Afrika ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 298,08 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix14.01.2018
ölçüsü298,08 Kb.
#20625
1   2   3   4   5   6   7   8   9   10   11

 

16 


kkal/kv.sm,subtropik  qurşaqlarda  isə  140-160  kkal/kv.sm-ə 

bərabərdir.  İllik  radiasiya  balansı  materik  üzərində  60-70 

kkal/kv.sm-dir.  Beləliklə,  Afrika  illik  radiasiya  kəmiyyəti  və 

radiasiya  balansına  görə  başqa  materiklərdən  fərqlənir.  O  Yer 

kürəsinin ən isti materikidir. 

Afrika  iqliminə  qonşu  okeanların  və  Asiya  üzərində 

yaranan  barik  sahələrin,  eləcə  də  materikin  şimal  və  cənub 

hissəsində  fəsillər  üzrə  bir-birinin  əksi  olan  dəyişkən  təzyiq 

sahələrinin  təsiri  böyükdür.  Afrika  üzərində  subtropiklərarası 

atmosfer  sirkulyasiyası,  külək  rejimi  yağıntıların  materikin 

üzərində  paylanmasının  əsas  amilidir.  Ekvatorial  qurşaqda 

alçaq  təzyiq  sahəsi,  tropiklərdə  isə  yüksək  təzyiq  sahəsinin 

hakim  olması  il  ərzində  tropiklərdən  ekvator  qurşağına  hava 

cərəyanı  yaranmasına  səbəb  olur.  Bundan  əlavə  Afrikanı 

şərqdən  və  qərbdən  əhatə  edən  Hind  və  Atlantik  okeanları 

üzərində mövcud olan daimi təzyiq sahələrindən (Cənubi Hind 

okeanı,  Şimali  və  Cənubi  Atlantika  antisiklonları)  müxtəlif 

xassəli hava kütlələri daxil olur. 

Ekvatorial  qurşaqda  il  boyu  qalxan  cərəyan,  tropiklərdə  isə 

enən  hava  cərəyanları,  tropiklərlə  ekvator  arasında  isə  üfüqi 

hava  cərəyanları  hakimdir.  Tropiklərdən  ekvatora  əsən  quru, 

isti,  tozlu  hava  passat  cərəyanlarıdır.  Ekvatordan  şimal  və 

cənub  subekvatorial  zonalara  gələn  ekvatorial  mussonlar  çox 

rütubətli olur. Subekvatorial zonaların dövrü rütubətlənməsi də 

ekvatorial  mussonların  davamlılığından  asılıdır.  Okeanlar 

üzərində  yerləşən  daimi  təzyiq  mərkəzlərindən  gələn 

havalardan  yalnız  cənub  Hind  okeanı  antisiklonu  materikin 

cənub-şərq sahillərinə çox rütubət gətirir. Azor maksimumu və 

Cənubi  Atlantika  antisiklonlarının  sağ  cinahlarından  tropik 

enliklərdə  Afrikaya  daxil  olan  hava  kütlələri  sərin  olduğundan 

rütubət tutumu azdır, həm də bu hava kütlələri materikə yalnız 

müvafiq yarımkürələrin yayında daxil olduğundan, çox qızmar 

quru  üzərində  daha  da  qızır  və  yağıntı  ayırmaq  qabiliyyətini 

itirir.  Qərbdə  bütün  il  boyu  yalnız  ekvatorial  qurşağa  bol 




 

17 


yağıntı düşür.Bu yağıntıları Qvineya körfəzinin şimal və şimal-

şərq  sahillərindən  daxil  olan  rütubətli  dəniz  hava  kütlələri 

gətirir. 

Göstərilən  sadə  hava  sirkulyasiyası  sxemi  ilin 

fəsillərindən  asılı  olaraq  xeyli  dəyişir.  Bunun  başlıca  səbəbi 

müvafiq yarımkürələrdə yay fəslində materikin şimal və cənub 

tropik  qurşaqlarında  alçaq  təzyiq  sahələrinin  yaranmasıdır. 

Buna görə tropiklərdən ekvatora əsən passatların illik rejimində 

ciddi dəyişiklik baş verir. Passatlar yalnız hər yarəmkünənin qış 

fəslində  tropiklərin  ümumi  (zonal)  yüksək  təzyiq  qurşaqlarına 

qoşulması  ilə  güclənir  və  çox  təsirli  olur.  Onlar  ekvatorial 

qurşağa, hətta onu keçib əks yarımkürəyə daxil olur. Ekvatorial 

zonada  passatlar  çox  rütubətlənir  və  keçdiyi  yarımkürənin 

subekvatorial  qurşağında  ekvatorial  mussonları  adlanırlar.  Bu 

küləklər 

ekvatorial 

qurşağa 

şimal-şərqdən 

(şimal 

yarımkürəsində  qış  olan  zaman)  və  cənub-şərqdən  (cənub 



yarımkürəsində  qış  olan  zaman)  əsir.  Ekvator  qurşağını 

keçdikdə  bunlar  ekvatordan  şimalda  sağa,  cənubda  isə  sola 

meyl edirlər. 

Qışda  Ön  Asiya  yaylaları  üzərində  yaranan  yüksək 

təzyiq  sahəsindən  materikin  şimal-şərqinə  (xüsusilə  Somaliyə) 

passatlar  daxil  olur.  Dəniz  üzərindən  keçən  passatlar  xeyli 

rütubətlənir  və  yağıntı  verir.  Fəsillərin  dəyişməsi  ilə  əlaqədar 

olaraq  Cənubi  Hind  okeanı  antisiklonunun  da  təsir  dairəsi 

dəyişir.  Şimal  yarımkürənin  qışında  onun  sol  cinahı  küləkləri 

Afrikanın  cənub-şərq  sahillərinə,  cənub  yarımkürənin  qışında 

isə  cənub  subekvatorial  və  tropik  qurşaqlarında  şərq  sahillərə 

(Əjdaha  dağlarına)  çox  yağıntl  verir,  qurunun  içərilərinə  isə 

quru halda daxil olur. 

Yanvar  ayında  materikin  şimal  hissəsi  soyuyur  və 

burada  antisiklon  hava  şəraiti  yaranır.  Yanvarın  orta 

temperaturu Aralıq dənizi sahillərində və Böyük Səhranın şimal 

hissəsində  +12°,orta  hissəsində  +12°,+16°,  cənub  hissəsində 

+16°,+20°-dir.  Atlas  dağlarını  +8°  yanvar  izotermi  əhatə  edir. 




 

18 


Yayla  və  yüksək  dağlarda  isə  yanvar  ayında  temperatur  0°-yə 

enir  və  şaxtalar  olur.  Bu  vaxt  orta  temperatur  ekvator 

qurşağında +24°,+26°,Yuxarı Nil çökəyində isə +28° olur. 

Yanvar  ayı  materikin  cənub  hissəsində  yayın  qızmar 

ayıdır.  Kalaxaridə  bu  ayın  orta  temperaturu  +26°,+28°, 

(Kalaxari  səhrasının  qızmar  cənub-qərbində  +30°)  cənub 

sahildə  isə  +18°,  +20°-dir.Şərqi  Afrika  yaylalarında  bu  vaxt 

orta temperatur +20°,+24° olur. Yanvar ayında materikin şimal 

yarısında mütləq minimum temperatur 0°, yəni xeyli aşağı olur. 

Mənfi temperatur 20° şimal enindən şimalda müşahidə edilir (-

7° qədər). Atlas dağlarında və yüksək Şott yaylasında -10°,-20° 

şaxtalar  olur.Şimal  subekvatorial  qurşaqda  yanvarda  ən  alçaq 

temperatur  +8°,+10°  müşahidə  edilmişdir.  Bu  vaxt  cənubi 

Afrikada  mütləq  maksimum  temperatur  +40°,+45°  dərəcəyə 

(50°-yə qədər) çatır. 

Шякил 30 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 298,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə