“agbank” AÇiq səhmdar cəMİYYƏTİNİN 31 dekabr 2014 cü IL tarixinə Maliyyə Hesabatları



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix17.09.2018
ölçüsü3,18 Mb.
#69022
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

27 

Risklərin idarə edilməsi, korporativ idarəçilik və daxili nəzarət,         

davamı 

(e) 

Kredit riski 

Kredit  riski  müştəri  və  ya  maliyyə  aləti  üzrə  tərəf  müqabili  müqavilə  üzrə  öhdəliklərini  yerinə 

yetirmədiyi  təqdirdə  Bankın  maliyyə  zərərinə  uğrayacağı  riskidir.  Bankın  kredit  risklərinin 

tənzimlənməsi  üçün  siyasət  və  prosedurları  (həm  uçota  alınmış  maliyyə  aktivləri,  həm  də  uçota 

alınmamış müqavilə öhdəlikləri üçün), o cümlədən portfel cəmləşmələrinin məhdudlaşdırılması üzrə 

qaydalar  və  kredit  riskinə  fəal  surətdə  monitorinq  edən  Kredit  Komitəsinin  yaradılması  barədə 

qaydaları vardır. Kredit siyasəti Rəhbərlik Şurası tərəfindən nəzərdən keçirilir və təsdiqlənir. 

Kredit siyasətində aşağıdakılar əks olunur: 

 

kreditlərin verilməsi ərizələrinin baxılması və təsdiqlənməsi prosedurları; 



 

borcalanların (korporativ və fərdi) kredit qabiliyyətinin qiymətləndirilməsi metodikası; 



 

tərəf müqabillərinin, emitentlərin və sığorta şirkətlərinin kredit qabiliyyətinin qiymətləndirilməsi 



metodikası; 

 



girovun qiymətləndirilməsi metodikası; 

 



k

reditlərin sənədləşməsinə dair tələblər; 

 

kreditlərin və digər kredit risklərinin davam edən monitorinqi prosedurları. 



Korporativ kredit ərizələri müvafiq müştəri rəhbərliyii tərəfindən yazılır və sonra korporativ kredit 

portfelinə məsuliyyət daşıyan Kredit Departamentinə ötürülür. Hesabatların təhlili müştərinin biznes 

və  maliyyə  fəaliyyətini  nəzərə  alan  strukturlaşmış  təhlilə  əsaslanır. Kredit  müqaviləsi  və  hesabat 

müstəqil  olaraq  Risklərin  İdarə  Edilməsi  Departamenti  tərəfindən  baxılır  və  kredit  siyasətinin 

tələblərinə uyğun  olması  təsdiqi  üzrə  ikinci rəy  verilir. Kredit Komitəsi, Kredit  Departamenti  və 

Risklərin  İdarə  Edilməsi  Departamenti  tərəfindən  təqdim  edilmiş  kredit  ərizələrinə  baxır.  Fərdi 

əməliyyatlar,  gözlənilən  Kredit  Komitəsinin  yekun  təsdiqindən  və  xüsusi  risklərdən  asılı  olaraq 

həmçinin Hüquq, Mühasibatlıq və Vergi Departamentləri tərəfindən də baxılır. 

Bank davamlı olaraq fərdi kredit risklərinin fəaliyyətinə nəzarət edir və müntəzəm olaraq müştərilərin 

ödəmə qabiliyyətini yenidən müəyyənləşdirir. Yenidən baxış borcalan tərəfindən təqdim edilmiş və 

ya Bank tərəfindən əldə edilmiş müştərinin ən son maliyyə hesabatları və sair məlumatlara əsaslanır. 

Fərdi Kredit Departamenti tərəfindən fərdi kredit ərizələrinə baxılır. Fərdi müştəri təhlilindən əlavə, 

kredit  portfeli  Risklərin  İdarə  Edilməsi  Departamenti  tərəfindən  kredit  konsentrasiyası  və  bazar 

risklərinə uyğun  olaraq  müəyyən edilir. 

Fiziki şəxs olan müştəri təhlilindən başqa kredit portfeli kredit konsentrasiyası və bazar riskləri ilə 

bağlı olaraq Risklərin İdarə Edilməsi Departamenti tərəfindən qiymətləndirilir.  

Kredit riskinin maksimal dərəcəsi, bir qayda olaraq, maliyyə vəziyyəti haqqında hesabatda maliyyə 

aktivlərinin balans dəyərində və uçota alınmamış müqavilə öhdəliklərinin məbləğlərində əks olunur. 

Potensial  kredit  riskinin  azaldılması  məqsədi  ilə  aktivlərin  və  öhdəliklərin  mümkün  qarşılıqlı 

əvəzləşdirilməsi effekti əhəmiyyətli xarakter daşımır.  

 

 

 



 

 

57 




AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

27 

Risklərin idarə edilməsi, korporativ idarəçilik və daxili nəzarət,         

davamı 

(e) 

Kredit riski, 

davamı 

Aşağıdakı cədvəldə hesabat tarixinə maliyyə aktivləri ilə bağlı maksimal kredit riski təqdim olunur: 



 

2014  

AZN’000  

 

2013  

AZN’000  

AKTİVLƏR 

 

 



 

Pul vəsaitləri və onların ekvivalentləri (ARMB qalıqları istisna olmaqla) 

 4,461    

 13,420  

Banklara verilmiş kreditlər 

 7,035    

 7,082  

Müştərilərə verilmiş kreditlər 

 384,564    

 363,311  

Sair maliyyə aktivləri  

 6,277


 

   


 6,375  

 

Cəmi maksimal risk 

402,337 

 

390,188 

Girov  adətən  derivativ  maliyyə  alətlərinə,  qiymətli  kağızlara  investisiyalara  və  banklara  verilmiş 

kreditlərə  dair  tələblər  üzrə  götürülmür,  qiymətli  kağızlar  əks  geri  alınma  və  qiymətli  kağızlar 

vasitəsilə borcların götürülməsi çərçivəsində saxlanıldığı hallar istisna olmaqla.  

Müştərilərə verilmiş kreditlər üzrə girovların təhlili və müştərilərə verilmiş kreditlərlə əlaqədar kredit 

riskinin konsentrasiyasının təhlili qeyd 16-da təqdim olunmuşdur. 

Hesabat  tarixinə  uçota  alınmamış  müqavilə  öhdəlikləri  ilə  bağlı  maksimal  kredit  riski  haqqında 

məlumat qeyd 29-da təqdim olunmuşdur.  

31 dekabr 2014-

cü il tarixinə, Bankın kredit riski maksimum kredit riskinin 10%-dən çox olan beş 

borcalanı və ya əlaqədar borcalanlar qrupu (2013: on beş) vardır. 

(f)

 

Likvidlik riski 

Li

kvidlik  riski  Bankın  hesablaşması  nağd  pul  və  ya  digər  maliyyə  aktivləri  ilə  aparılan  maliyyə 



öhdəlikləri ilə bağlı öhdəliklərinin yerinə yetirilməsində çətinlikləri üzləşməsi riskidir. Likvidlik riski 

aktivlər  ilə  öhdəliklərin  ödəniş  müddətləri  arasında  uyğunsuzluq  olduqda  yaranır.  Aktivlərin  və 

öhdəliklərin  ödəniş  müddətlərinin  və  faiz  dərəcələrinin  uyğunlaşdırılması  yaxud  tənzimlənən 

uyğunsuzluğu  likvidliyin  idarə  edilməsində  əsas  rol  oynayır.  Tam  uyğunluğun  təmin  edilməsi 

maliyyə təşkilatları üçün qeyri-adidir, çünki məşğul olduqları əməliyyatlar adətən qeyri-müəyyən 

müddətlərə  və  növlərin  müxtəlifliyi  ilə  səciyyələnir.  Ödəniş  müddətləri  arasında  uyğunsuzluq 

olduqda, mənfəətlilik səviyyəsi arta bilər, lakin, eyni zamanda itkilərin yaranması riski də artır. 

Bank, pul vəsaitlərinin hərəkəti ilə bağlı bütün öhdəliklərinin vaxtı-vaxtında yerinə yetirilməsi üçün 

zəruri  həcmdə  vəsaitlərin  mövcudluğunu  təmin  etmək  məqsədi  ilə  likvidliyini  idarə  edir  və 

tənzimləyir. Likvidlik siyasəti İdarə Heyəti tərəfindən nəzərdən keçirilir və təsdiqlənir. 

Bank buraxılmış borc qiymətli kağızlarından, banklardan alınmış uzun və qısa müddətli kreditlərdən, 

əsas korporativ və fərdi müştərilərindən qəbul edilmiş depozitlərdən ibarət olan və yüksək likvidli 

aktivlərin  diversifikasiya  olunmuş  portfeli  ilə  müşayiət  olunan  diversifikasiyalı  və  sabit 

maliyyələşdirmə  bazasını  fəal  surətdə  dəstəkləməyə  çalışır  ki,  gözlənilməyən  likvidlik  tələbatına 

operativ və səmərəli qaydada cavab verə bilsin.  

Likvidliyin idarə edilməsi siyasəti aşağıdakılardan ibarətdir: 

 

əsas valyutalar üzrə pul vəsaitlərinin hərəkətinin proqnozlaşdırılması və onlarla əlaqədar tələb 



olunacaq likvid aktivlərin səviyyəsinin nəzərə alınması; 

 



maliyyələşdirmə mənbələrinin müxtəlifliyinin təmin edilməsi; 

 



borcların cəmləşməsinin və parametrlərinin tənzimlənməsi; 

 



borcların maliyyələşdirilməsi planlarının tərtib edilməsi; 

58 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə