalar sözündə ifadə olunmuşdur: “Öz gözündə tiri görmür, 



başqasının gözündə qıl axtarır”. Sadəcə olaraq biz öz dilimizin 

əsrlərin sınağından keçirərək bu günə daşıdığı ideyaları yeni-

dən, fəlsəfi kontekstdə dəyərləndirməliyik.  

Yeni Dövr Qərb elminin əsas metodlarından biri “sınaq-



səhv” metodudur. El hikmətində bu ideya “sınamağı qurd ye-

məyib”, “tutar – qatıq, tutmaz  ayran” sözləri ilə ifadə olunur. 

Yəni fərziyyə yürütməkdənsə, praktikada yoxlamaq, sınamaq 

lazımdır. İdeya təsdiqini taparsa, lap yaxşı, tapmazsa, – yenə də 

müəyyən qənaət əldə edilmiş olur. Necə deyərlər, “mənfi nəti-

cənin özü də bir nəticədir”. Beləliklə, Qərb dünyasında təməli 

Qalileylə qoyulmuş olan eksperimental elmi düşüncənin ideya 

əsasları hələ bizim folklorda, ola bilsin ki, Qalileydən daha əv-

vəl mövcud idi.  

Xalq hikməti ilə  fəlsəfə arasında qarşılıqlı keçidlərin ol-

ması çox vacibdir. Bizim folklorumuz, dilimiz hikmətlə nə qə-

dər zəngin olsa da, bu zəngin təməldən fəlsəfəyə keçid istiqa-

mətində addımlar atılmamışdır.  

Fikirlər ilk baxışda nə qədər müstəqil görünsə də, əslində 

bir fikir başqa bir fikrin rüşeyimi olmalı  və ayrı-ayrı halqalar 

birləşərək zəncirvarı proses yaratmalıdır. Lakin universal ifadə 

vasitələri heç də  həmişə bitmiş fikir şəklində olmur. Bir çox 

hallarda ifadələr, deyimlər, söz birləşmələri, simvolik məna 

kəsb edərək müstəqilləşir və ancaq hansı isə bir fikri gücləndir-

mək, vurğulamaq üçün istifadə olunur. Bəzən də bir ifadə özün-

də elə böyük bir potensial saxlayır ki, müxtəlif fikir zəncirləri-

nin düyün nöqtəsi kimi çıxış edir. Məsələn, “getdim onu tutma-

ğa, o məni tutmuş idi!” Bu “hekayətin” əslində ən müasir fəlsə-

fi təlimlər, o cümlədən fenomenologiya və sinergetik təfəkkür 

üçün bir ip ucu olduğunu dərk etmək elə də asan məsələ deyil. 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə