Aforizmlər: seçilmişlərdən


Əbu Turxanın hikmət dünyası



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə92/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   88   89   90   91   92   93   94   95   ...   103

Əbu Turxanın hikmət dünyası

 

 

 



 

482


Qüvvət elmdədir, başqa cür heç kəs 

Heç kəsə üstünlük eyləyə bilməz.  

 

Nizami 

 

 

 

Təsadüfi kəşfləri  

yalnız hazırlığı olan insanlar edir.  

 

Paskal 

 

 

 

Riyaziyyat insan ruhunun divanəliyidir.  

 

Uaythed 



 

 

 

Tənliklərin gözəlliyi onların  

eksperimentə uyğun gəlməsindən daha önəmlidir.  

 

Dirak 

 

 

 

Elm təşkilatlanmış bilikdir.  

 

Spenser 



 

 

 

Elm bizim hissi təcrübəmizin  

xaotik müxtəlifliyinin hansı isə vahid təfəkkür  

sisteminə uyğunlaşdırılmasıdır.  

 

Eynşteyn 



 

 



Elm, təhsil, kitab 

 

 

483



Elm hər dildə birdir.  

 

Cavid 



 

 

 

Şərafətli elm heç bir millətin  

malı deyil, kim ona yiyələnsə, onundur.  

 

Cəlaləddin Əfqani 

 

 

 

Bağlı bir qapıya açar axtarsan, 

Ancaq alimlərdə axtar, taparsan.  

 

Nizami 

 

 

 

Alim bank xəzinədarına oxşayır:  

onun əlində böyük xəzinələrin açarı var, amma  

bu xəzinələr onun deyil.  

 

L.Berne 



 

 

 

Cəmiyyət həmişə cavan qalır, elm isə qocalır.  

 

Delbryuk 



 

 

 

Tələbələrinə elm arzusu  

aşılamayan bir müəllim soyuq dəmiri  

döyən dəmirçi kimidir.  

 

Horas Mann 



 

 



Əbu Turxanın hikmət dünyası

 

 

 



 

484


Elm bir müharibə meydanını xatırladır.  

Yaradıcı alimlər ön cəbhədə olur və əsl döyüş də  

burada gedir. Arxa cəbhədə olanların vəzifəsi öndəkiləri 

silah-sursat və azuqə ilə təmin etmək, tutulmuş  

ərazilərdə səliqə-sahman yaratmaqdır.  

 

Əbu Turxan 



 

 

 

Əgər mən başqalarından daha  

uzaqları görə bilmişəmsə, onda bu, yalnız  

nəhənglərin çiyinlərində durduğuma görə  

mümkün olmuşdur.  

 

Nyuton 

 

 

 

Elmdə heç bir ideya ehkam deyil;  

hər bir adam ən məşhur alimin ən çox yayılmış  

ideyasını da istənilən vaxt yenidən yoxlamaq  

səlahiyyətinə malikdir.  

 

Əbu Turxan 

 

 

 

Elm neçə əsrlər ərzində  

hamılıqla tikilən möhtəşəm bir məbəddir ki,  

onun hər bir daşını qoymaq bir çox alimlərə bütün  

ömrü müqabilində müyəssər olmuşdur.  

 

Puankare 

 

 



Elm, təhsil, kitab 

 

 

485



Elm əvvəlcədən yazılmış kitabdır.  

Və alimlər onu yazmağa deyil, oxumağa  

çalışmalıdırlar.  

 

Əbu Turxan 



 

 

 

Əsərləri olmayan alim  

meyvə gətirməyən ağaca bənzəyir.  

 

Sədi Şirazi 

 

 

 

Elm ideyalar dramıdır. 

Eynşteyn 

 

 

 

Dünyanın hər yerində həqiqi  

hökmdar olan elm vaxtaşırı öz paytaxtını  

dəyişmiş, gah Şərqdən Qərbə, gah da  

Qərbdən Şərqə köçmüşdür.  

 

Cəlaləddin Əfqani 

 

 

 

Elmi biliklər üst-üstə yığılarkən  

bəzən ən qiymətliləri altda qalır, onları tapıb  

yenidən üzə çıxarmaq üçün hərdən bütün sistemi  

dağıdıb yenidən qurmaq lazım gəlir.  

 

Əbu Turxan 

 

 

 




Əbu Turxanın hikmət dünyası

 

 

 



 

486


Bütöv elm kontekstinə  

salınmamış ayrıca bir ideya, nə qədər dərin olsa belə,  

hələ elmi bilik sayıla bilməz.  

 

Əbu Turxan 



 

 

 

Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur.  

 

Əbu Turxan 



 

 

 

İnsanlar uzun müddət  

misi qızıla çevirmək arzusunda olublar.  

İndi elm misi elə şeylərə çevirir ki,  

qızıl ona həsəd aparır.  

 

Tur Xander 

 

 

 

Elm yolu bumeranqı xatırladır,  

nə qədər uzağa getsə də, yenə ilkin əsaslara qayıdırsan.  

 

Tur Xander 

 

 

 

Elm yarandıqdan sonra hər şey  

zaman-zaman onun qiyafətinə bürünüb  

səliqə-sahman tapdı və günlərin birində o özünə də öz 

donluğundan paltar biçmək fikrinə düşdü:  

elm haqqında elm yarandı.  

 

Tur Xander 



 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə