“agbank” AÇiq səhmdar cəMİYYƏTİNİN 31 dekabr 2014 cü IL tarixinə Maliyyə Hesabatları



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix17.09.2018
ölçüsü3,18 Mb.
#69022
1   ...   26   27   28   29   30   31   32   33   34

AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

29

 

Kreditlə bağlı öhdəliklər 

Bankın kredit vermək öhdəlikləri mövcuddur. Bu öhdəliklər təsdiqlənmiş kreditlər, kredit kartları 

üzrə limitlər və overdraftlar şəklindədir. 

Bank müştərilərinin üçüncü tərəflər qarşısında öhdəliklərinin yerinə yetiriləcəyinə təminat vermək 

məqsədi ilə maliyyə zəmanətlərini və akkreditivləri verir. Bu kimi müqavilələrin sabit limitləri vardır 

və onlar adətən beş il müddətinədək bağlanılır. Bank həmçinin qiymətli kağızlar vasitəsilə borcların 

götürülməsi və kreditləşdirmə əməliyyatlarında hesablaşma agenti qismində çıxış edərək zəmanətləri 

verir. 


Bank  kredit  vermək  öhdəliklərini  üzərinə  götürdükdə,  maliyyə  zəmanətlərini  və  akkreditivləri 

verdikdə müştərilərə kredit verdiyi zaman tətbiq etdiyi kredit risklərinin idarə edilməsi siyasət və 

prosedurlarını tətbiq edir. 

Aşağıdakı  cədvəldə  öhdəliklərin  müqavilə  üzrə  məbləğləri  kateqoriyalar  üzrə  təqdim  olunur. 

Cədvəldə öhdəliklər üzrə göstərilmiş məbləğlər onlar üzrə tam həcmdə avansların verildiyini fərz 

edir. Cədvəldə zəmanətlər və akkreditivlər üzrə göstərilmiş məbləğlər tərəf müqabilləri bağladıqları 

müqavilələrdə  nəzərdə  tutulmuş  öhdəliklərini  tam  həcmdə  yerinə  yetirmədikləri  halda  hesabat 

tarixinə tanınacaq maksimal balans itkilərini əks edir. 

 

2014  

AZN’000  

 

2013  

AZN’000  

Müqavilədə nəzərdə tutulmuş məbləğ 

 

 

 

Zəmanətlər 

28,766   

30,275 


İstifadə edilməmiş kredit xətləri 

21,351   

26,571 

Akkreditivlər 



3,922   

3,961 


 

54,039   

60,807 

Cədvəldə  göstərilmiş  cəmi  müqavilə  üzrə  şərti  öhdəlikləri  heç  də  mütləq  gələcək  nağd  pul 

vəsaitlərinə  tələbatı  əks  etdirmir,  çünki  bu  şərti  öhdəliklərin  maliyyələşdirməsi  təmin  edilmədən 

müddəti başa çata və ya onlara xitam verilə bilər. Kredit və kredit xətlərinin ayrılmasına dair şərti 

öhdəliklərin əksəriyyəti Bank tərəfindən şərtsiz öhdəlikləri təşkil etmir. 

30

 

Əməliyyat lizinqləri 

(a)

 

İcarəyə götürən üçün lizinq 

Bank, əməliyyat lizinqləri çərçivəsində bir sıra binaları və avadanlıqları icarəyə götürür. Bu lizinqlər 

adətən beş ildən on ilədək olan ilkin müddətə bağlanılır. İcarənin ilkin müddəti başa çatdıqda, onu 

uzatmaq mümkündür. İcarə ödənişləri adətən müvafiq bazar qiymətlərini əks etmək üçün illik əsasda 

artırılır. Bankın ləğv edilə bilməz icarələri yoxdur. 

 

 



65 


AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

31

 

Şərti öhdəliklər 

(a)

 

Sığorta  

Azərbaycan Respublikasında sığorta sahəsi inkişaf mərhələsindədir və dünyanın digər ölkələrində 

qəbul edilmiş sığortalamanın bir çox formaları Azərbaycanda hələ mövcud deyil. Bankın əmlak və 

avadanlıqları,  biznes  fəaliyyətinin  dayanması  və  ya  Banka  məxsus  olan  ərazilərdə  və  ya  onun 

əməliyyatları ilə əlaqəli baş vermiş hadisələr nəticəsində əmlak və ya ətraf mühitə zərərin vurulması 

ilə əlaqədar olaraq yaranan üçüncü tərəf məsuliyyətinə dair tam sığorta təminatı yoxdur. Bank tam 

sığorta təminatı almayanadək, müəyyən aktivlərin itirilməsi və ya məhv olunması riski mövcuddur 

və bu riskin əməliyyatlara və maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsiri ola bilər. 



(b)

 

Məhkəmə iddiaları 

Bank, fəaliyyəti ilə əlaqədar olaraq məhkəmə iddialarına və şikayətlərə məruz qalır. Rəhbərlik hesab 

edir ki, bu kimi iddia və şikayətlər nəticəsində yaranan maddi məsuliyyət Bankın maliyyə vəziyyətinə 

və ya gələcək əməliyyatların nəticələrinə ciddi mənfi təsir göstərməyəcək.  



(c)

 

Vergi öhdəlikləri 

Azərbaycan Respublikasının vergiqoyma sistemi nisbətən təzə olduğuna görə bir çox hallarda aydın 

olmayan,  ziddiyyətli  və  müxtəlif  vergi  orqanları  tərəfindən  fərqli  qaydada  təfsir  edilən 

qanunvericilikdə tez-tez dəyişikliklərlə, rəsmi göstərişlərlə və məhkəmə qərarları ilə səciyyələnir. 

Vergilər  ciddi  cərimə  təyin  etmək  səlahiyyətinə  malik  olan  hakimiyyət  orqanlarının  müxtəlif 

səviyyələrində yoxlanılır və tədqiq olunur. Vergi ili adətən vergi orqanları tərəfindən üç təqvim ili 

ərzində yoxlanıla bilər; lakin, müəyyən hallarda, vergi ili daha uzun müddət ərzində yoxlama üçün 

açıq qala bilər.  

Belə  şəraitlər  Azərbaycanda,  digər  ölkələr  ilə  müqayisədə  daha  ciddi  olan  vergi  risklərinin 

yaranmasında səbəb ola bilər. Rəhbərlik hesab edir ki, qüvvədə olan vergi qanunvericiliyinin, rəsmi 

göstərişlərin  və  məhkəmə  qərarlarının  təfsirlərinə  əsasən  vergi  öhdəlikləri  ilə  əlaqədar  adekvat 

tədbirləri görmüşdür. Lakin, müvafiq səlahiyyətli orqanların təfsirləri Bankın təfsirlərindən fərqli ola 

bilər  və,  beləliklə,  vergi  orqanları  öz  təfsirlərinin  tətbiq  edilməsinə  nail  olduqları  halda,  maliyyə 

hesabatlarına təsiri əhəmiyyətli ola bilər. 



32

 

Əlaqəli tərəflərlə əməliyyatlar 

(a)

 

Nəzarət əlaqələri 

Banka Cənab Çingiz Əsədullayev və Cənab Fərzulla Yusifov tərəfindən birgə nəzarət olunur.  



(b)

 

İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri ilə əməliyyatlar 

Aşağıdakı cədvəldə 31 dekabr 2014 və 2013-cü il tarixlərinə işçi heyəti üzrə xərclərə daxil olan cəmi 

məvacib haqqında məlumat təqdim olunur: 

 

2014  



AZN’000  

 

2013  

AZN’000  

Əməkdaşların qısamüddətli müavinətləri 

583 

 

525 



 

583 

 

525 

 

66 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə