Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə98/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   95   96   97   98   99   100   101   102   103

 

 

 



 

 

 

Güclü-zəif,  

aqil-cahil


 

 

 



 

 

 

Allah hər kəsə ancaq 

 daşıya biləcəyi qədər yük verir.  

Quran 23/62 


Güclü-zəif, aqil-cahil 

 

 

515



 

 

 



 

 

Hikmətlə tənzimlənməyən kobud qüvvə  



öz məxsusi ağırlığı altında məhvə məhkumdur.

  

 

Horatsi 

 

 

 

Ağıl olan yerdə zora ehtiyac yoxdur.

  

 

Heydər Əliyev 

 

 

 

Özündən daha qaba gücə  

rast gəlməyincə ağıl yada düşmür.



  

 

Əbu Turxan 

 

 

 

Özünü ələ almağı bacaran insan hamıdan güclüdür.

  

 

Seneka 

 

 

 




Əbu Turxanın hikmət dünyası

 

 

 



 

 

516



Cəsarət təhlükə qarşısında  

ağıl və zəkadan istifadə edə bilməkdir.



  

 

Platon 

 

 

 

Bəzən sığınacaqların özü  

ən böyük təhlükəyə çevrilir.



  

 

Əbu Turxan 

 

 

 

Ağıl qüvvət üçün sükandır.

  

 

Əbu Turxan 

 

 

 

Zoru düzgün dəyərləndirəndə,  

onu zərərsizləşdirmək də asan olur.



  

 

Əbu Turxan 

 

 

 

Zəif iradələr güclü iradənin təsir dairəsinə  

düşəndə tərksilah olur və insan öz simasını itirir.



  

 

Əbu Turxan 

 

 

 

Kim ki, öz biliyindən, bacarığından  

artıq iddialar edir, o həmişə məğlub olur.



  

 

Heydər Əliyev 

 

 

 




Güclü-zəif, aqil-cahil 

 

 

517



Ən güclü insan da mühitin təsirlərinə məruz qalır.

  

 

Əbu Turxan 

 

 

 

Əlində yumşalsa dəmir, bunu bil, 

Tədbirlə yumşalar, hiddətlə deyil.



  

 

Nizami 

 

 

 

Qüdrətli olmaq zəifi öz səviyyənə qaldıra bilməkdir.  

 

R.Taqor 



 

 

 

Əl vurma gücün çatmayan daşa, 

Qaldıra bilməzsən zora düşərsən.



  

 

Aşıq Ələsgər 

 

 

 

Kəşfiyyat yaxşı işləməyəndə  

düşmən gücündən xəbərsiz olursan. Amma ən pisi öz 

gücünü düzgün dəyərləndirə bilməməkdir.

  

 

Əbu Turxan 

 

 

 



Dünyanın ən böyük qorxağı  

olduğumu etiraf edirəm, çünki pis bir iş görməyə  

cəsarət edə bilmirəm.  

 

Ksenofont 



 

 



Əbu Turxanın hikmət dünyası

 

 

 



 

 

518



Çox vaxt gücsüzlüyü və süstlüyü səbr zənn edirlər.

  

 

L.Habbard 

 

 

 

Zavallı olmaq kimə isə haqq qazandıra bilməz;  

zəhmət çəkib güclü olmaq lazımdır.  

 

Əbu Turxan 

 

 

 

Savaş zamanı  

döyüşənlərdən daha çox qaçanlar ölür. 

 

Selma Lagerlöf 

 

 

 

Cəsuru qorxudan boş güllə  

ən böyük qorxağı qorxutmaya da bilər.  

 

Nitsşe 

 

 

 

Silah zəiflə güclü arasında fərqi aradan götürür 

 

Əbu Turxan  



 

 

 

Mərd adam şikayət etmədən  

əzab çəkir, zəif adam isə, əksinə,  

əzab çəkmədən şikayətlənir.  

 

Ömər Xəyyam 



 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə