Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə99/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   95   96   97   98   99   100   101   102   103

Güclü-zəif, aqil-cahil 

 

 

519



Böyük ruhlar iztirablarına səssiz şəkildə dözürlər.  

 

Şiller 



 

 

 

Uçuruma uzun müddət baxsan,  

o uçurum sənin içindən baxar.  

 

Nitsşe 

 

 

 

Problemə kifayət qədər  

qapılsaq gec-tez özümüzü bu problemin  

bir hissəsi kimi görəcəyik.  

 

Duçarma aksiomu 



 

 

 

Daha mürəkkəb olan daha kövrək olur.  

 

Əbu Turxan 



 

 

 

Güclü ehtiraslar altında  

çox vaxt zəif iradə gizlənmiş olur.  

 

V.O.Klüçevski 

 

 

 

Əsl qalib yüz dəfə qalib gələn yox,  

axırıncı qalib gələndir.  

 

Əbu Turxan 

 

 



Əbu Turxanın hikmət dünyası

 

 

 



 

 

520



Güclülərin nikbin olmağa haqqı var.  

 

Q.Mann 



 

 

 

Ən böyük iradə özünü  

yenidən yaratmaq əzmində təzahür edir.  

 

Əbu Turxan 

 

 

 

Nə zaman ki, zəifliklərimizi  

bilirik, artıq bizə onlardan ziyan gəlməz.  

 

Lixtenberq 

 

 

 

Zəiflər heç vaxt bağışlamır.  

 

M.Qandi 



 

 

 

Ruhlar güclü olanda idarə edir,  

zəif olanda isə onları başqaları yönəldir.  

 

Cübran 

 

 

 

Güc qaranlıqda qorxunc görünür;  

onun nəcabəti ancaq xidmət etdiyi amalın  

işığında üzə çıxır.  

 

Əbu Turxan 



 

 



Güclü-zəif, aqil-cahil 

 

 

521



Zəiflərin faciəsi üçün güclülər məsuliyyət daşıyır.  

 

Əbu Turxan 



 

 

 

El gücü – sel gücü!  

 

Atalar sözü 



 

 

 

İgid odur, hər əzaba qatlana,  

İgid odur, atdan düşə atlana.  

 

Atalar sözü 

 

 

 

Ehtiyat igidin yaraşığıdır.  

 

Atalar sözü 



 

 

 

Yaş olma, – sıxarlar, quru olma, - sındırarlar.  

 

Atalar sözü 



 

 

 

Yetənə yetir, yetməyənə daş atır.  

 

Atalar sözü 



 

 

 

Ağıllılar axmaqlardan daha çox öyrənir,  

nəinki axmaqlar ağıllılardan.  

 

Böyük Katon 

 

 



Əbu Turxanın hikmət dünyası

 

 

 



 

 

522



Cahillər çoxalan zaman ariflər qərib olur.  

 

Hz.Əli 



 

 

 

Axmaq – insanların onu yaxşı 

tanımadıqlarından, ağıllı isə, əksinə, özünün insanları 

tanımadığından şikayətlənir.  

 

Konfutsi 



 

 

 

Qızıl yüyən yabını köhlən etməz.  

 

Seneka 



 

 

 

Nadanlıq qürurla birləşdikdə təhlükəli olur.  

 

Aristotel 



 

 

 

Axmaq adam sussa yaxşıdır.  

Amma o, bunu bilsəydi, axmaq olmazdı.  

 

Sədi Şirazi 

 

 

 

Ağıllı adamın axmaq qarşısında  

susması təəccüblü deyil, çünki nağara səsi tar səsinə

sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gəlir.  

 

Sədi Şirazi 



 

 



Güclü-zəif, aqil-cahil 

 

 

523



Nadanın ağıllıya nifrəti daha çoxdur,  

nəinki ağıllının nadana.  

 

Sədi Şirazi 

 

 

 

Hikmət və nadanlıq  

insan zəkasının iki nəhayətsiz qütbüdür.  

 

Əbu Turxan 

 

 

 

Ağıllı öyrənməyi, axmaq isə öyrətməyi xoşlayır.  

 

A.P.Çexov 



 

 

 

Özünün axmaq olduğunu bilən insan  

artıq o qədər də axmaq deyil. Tənbəl isə tənbəl olduğunu 

bilə bilər, ondan şikayətlənər, amma  

yenə tənbəl olaraq qalar.  

 

J.Renar 

 

 

 

Başqasının sirrini vermək satqınlıq,  

özünün sirrini vermək isə axmaqlıqdır.  

 

Volter 

 

 

 

İnsan nə qədər az düşünürsə, o qədər çox danışır.  

 

Monteskyö 



 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə