Afrika ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 298,08 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix14.01.2018
ölçüsü298,08 Kb.
#20625
1   2   3   4   5   6   7   8   9   10   11

 

keçməklə,  Zambezi  çayının  mənsəbinə  qədər  (Beyra  şəhərinə 



qədər) uzanır. 

                Şərqi  Afrikanın  geoloji  quruluşunun  başqa  bir  cəhəti 

burada  yer  qabığını  kəsib  keçən  qırılmalar  üzrə  sahəvi 

püskürmələrin  (aktiv  effuziv  vulkanizmin)  olmasıdır.  Burada 

vulkanizm hələ mezozoyda başlamış, üçüncü dövrdə isə özünü 

daha  güclü  göstərmişdir.  Müasir  dövrdə  Şərqi  Afrikada 

püskürmələr  mərkəz  tiplidir.  Hazırda  Afrikada  Niroqonqo, 

Karasimbi,  Kamerun,  Qleyn  və  s.  püskürən  vulkanlar  vardır. 

Qleyn  vulkanının  püskürdüyü  lava  gündüz  qara,  gecə  qırmızı 

rəngdə görünür, soyuyanda isə ağarır. 

                 Alp qırışıqlığına Atlas dağlarının ensiz Aralıq dənizi 

sahili  zonası  (Er-Rif  vəTel-Atlas)  daxildir.  Burada  bir  çox 

antiklinal  və  sinklinal  strukturlar  enlik  istiqamətdə  uzanan 

tektonik  zonalar  əmələ  gətirir.  Atlas  dağlarının  daha  geniş 

hissəsi  və  Kap  vilayəti  hertsin  qırışıqlığına  aid  strukturlardan 

ibarətdir. 

                 Afrikanın  geoloji  inkişaf  tarixində  bir  neçə  əsas 

mərhələ ayrılır. Arxey-proterozoy - 2500 mnl.il davam edən bu 

ilk mərhələdə Afrika platformasının kristallik qırışıq bünövrəsi 

təşəkkül  tapır  və  yer  səthinin  ən  böyük  qədim  platforması 

yaranır. 

                 Proterozoyun axırı və paleozoyun başlanğıcına qədər 

qədim  qırışıqlıq  denudasiya  ilə  kəsilir,  qırışıqlıq  zamanı  baş 

verən vulkanizm, tam metamorfizm və süxurların kristallaçması 

nəticəsində sabit platformanın yaranması başa çatır. 

                 Afrikanın inkişafında ikinci böyük mərhələ paleozoy 

erasını və mezozoyun başlanğıcını əhatə edir. Bu mərhələnin ən 

əlamətdar  cəhətləri  Afrikanın  vahid  Qondvana  qitəsi  tərkibinə 

daxil  olması,  materikin  ərazisində  böyük  tektonik  strukturların 

yaranması,  böyük  örtük  buzlaşmalarının  baş  verməsi,  geniş 

ərazilərdə  müxtəlif  mənşəli  kontinental  çöküntü  qatlarının 

toplnmasıdır.  Nəhayət  paleozoyda    materikin  şimal  və  cənub 

kənarlarında yerləşən geosinklinal zonalarda inversiya başlanır. 



 

Atlas  və  Kap  dağlarının  hertsin  qırışıqlığı  zonaları  yaranır. 



Bundan əvvəl isə paleozoyun birinci yarısında Ahaqqar-Tibesti 

sahəsində, Atlaslarda kaledon qırışıqlığının baş verməsi güman 

edilir. 

                 Bu  mərhələ  təbaşir  dövrünə  qədər,  yəni  qədim 

Qondvananın  parçalanmasının  başlanğıcına  qədər  davam  edir. 

Qondvananın  parçalanması  nəticəsində  şimalda  yerləşən  Tetis 

geosink-  linalından,  qismən  şərqdən  və  qərbdən  materikə 

dənizlər  transqressiya  edir.  Bu,  şübhəsiz,  parçalanma  zamanı 

materikdə  əyilmə  baş  verməsi  və  yuxarıda  qeyd  edildiyi  kimi, 

təbaşir  dövründə  okean  səviyyəsinin  qalxması  nəticəsində 

olmuşdur.  Lakin  cənubi  və  Ekvatorial  Şərqi  Afrikada,  Şimali 

Afrikaya  nisbətən  əyilmə  zəif  olduğuna  görə  transqressiya  az 

sahəni 

əhatə  etmişdir.  Ümumiyyətlə  böyük  mezozoy 



transqressiyası  zamanı  materik  çox  peneplenləşmiş  və  onun 

yüksəkliyi  xeyli  azalmışdır.  Bu  vaxt    Şərqi  Afrikada  böyük 

tektonik  qırılmalar,  rift  zonaları  yaranmağa  başlayır  və 

vulkanizm güclənir. 

                 Üçüncü  dövrdə,  xüsusilə  onun  ikinci  yarısında 

tektonik  hərəkətlər  daha  da  güclənir.  Bu  zaman  şaquli 

hərəkətlər  nəticəsində  Madaqaskar  adası  materikdən  ayrılır, 

Şərqi Afrikanın qraben- lər sistemi yaranır, effuziv vulkanizmin 

arealı  genişlənir,  Atlas dağlarının alp qırışıqlığı zonası yaranır. 

Üçüncü və dördüncü dövrlərdə materikin cənub hissəsi ümumi 

qalxmaya  cəlb  olunur  və  bu  fonda  onun  müasir  kənar  dağlıq 

hissələri  daha  çox  qalxır.  Qalxma  bütün  Şərqi  Afrikanı,  Atlas 

dağlarını  və  digər  müsbət  tektonik  strukturları  əhatə  edir. 

Şimali  Afrika  dəniz  sularından  azad  olur.  Konqo  çayı  Cənubi 

Qvineya  yaylasını  kəsir  və  Konqo  çökəyindəki  göl  yox  olur. 

Afrikanın  sineklizlərini  örtən  cavan  çöküntülər  bu  mərhələdə 

toplanmışdır. 

 

Faydalı qazıntıları 




 

Afrika  müxtəlif  faydalı  qazıntlarla  çox  zəngindir. 



Faydalı  qazıntıların  müxtəlif  mənşəli  qrupları  materikin  ayrı-

ayrı  tektonik  sahələri  ilə  əlaqədardır.  Arxey  və  ptoterozoy 

qırışıqlığı  zonası  metal  faydalı  qazıntılarla,  qiymətli  daş-qaş 

yataqları  ilə  daha  zəngindir.  Burada  ən  çox  maqmatik, 

metamorfik  mənşəli  faydalı  qazıntı  yataqları  vardır.  Qədim 

qalxanların  aşınma  qabığı  ilə  ilkin  mineralların  aşınmasından 

yaranan  faydalı  qazıntı  yataqları,  həmin  sahələrdə  çayların 

fəaliyyəti  ilə  əmələ  gələn  səpinti  yataqları  yayılmışdır. 

Postmaqmatik  yataqların  əksəriyyəti  kristallik  əsasla  əlaqədar 

olub,  onun  səthə  çıxdığı  yerlərdə  rast  gəlinir.  Faydalı 

qazıntıların çökmə yataqları platformanın çöküntü süxur örtüyü 

ilə əlaqədardır və əsasən sineklizlərdə əmələ gəlmişdir. 

Qara metalın əsas yataqları (dəmir, manqan, titan, xrom) 

Şimali  Qvineya  yüksəkliklərində,  Syerra-Leonedə,  Aşağı 

Voltada,  Cənubi  Afrikada  və  Atlas  dağlarındadır.  Başqa 

sahələrdə  də  dəmir  filiz  yataqları  məlumdur.  (Konqo 

hövzəsinin  kənar  qalxmalarında,  Misirdə,  Böyük  Səhranin 

qərbində,  Şərqi  Afrikada).  Əlvan  metalların  böyük  yataqları 

yenə  qədim  qırışıqlıq  əsasın  çıxıntıları  ilə  əlaqədar  olmaqla, 

Katanqada (kobalt, mis, sink, qurğuşun), Şərqi Konqoda (sink), 

Şimali Qvineya və Atlas dağlarındadır. 

Nadir  metal  yataqları  Cənubi  Afrikada  Kalaxari 

sineklizini  cənubdan  və  şərqdən  əhatə  edən  kristallik  əsasın 

qalxanlarında  (litium,  berillium,  sürmə,  uran),  Katanqada 

(uran), Anqolada (uran) və s.sahələrdə məlumdur. 

Əlvan metalların əhəmiyyətli yataqları Cənubi Afrikada 

(maqmatik mənşəli qızıl, platin), Şərqi Afrikada (postmaqmatik 

mənşəli  qızıl)  və  Şimali  Qvineyada  aşkar  edilmişdir.  Qiymətli 

daşlardan  almazın  ən  böyük  yataqları  Cənubi  Afrika,  Katanqa 

və  Şimali  Qvineyadadır.  Qeyri-mütal  fatdalı  qazıntılardan 

asbestin böyük yataqları Cənubi Afrikada (kianit, qrafit), Şərqi 

Afrikada, Atlas dağlarındadır (fosforitlər). 




Yüklə 298,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə