Aforizmlər: seçilmişlərdən


Əbu Turxanın hikmət dünyası



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə102/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   95   96   97   98   99   100   101   102   103

Əbu Turxanın hikmət dünyası

 

 

 



 

536


Könüllərin birləşmək əzmi  

insani mahiyyətin, bədənlərin birləşmək istəyi isə  

heyvani başlanğıcın əlamətidir.  

 

Əbu Turxan 



 

 

 

Ruh nə qədər çox verirsə, o qədər zəngin olur.  

 

M.Unamuno 



 

 

 

Yaşadığımız həyatda söz sahibi  

olmaq istəyiriksə, ruhani yaşantıların enerjisi  

həyatımıza cəlb olunan ictimai mühiti işıqlandırmaq  

və canlandırmaq üçün yetərli olmalıdır.  

 

Tur Xander 

 

 

 

Hər bir həzzin ən sevincli  

məqamı qurtaranda üzə çıxır.  

 

Seneka 

 

 

 

Həmişə həzz almaq həzz almamaq kimidir.  

 

Volter 



 

 

 

Həzz almaq ümidi həzzin özü qədər xoşdur.  

 

Şekspir 



 

 



Ruh və bədən 

 

 

537



Bəzən bir dəqiqəlik həzz  

ömürlük iztirabların səbəbi olur.  

 

Viland 

 

 

 

Həzm olunmayan yemək onu yeyən adamı yeyir.  

 

Əbül Fərəc 



 

 

 

İnsan yediyinin hesabına yox,  

həzm etdiyinin hesabına yaşayır. Bu qayda həm ağıla,  

həm də bədənə aiddir.  

 

B.Franklin 



 

 

 

Ləzzətlə yemədiyin yemək usandırıcı  

olduğu kimi, ehtirasla məşğul olmadığın  

elm də hafizəni korlayır: o udduğunu  

mənimsəmək iqtidarında olmur.  

 

Leonardo da Vinçi 

 

 

 

İstəklər əhvaldan və şəraitdən  

asılı olaraq dəyişir. Məqsəd isə ağıla əsaslandığı  

üçün sabit qalır. Ona çatmaq üçün isə neçə-neçə  

istəklərdən imtina etmək lazım gəlir.  

 

Əbu Turxan 

 

 



Əbu Turxanın hikmət dünyası

 

 

 



 

538


Nəfsi bir dəfə boğmaq asandır,  

amma o, səni zəif məqamda yaxalayana qədər  

hər dəfə yenidən qayıdır.  

 

Əbu Turxan 



 

 

 

Ehtiras – yelkənli gəmini  

hərəkətə gətirən külək kimidir, hərdən  

gəmini batıra bilər, amma onsuz  

üzmək də mümkün deyil.  

 

Volter 

 

 

 

Ehtirasını idarə et, yoxsa o səni idarə edər.  

 

Epiktet 



 

 

 

Güclü ehtiras o vaxta qədər faydalıdır  

ki, insan onu idarə etmək əzmində olsun; nəzarətdən 

çıxanda onun ilk qurbanı insan özü olur.  

 

Əbu Turxan 



 

 

 

Ehtiras ona görə yaradıcılığın  

mənbəyidir ki, ruh ilə bədən ehtiras  

məqamında birləşir.  

 

Əbu Turxan 



 

 



Ruh və bədən 

 

 

539



İradə zəif olanda,  

ağıl başqasının qulluqçusuna çevrilir.  

 

Əbu Turxan 

 

 

 

Öz iradənin ağası, öz vicdanının qulu ol!  

 

Mariya Ebner-Eşenbax 



 

 

 

Məgər ruhunuzu oxşayan bu ud  

həmin o ağac deyilmi ki, əvvəlcə bıçaqla oyulub?!  

 

Əmin ər-Reyhani 

 

 

 

Ehtiras – bədənin ruha,  

ruhun bədənə çevrilmək əzmidir.  

 

Əbu Turxan 

 

 

 

Ən qorxulu qəzəb səbirli adamın qəzəbidir.  

 

Con Drayden 



 

 

 

Qəzəbin alovu ilk əvvəl  

sahibini yandırar. Sonrakı qığılcımı düşmənə  

ya çata, ya çatmaya...  

 

Linkoln 



 

 



Əbu Turxanın hikmət dünyası

 

 

 



 

540


İnsanı onun cəsədində axtaranlar 

alovun nişanələrini küldə axtaranlar kimidir.  

 

Əbu Turxan 

 

 

 

Bütün ömür boyu ruh yandıqca  

səpələnir, paylanır və onun qığılcımları  

münbit mühitlərə düşərək neçə-neçə yeni  

həyatların başlanğıcına çevrilir.  

 

Əbu Turxan 

 

 

 

Təqva qədər əsrarəngiz bir duyğu yoxdur.  

 

Əbu Turxan 



 

 

 

Fəzilət ruhun sağlamlığı, sağlamlıq  

bədənin fəzilətidir.  

 

Prudon 

 

 

 

Sağlam bədəndə sağlam ruh olar.  

 

El hikməti 



 

 

 

Sağlamlıq təvazökardır,  

xəstəlik isə özünü tez biruzə verir.  

 

Əbu Turxan 

 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə