Aforizmlər: seçilmişlərdən


Əbu Turxanın hikmət dünyası



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə94/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   90   91   92   93   94   95   96   97   ...   103

Əbu Turxanın hikmət dünyası

 

 

 



 

492


Nadanlar elmə həqarətlə baxır,  

savadsızlar ona heyran olur, müdriklər isə  

ondan bəhrələnirlər.  

 

F.Bekon 



 

 

 

Ləzzətlə yemədiyin yemək  

usandırıcı olduğu kimi, ehtirasla məşğul  

olmadığın elm də hafizəni korlayır: o, udduğunu 

mənimsəmək iqtidarında olmur.  

 

Leonardo da Vinçi 

 

 

 

Fitri ağıl hər hansı bir təhsili  

əvəz edə bilər, amma heç bir təhsil fitri ağlı  

əvəz edə bilməz.  

 

Şopenhauer 



 

 

 

İnsanlar təhsil üçün yox,  

təhsil insanlar üçündür və o, insanların konkret 

ehtiyaclarına uyğunlaşdırılmalıdır.  

 

Əbu Turxan 



 

 

 

Açılan hər məktəb  

bir həbsxananın bağlanması deməkdir.  

 

Hüqo 

 

 



Elm, təhsil, kitab 

 

 

493



Bütün ölkələr üçün vahid universitet  

modeli ola bilməz. Hər bir universitet öz ölkəsinin  

ictimai həyatının üzvi hissəsi  

kimi formalaşmalıdır.  

 

R.Taqor 

 

 

 

Tərbiyə – nəfslə, təhsil – biliklə  

bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses  

bir-birini tamamlayır.  

 

Hüqo 



 

 

 

Hər kitab özü bir xəzinə 

olmaqla yanaşı, həm də neçə-neçə  

başqa xəzinələrə açardır..  

 

Əbu Turxan 



 

 

 

Bütün elmlərin bünövrəsi təhsillə qoyulur.  

 

Əbu Turxan 



 

 

 

Elm adamlarının qiymətini  

bilməyən, onlara layiq olduqları mükafatı  

verməyən ölkələr inkişaf edəcəklərinə  

ümid bəsləməsinlər.  

 

Volter 

 

 



Əbu Turxanın hikmət dünyası

 

 

 



 

494


Heç bir millət qılınc və tüfənglə  

qabağa getməyibdir. Ancaq elmin gücünə  

tərəqqi etmək mümkündür.  

 

Nəriman Nərimanov 



 

 

 



Tərbiyə də ancaq elmin gücü ilə olur.  

 

Nəriman Nərimanov 



 

 

 

Elm inkişafın ön cəbhəsidir,  

mədəniyyət isə onun ictimai həyatda buraxdığı izdir.  

 

Əbu Turxan 

 

 

 

Elmi təfəkkürdə həmişə poeziya elementi olur.  

 

Eynşteyn 



 

 

 

Az pulla böyük sərvət  

əldə etmək istəyirsənsə, – kitab al!  

 

Tur Xander 

 

 

Planınız 1 illikdirsə – düyü əkin,  



10 illikdirsə – ağac əkin, 100 illikdirsə – insanlara  

təhsil verin.  

 

Çin atalar sözü 

 

 



Elm, təhsil, kitab 

 

 

495



 

Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır.  

 

Əbu Turxan 

 

 

 

Ordu torpaqları, kitab könülləri fəth edir.  

 

Əbu Turxan 



 

 

 

İdmanın bədənə  

göstərdiyi təsiri kitab beyinə göstərir.  

 

E. Hant 

 

 

 

Kitabı müəllif,  

onun aqibətini isə cəmiyyət yaradır.  

 

Hüqo 

 

 

 

Bir mədəniyyəti yox eləmək  

üçün kitabları yandırmağa gərək yoxdur.  

Oxumağın qarşısını alın, yetər.  

 

R.Bredberi 



 

 

 

Yalnız qəlbimizdəki suallara  

cavab verən şeyləri oxumaq lazımdır.  

 

L.N.Tolstoy 

 

 



Əbu Turxanın hikmət dünyası

 

 

 



 

496


İki dəfə oxunmağa layiq  

olmayan kitabı heç bir dəfə də oxumağa dəyməz.  

 

K.Veber 

 

 

Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir.  



 

A.İ.Gertsen 

 

 

 

Kitablar bizi ötən əsrlərin varisi edir.  

 

Nəcəf bəy Vəzirov 



 

 

 

Kitablar qocalıqda ən yaxşı dost,  

cavanlıqda ən yaxşı rəhbərdirlər.  

 

Smayls 

 

 

 

Pis kitab da bizi pis yoldaşlar kimi korlayır.  

 

Fildinq 



 

 

 

Yaxşı ki, cahillər kitab oxumurlar.  

Yoxsa kitab nüfuzdan düşərdi.  

 

Mövlana 

 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə