Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə10/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   6   7   8   9   10   11   12   13   ...   103

 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



32

Son illərdə  Cəlal Bəydilinin hazırladığı “Dəyişən dəyər-

lər dünyası” kitabı da bu sahədə uğurlu təşəbbüs kimi dəyərlən-

dirilə bilər

1

.  


Bizcə, ölkəmizdə folklora və klassiklərin dünyagörüşünə, 

hikmət aləminə münasibət məsələsi yenidən nəzərdən keçiril-

məlidir. Müdrik fikirlərin, aforizmlərin, atalar sözlərinin toplan-

ması zamanı çox ciddi meyarlardan çıxış olunmasına böyük eh-

tiyac vardır. Necə deyərlər, “az olsun, yaxşı olsun”.  

  

 



 

 

                                                 



1

 Bəydili C. Dəyişən dəyərlər dünyası. B., “Mütərcim”, 2011.    




 

 

 



 

 

 

İnsan

 

 

 



 

 

 



 

 

 

Bəşərsiz kainat bir viranədir! 

S.Vurğun 


 

İnsan 

 

 

 

35



 

 

 

 

 

 



 

Ən böyük qələbə insanın öz üzərindəki 

qələbəsidir. 

 

Hz.Məhəmməd 



 

 

 

Kamil insan gözəl söz söyləyə bilən insan deyil, 

söylədiyini edən və edə bildiyini 

söyləyən insandır. 

 

Konfutsi 



 

 

 

İnsan yan almaq üçün hansı limana getdiyini  

bilməyəndə heç bir külək onun üçün 

sərfəli olmayacaqdır. 

 

Seneka 



 

 

 

Hər kəsin dəyəri nəyə can atmasındadır. 

 

Mark Avreli 



 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



36

İnsanın mahiyyəti  

onun arzularında təzahür edir. 

 

Spinoza 



 

 

 

İnsanın ölçüsü onun  

imkanlarının sərhəddi ilə müəyyən olunur. 

 

Əbu Turxan 

 

 

 

Özünü arzularının  

mahiyyətindən tanıya bilərsən. 

 

Məhəmməd İqbal 

 

 

 

Hər bir insan öz sevgisi qədərdir. 

 

Əbu Turxan 



 

 

 

Heç kimi sevməyəni sevməzlər. 

 

Demokrit 



 

 

 

İnsanın gözü nəyi görürsə, dəyəri də o qədərdir. 

 

Mövlana 



 

 

 

Hər şeyin meyarı insandır. 

 

Protaqor 



 

 



 

İnsan 

 

 

 

37



Ən böyük fəziləti ağıl olan  

adamın dünyası ağılla dərk edilə bilən  

şeylərlə məhdudlaşır. 

 

Mövlana 



 

 

 

Biz elə bir məxluqlarıq ki,  

bəzən mələklər insan olmadıqlarına görə üzülür,  

bəzən də şeytanlar insan olmadıqlarına görə  

şükür edirlər. 

 

Mövlana 

 

 

 

Təbiətinə görə insanlar bir-birinə yaxın,  

vərdişlərinə görə isə bir-birindən uzaqdırlar. 

 

Konfutsi 

 

 

 

İnsan var dərya kimidir, baş vurdunsa,  

çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur 

və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – 

dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna 

kimidir, səni özünə göstərməyə çalışır.  

 

Əbu Turxan 



 

 

 



Oxunacaq ən böyük kitab insandır. 

 

Hacı Bəktaş Vəli 

 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

  

 



 

 

 



38

İnsandan insana fərq var: bir dəmirdən 

həm nal, həm də qılınc düzəldirlər. 

 

Nizami 



 

 

 

Sıfıra bənzər insanlar vardır. Onlar hər  

zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. 

 

Balzak 

 

 

 

Hər insan bir ulduzu,  

bəşəriyyət – kəhkəşanı xatırladır. 

 

Əbu Turxan 

 

 

 

Sakit görünən dənizin təlatümü dərin qatdadır. 

 

Əbu Turxan 



 

 

 

İnsan yaratdıqca  

ucalır, ucaldıqca daha yaxşı yaradır. 

 

Əbu Turxan 

 

 

 

İnsan yarımçıqdır;  

onun digər yarısı bütün yerdə qalan dünyadır. 

 

Əbu Turxan 

 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə