Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə5/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   2   3   4   5   6   7   8   9   ...   103

Dildə yatan fəlsəfə  

 

 

 

17



Lakin bununla belə, Azərbaycan folklorunun özündə necə bö-

yük bir fikir potensialı saxladığına əmin olmaq üçün onu fəlsəfi 

kontekstdə yenidən nəzərdən keçirək.  

İnsan dünyanı mənimsəməyə, onu öz düşüncə toruna sal-

mağa çalışır. 

O

  (əslində o-nun cismani varlığı – bədəni),  ətraf 



mühitlə qarşılıqlı əlaqəyə girir və bu əlaqə sayəsində mühit haq-

qında müəyyən informasiya alır. İnsan öz diqqətini mühitin mü-

əyyən bir hissəsinə və ya rakursuna yönəldir, müəyyən lokal ha-

disəni öz tədqiqat predmetinə çevirir. Bu zaman o – subyekt, 

həmin predmet isə obyekt rolunda çıxış edir. Yəni fəal tərəf – 

“tutmağa gedən”dir. Lakin insan istəsə də, istəməsə də mühitlə 

müəyyən qarşılıqlı əlaqədədir, ona təsir edərkən həm də ondan 

təsirlənir (qeyri-aşkar informasiya alır).  İnsanın məqsədyönlü 

(şüurlu) surətdə əldə etmədiyi kortəbii informasiya (qeyri-şüuri 

proseslər) onun özünə bəlli olmur. Belə hallarda insan subyekt 

rolunda çıxış etmir, əksinə, mühitin təsirinə  məruz qalmaqla 

obyekt vəziyyətinə (tora) düşür” – “tutulmuş olur”.  

Eləcə də rübailər, yekun beytlər, lirik ricətlər və s. Yaxşı 

natiqlər öz çıxışlarını klassik deyimlər və beytlərlə  bəzədikdə, 

dinləyicilərin qəlbinə daha tez yol tapırlar. 

 Yaxud yazılı mətnlərdə uğurlu seçilmiş bir epiqraf oxu-

cunu öncədən yönləndirməklə, müəllifin işini xeyli asanlaşdırır. 

Qərb dünyasında millətindən asılı olmayaraq, bütün xalqlar bu 

məqsədlə bir çox latın frazalarını orijinalda olduğu kimi istifadə 

edirlər. Bunlar aforizm sayılmasa da, yəni özlüyündə bitkin fikir 

olmasa da, mətnə daxil edildikdə  bəzən aforizmdən daha çox 

səmərə verir.  

Qərb düşüncəsi lirik olmaqdan daha çox, epik səciyyə da-

şıdığına görə, fikirlər də çox vaxt nəsrlə, bər-bəzəksiz ifadə olu-

nur. Amma fəlsəfi mətnlərdə fikirlər bir-biri ilə elə çulğalaşır ki, 

onların hər hansı birini ayırdıqda müəllifin nə demək istədiyini 




 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



18

müəyyənləşdirmək çətin olur. Yəni fikirlər sadə yox, mürəkkəb 

olduğundan, onların aforizm halına salınması mümkün olmur. 

Məhz bunun nəticəsidir ki, dünyanın  ən böyük mütəfəkkirləri-

nin, böyük filosofların yazdıqlarını aforizm şəklinə salmaq elə 

də asan məsələ deyil. Yəni onlar özləri bunu ediblərsə ediblər, 

etməyiblərsə, sonradan bu “əməliyyatı” aparanda, alınan aforiz-

min müəlliflik hüququ sual altında qalır.  

Qərbdə ruhsuz dünyanı, «obyektiv reallığı» bir qayda 

olaraq elmi dillə, insan ilə dünya arasındakı münasibətləri isə 

fəlsəfi dillə ifadə edirlər. İnsan dünyasının ifadə olunmasına isə 

fəlsəfə ilə yanaşı, incəsənət, ilk növbədə poeziya iddialıdır. La-

kin elmi-fəlsəfi yanaşma ilə poetik yanaşma arasında köklü 

fərqlər vardır. Qərb sivilizasiyasının siması, əlamətdar cəhəti ki-

mi başa düşülən elmi düşüncə sadəcə bir alternativ təsvir üslubu 

olmayıb, əlahiddə bir keyfiyyətə malikdir ki, buna kumulyativ-

lik deyilir. Yəni inkişaf müxtəlif şəxslərin gördükləri işlərin, əl-

də etdikləri yeni biliklərin toplanması hesabına gedir.  

Şərq poeziyasında da ümumiləşdirmələr vardır. Yəni 

konkret hadisələrin təsvirindən sonra ümumiləşdirici bir fikir 

hasil olur ki, bu da Şərq müdrikliyi kimi məlumdur. Lakin bu 

ümumiləşdirici fikir bir qayda olaraq əxlaqi müstəvidə, nəsihət 

və ya davranış düsturu, resept kimi təqdim olunur.  

Bu üslub Bibliya və Quran da daxil olmaqla bütün dini 

kitablarda da aparıcı üslubdur. 

Bunu da nəzərə almaq lazımdır ki, atalar sözlərinin bir 

qismi neqativ planlı folklorla bağlıdır. Lakin istənilən halda də-

yəri olmayan heç bir fikir şifahi xalq ədəbiyyatında yaşamır. Sa-

dəcə olaraq belə fikirlərin düzgün yozuma, hermenevtik təhlilə 

ehtiyacı var. Bu mənada mübahisəli görünən bəzi atalar sözlə-

rini təhlil etməyə çalışacağıq.  



Dildə yatan fəlsəfə  

 

 

 

19



Məsələn: “El üçün ağlayan gözdən olar”.  Bu söz sanki 

milli ruha, vətənpərvərliyə ziddir. Bəs onda necə “atalar sözü” 

ola bilibdir? Çox vaxt fikir anlaşılmazlıqları sözlərin, terminlə-

rin mənasının dəqiq olmamasından irəli gəlir. Ona görə də, əv-

vəlcə “el” sözünün mənası müəyyənləşdirilməlidir. Dilçilərin 

sinonim kimi qəbul etdiyi bir çox sözlər var ki, fəlsəfi kontekst-

də onlar fərqli məzmun daşıyırlar. “El”, “əhali”, “kütlə”, “cama-

at”, “xalq” və, nəhayət, “millət”, “cəmiyyət”, “bəşəriyyət” söz-

ləri heç də sinonim olmayıb, özünəməxsus məna çalarına malik-

dirlər. Kütlə və camaat adətən hansı isə bir ideya ətrafında top-

lanmayan adamların kortəbii birliyidir. Burada birləşdirici amil 

sadəcə məkan, zaman və ya hansı isə təsadüfi hadisə ola bilər. 

Onu müəyyən məcraya yönəltmək, yönləndirmək, idarə etmək 

ona görə mümkün deyil ki, “hər ağızdan bir avaz gəlir”. “Əha-



li” sözü isə müəyyən bir ölkənin, ərazinin sakinlərini əhatə edir 

ki, burada da yeganə ümumi cəhət məhz sərhəddin, məkanın 

müəyyənliyidir. Kütlədən fərqli olaraq burada daimi yaşama 

şərtləri tələb olunur. Yəni müəyyən əraziyə müvəqqəti, təsadü-

fən gəlmiş adamlar oranın əhalisinə aid deyil. Bu mənada kütlə 

və camaat məkanca daha lokal, lakin müvəqqəti, əhali isə sey-

rək paylansa da, daha dayanıqlıdır. El sözü daha çox əhali sözü-

nə yaxındır, daha doğrusu, əhali ilə xalq arasında qoyula bilər. 

Daha mütəşəkkil ictimai birlik forması isə cəmiyyətdir və onun 

da bütün siyasi-hüquqi, iqtisadi, mədəni-mənəvi parametrlərlə 

konkretləşmiş, dövlət maşını ilə tənzim və təcəssüm olunan for-

ması – millətdir.  

Beləliklə,  “kütlə üçün ağlamaq”,  “el üçün ağlamaq”, 

millət üçün ağlamaq”, – əslində fərqli şeylərdir.  

Milli mənafe və onun həyat amalına çevrilməsi ictimai 

inkişafın yüksək pilləsinə aiddir. Əlbəttə, bundan daha yüksək 

forma kimi ümumbəşəri mənafe və mücərrəd insan sevgisi, yəni 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə