Afrika ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 298,08 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix14.01.2018
ölçüsü298,08 Kb.
#20625
1   2   3   4   5   6   7   8   9   10   11

 

13 


gilli  səhraları  və  dəniz  səviyyəsindən  133  m-ə  qədər  alçaqda 

olan  Kattar  çökəyi  yerləşir.  Şimaldan  bu  ovalıq  və  çökəklər 

Aralıq dənizinin sahil yüksəklikləri (Cəbəl-əl-Əhdər, 865 m və 

s.) ilə əhatələnir. 

Mərkəzi 

qalxmalar 

zonasından 

cənubda 


böyük 

morfostrukturlar  Atlantik  sahili  və  Əl-Cof  ovalıqları  (bunları 

alçaq  Adrar  yaylası  ayırır),  Sahil  yaylası,  Orta  Niger,  Çad  və 

Yuxarı  Nil  çökəkləridir.  Çad  çökəkliyi  Bodele,  Çad,  Kavar, 

Manqa  və  Şari  düzənliklərindən  ibarətdir.  Bodele  düzənliyinin 

hündürlüyü  200  m-dən  azdır.  Orta  Nil  çökəyi  ilə  Çad  çökəyi 

arasında  kristallik  süxur  çıxıntıları  üzərində  Ennedi,  Darfur  və 

Kordofan  yaylaları  yerləşir.  Darfurda  lava  yaylaları,  vulkanik 

dağlar  vardır  (Cəbəl-Marra,  3088  m).  Böyük  Səhra-Sudan 

stolvarı  sahəsindəki  yaylaların  bir  qismi  struktur  yayla,  bir 

qismi  isə  müxtəlif  yaşlı  və  müxtəlif  mənşəli  hamarlanma 

səthləridir (peneplen).  Böyük  çökəklər zonası cənubdan  yuxarı 

Qvineya, Kamerun və Azande yaylalarının şimal ətəyi, şərqdən 

isə Həbəşistan yaylasının dik qərb yamacı ilə əhatə olunur. 

Yuxarı Qvineya yüksəkliyi bir neçə massiv və yayladan 

ibarətdir.  Massivlərdən  Futa-Callon  (1425  m),  Syerra-Leone-

Liberiya  massivini  (Loma,  1948  m),  Toqo  və  Atakoranı 

göstərmək olar. Bunların arasında struktur-denudasion yaylalar, 

cənubda isə Qvineya sahili ovalığı uzanır. Sahil ovalığının şərq 

hissəsi Niger çayının geniş deltasıdır. 

Ekvatorial  Afrikanın  ən  böyük  morfostrukturu  Konqo 

çökəyi və onu əhatə edən massivlər, yaylalardır. Konqo çökəyi 

mərkəzə  tərəf  pilləli  alçalan,  geniş  hissəsi  allüvial  və  göl 

çöküntüləri  ilə  örtülmüş  qapalı  düzənliklərdir.  Konqo  çayı 

qollarının  birləşdiyi  yerdə  düzənliyin  hündürlüyü  300-400  m-

dir. Konqo çökəyi şimal-qərbdə dağlıq Kamerun massivi (2680 

m),  şimalda  Azande  yaylası  (yüksəkliyi  600-1000  m),qərbdə 

çay dərələri ilə  çox kəsilmiş Cənubi Qvineya  yaylası ilə əhatə 

edilmişdir. Kamerun massivinin tektonik qırılmaları üzrə Biafra 

körfəzi  sahilində  Kamerun  vulkanı  (4070  m)  və  körfəzin 




 

14 


içərisində  Fernanda-Po  vulkanı  (3106m)  ucalır.  Bu  tektonik 

zonada  sahildən  xeyli  aralı  Prinsipe,  San-Tome  (2135  m), 

Annobon  dağlıq  vulkanik  adaları  yerləşir.Konqo  çökəyindən 

cənubda Kvanqo, Lunda və Katanqa yaylaları enlik istiqamətdə 

uzanır.  Bu  yaylalar  eyni  zamanda  Kalaxari  çökəyinin  şimal 

sərhədidir.  Katanqa  yaylası  səthində  qraben  çökəkləri  və  horst 

tipli alçaq dağlar  yerləşir. Konqo çökəyindən kənara  yalnız bir 

çıxış  vardır  ki,  bu  da  Konqo  çayının  Cənubi  Qvineya 

yaylasında neogendə yaratdığı ensiz və astanalı dərin çay dərəsi 

üzrədir. 

Cənubi  Afrikanın  ən  böyük  morfostrukturu  Kalaxari 

çökəyidir.  Uzunsov  formada  olan  bu  çökək  şimal  və  cənub 

hissələrə  bölünür.  Kalaxari  çökəyi  qərbdən  nəhəng  kuesti 

xatırladan yaylalarla əhatə edilir. (Biye, Kaoko, Damaralend və 

s.).  Kalaxari  şərqdə  Matabele  yaylası  (1582  m),  cənub-şərqdə 

Veldler  yaylası  və  Əjdaha  dağları  (Katkin-pik,3657  m), 

cənubda  Kap  və  yuxarı  Karru  yaylaları  il  əhatə  olunmuşdur. 

Kalaxarini  şərqdən  əhatə  edən  dağlar  və  yaylalar  da  qərbdə 

olduğu  kimi  okean  sahilinə  çox  dik  enir,  daxilə  doğru  isə 

tədricən  alçalır.  Kalaxari  çökəyi  şərqdə  Zambezi  və  Limpopo 

çayları  boyu,  cənub-qərbdə  isə  Narınc  çayı  boyunca  uzanan 

əyilmələr zonası ilə okeana açılır. Qitənin cənub qurtaracağında 

enlik istiqamətdə uzanan alçaq və orta hündürlükdə Kap dağları 

və sinklinal dərələr uzanır. 

Şərqi 

Afrika 


uca 

yaylalardan 

və 

dağlardan 



ibarətdir.Burada  çox  böyük  morfostruktur  vilayət  yerləşir 

(Həbəşistan, Somali və Ekvatorial Şərqi Afrika). 

Həbəşistan  və  Somali  yaylaları  kristallik  platforma 

süxurlarının  çox  yüksəyə  qalxdığı  sahədədir.  Həbəşistanda 

yaylanın səthi qalın vulkan süxurları ilə örtülmüşdür. Somalidə 

isə böyük gümbəzvarı qalxmanın cənub yamacında mezozoy və 

kaynozoy  dəniz  çöküntüləri  yerləşir  Yaylanın  mərkəzi  hissəsi 

üzrə  rift  dərəsi  uzanır.  Şimal-şərq  istiqamətdə  bu  dərənin 




 

15 


yamacları aralanır və burada böyük Afar çökəyi, Danakil horstu 

və Danakil qrabeni yerləşir. 

Həbəşistan  yaylasının  səthi  ayrı-ayrı  massiv  və 

yaylalardan  ibarətdir.  Burada  dərin  çay  dərələri  və  tektonik 

çökəklər vardır. Ən  yüksək sahə şimalda Ras-Daşan (4620 m) 

dağıdır.  Həbəşistan  yaylasından  cənubda  böyük  yəhərvarı 

çökəklikdə Rudolf gölü yerləşir. 

                  Şərqi  Afrika  yaylası  daha  mürəkkəb  relyefi  ilə 

seçilir.  Burada  böyük  gümbəzvarı  qalxanın  səthi  qrabenlərlə 

kəsilmişdir.  Qərbdə  yerləşən  Albert-Tanqanika  qrabenləri 

sistemi  qövsvarı  formada  uzanmaqla,  qərbdən  və  şərqdən 

assimetrik quruluşlu dağlar və massivlərlə əhatələnir (Mitumba 

dağları,  Göy  dağlar,  Ruvenzori  massivi  5120  m).  Burada 

vulkanik  dağlar  da  vardır  (Karasimbi,  4507  m).  Şərqdəki 

qrabenlər  dayazdır.  Lakin  burada  Afrikanın  ən  böyük  və  uca 

vulkanik dağları  (Kilimancaro 5895 m,  Keniya 5199 m,  qoruq 

elan edilmiş məşhur Nqoron kalderası)  yerləşir. Yaylanın səthi 

Hind okeanına tərəf pilləvarı alçalır. 

Madaqaskar  əsasən  dağlıq  relyefə  malikdir  (Saratanana 

2886  m).  Dağlar  şərqə  dik,  qərbə  tədricən  alçalır  və  dərələrlə 

parçalanmış  geniş  yayla  ilə  əvəz  olunur.  Sahil  boyu  ensiz 

ovalıqlar uzanır. 

Afrikanın  qərbində  yerləşən  Kanar  və  Yaşıl  Burun 

adaları  vulkanik  mənşəli  olmaqla,  əsasən  dağlıq  relyefə 

malikdir. 

 

İqlimi 

Afrikanın  iqlimi  hər  şeydən  əvvəl,  qitənin  coğrafi 

mövqeyi  ilə  onun  ekvatorial,  tropik  və  qismən  subtropik 

qurşaqlarda  yerləşməsi  ilə  müəyyən  edilir.  Materik  ərazisinin 

təxminən ¾ hissəsi üzərində günəş ildə iki dəfə zenitdə olur və 

bol  şüa  enerjisi  verir.  Afrikanın  ekvatorial  qurşağında  ümumi 

radiasiyanın  illik  kəmiyyəti  100-140  kkal/kv.  sm,  tropik 

qurşaqlarda 180-200 kkal/kv.sm, Böyük Səhranın şərqində 220 



Yüklə 298,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə