Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə6/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   2   3   4   5   6   7   8   9   ...   103

 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



20

“ümumiyyətlə insan” üçün ağlamaq, yəni çalışmaq, yanmaq 

haqqında danışmaq olardı. Amma burada sanki dairə qapanır və 

son yenidən başlanğıca gəlir. Mücərrəd insan üçün ağlamaq əs-

lində əsli-zatı bilinməyən, ideyası və amalı bəlli olmayan “küt-

lə”, “camaat” üçün ağlamaq kimi bir şeydir. Yəni bir-birini öl-

dürən iki düşmənin hər ikisi üçün ağlayırsan. Bu, bir növ 

“imam üçün ağladıq, indi də gəlin yezid üçün ağlayaq” məsəli-

ni xatırladır. Düzdür, bu sonuncu məsəl bir qədər fərqlidir, yəni 

ola bilsin ki, qatilin də günahını məhz faciə kimi dəyərləndirə-

rək onu da yazıqlamaqdan söhbət gedir.  

Bax, “el” sözünü “camaat”, “kütlə”, “mücərrəd insan” 

mənasında başa düşəndə, “el üçün ağlayan gözdən olar” deyi-

minin mənası daha aydın başa düşülür. Amma “el” milliləşdiri-

ləndə, dövlətləşdiriləndə, yəni ideyası, amalı bəlli olanda, başqa 

sözlə, konkretləşəndə, “hansı el” sualına cavab veriləndə, onda 

bu məsəlin yönü də dəyişir. “Sən kimin üçün ağladığını de, mən 



sənin kim olduğunu deyim”.  

İndi ağırlıq mərkəzini “el” sözündən “ağlamaq” sözünə 

keçirək. Yəni əslində sadəcə “ağlamaq” özü acizlik əlaməti he-

sab oluna bilər. Ağlamaq zəiflərin nəsibidir. Müəyyən kritik 

məqamlarda “ürəyi boşaltmaq” üçün qaçılmaz olsa da, geniş 

planda götürdükdə yüksək bir keyfiyyət hesab olunmur.  

Əbu Turxan həmin atalar sözünü başqa yozumda verir:  

 

El üçün ağlayan gözdən də olar



Küləş tək alışan közdən də olar, 

Ağlayıb-sızlamaq nəyə gərəkdir, 

Böyük iş əməldən, sözdən də olar. 

 

 



Yəni millətə heç də ağlamaq yox, gerçək iş, əməl, söz la-

zımdır. Amma “ağlamaq” sözünü məhz “yanmaq” mənasında 

işlətsək, iş, əməl, söz də yanmağın təzahürləri olacaqdır.  



Dildə yatan fəlsəfə  

 

 

 

21



Yaxud: “Girdin şəhərə, hamı gözü qıpıq, sən də ol gözü 

qıpıq”. Bu cür fikirlər o cəmiyyətlərdə olur ki, orada fərqlənən 

adamları, cəmiyyətdən uca dayananları sevmirlər. Hamının əyri 

olduğu cəmiyyətlərdə məhz düz adamlar əyri görünürlər. Bu cə-

miyyətin öz məntiqi də vardır:  “Düz adamdır, bəs niyə  əyri iş 



görmür? Yaxud hamının sərxoş olduğu bir məclisdə ayıq adamı 

sevməzlər, çünki o başqalarının eyiblərini görə bilər. Dəlilər 

çoxluq təşkil edən yerdə ağıllı adam dəli kimi görünür. Bu kon-

tekstdə belə bir hekayət yada düşür.  



Bir dəfə münəccim  şaha deyir ki,  elə  bir yağış yağacaq 

ki, onun suyundan kim içsə, dəli olacaq. Şah vəziri-vəkili yığıb 

məşvərət eləyir. Belə ki, bütün içməli su hövzələri açıq olduğun-

dan, yağışın suya qatışmasının qarşısını almaq qeyri-mümkün 

idi. Onda vəzir belə məsləhət görür ki, heç olmasa şah və onun 

yaxış adamları üçün qapalı yerdə su toplayaq, yağış ona qatışa 

bilməsin. Elə  də edirlər. Yağış yağır, bütün əhali sudan içir, 

bircə saray əhlindən başqa. Amma bir neçə gün keçir, əhali 

arasında söz-söhbət yayılır ki, şahı  dəyişmək lazımdır, çünki 

şah da, onun ətrafı da dəli olub. Şah vəziri çağırıb yenidən məs-

ləhət istəyir. Vəzir isə deyir ki, şah sağ olsun, bircə çarə var; 

gərək biz də o sudan içək. 

Yəni “hamı kimi olmaq”, fərqlənməmək tələbi bəzən qa-

çılmaz olur. Əbu Turxan deyir:

 

“Dəlilər çox olanda ağıllıları 

«müalicə etmək» daha rahat olur”. Roma imperatoru

 

Qrasian 


da, görünür, bunu nəzərdə tutaraq deyirdi: “Ağıllı olub tək qal-

maqdansa, hamı ilə birlikdə dəli olmaq yaxşıdır”.  

Əsasən neqativ təsiri bağışlayan başqa bir atalar sözünə 

də baxaq:“Palaza bürün, elnən sürün”. Nə qədər neqativ gö-

rünsə  də, bu ideya universal bir qanunauyğunluğun xüsusiləş-

miş halını ifadə edir. Heraklit “təbiətə uyğunlaşmaq” prinsipini 

irəli sürürdü. Nizami isə belə deyir: 

 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



22

Bu dünya səsiylə səsləşənindir, 

Dövranla düz gəlsən, dövran sənindir. 

 

Yəni həm təbiət, həm də cəmiyyətə (zəmanəyə, dövrana) 

uyğunlaşmaq tövsiyə olunur. “Elnən sürünmək”  də  həmin 

mənanı ifadə edir. Burada “el” sözü  camaat, kütlə kimi başa 

düşülürsə, fikir doğrudan da neqativdir. Yəni göz önündə öz si-

ması, mövqeyi olmayan, buqələmun kimi düşdüyü mühitə uy-

ğunlaşan, hər çalınan havaya oynayan bir adamın obrazı canla-

nır. Görünür, Mark Avreli məhz belə bir həyat tərzinə qarşı çı-

xaraq deyir: “Əsas vəzifə əksəriyyətin yaşadığı kimi yox, öz da-

xili mənəvi tələbatına uyğun yaşamaqdır”. Bu iki əks fikir ayrı-

ayrılıqda yarımçıq və naqisdir. Amma əsl hikmət məqamı düz-

gün seçə bilmək, nə vaxt hamı ilə bir olmaq, nə vaxt fərqlənmək 

lazım olduğunu düzgün müəyyənləşdirməkdir.  Əslində Mark 

Avrelinin fikri bir məqsəd olaraq düzdür. Amma adamı özbaşı-

na qoyan kimdir?! “Sən saydığını say, gör fələk nə sayır?” de-

yimini cəmiyyətə transformasiya etsək, yəni mühiti fələk kimi 

götürsək, tək öz istəyimizdən çıxış etməyin mümkün olmadığı, 

cəmiyyətin, ictimai mühitin də  nəzərə alınmasının labüdlüyü 

vurğulanmış olur. Yəni insan nə vaxtsa məhz öz istədiyi kimi

öz daxili mənəvi tələblərinə uyğun yaşaya bilmək üçün hələ 

uzun müddət cəmiyyətin, mühitin istəkləri ilə hesablaşmalıdır. 

Fələyə qarşı getmək mümkün olmadığı kimi, cəmiyyətə, ictimai 

rəyə qarşı getmək də  çətindir. Çətindir, amma qeyri-mümkün 

deyil. “Oğul odur ki, din içində din bəsləyə!Burada söhbət 

mühitin dini ilə konfliktə girmədən öz dinini qorumaq qabiliy-

yətindən gedir.  

Lakin “el” sözü başqa mənada – millət kimi, milli ruhun 

timsalı kimi götürüldükdə, bu məsəlin ideya yönü dəyişir. Elin 

çətin günündə  də ondan ayrılmamaq, lazım gələndə hamı ilə 

birlikdə sürünmək və hər əzaba qatlaşmaq mənası da üzə çıxır. 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə