Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə27/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   23   24   25   26   27   28   29   30   ...   75

baxırdı. Baxmağına baxırdı, ancaq onu görüb-görmədiyini də bilmirdi.
Qarşısındakı nəhəng birdən-birə, uzun müddət nəm yerdə qaldığından rəngləri
qarışan şəklə dönmüşdü. Kişi onu güclü qollarının arasına alıb öpmüşdü. Bu
öpüşdən əti çimçəşsə də, özgəlik duymamışdı, əksinə, qəribə bir duyğuyla bu
kişinin doğrudan da doğma adam olduğunu hiss eləmişdi.
Sonra demək olar ki, hər gün görüşdülər, bilmədi bu adamın həyatlarına
qoşulmasına sevinsin, yoxsa qəzəblənsin. Restoranda atası içir və ağır müharibə
xatirələrindən danışırdı. Bu xatirələrin bir hissəsi də anasıyla, ilk tanışlıqları və
bərabər xidmətləriylə bağlıydı. Başqa nə deyəcəkdilər? Müharibənin minlərlə
taleyə vurduğu möhürlərdən biri... Anası tərxis olunub vətənə dönmüş, atası
Berlində qulluğunu davam etdirmişdi. Anası ona ancaq cəbhədə, bu gündən
sabaha ümid olmayan günlərdə lazımmış. Burada, Yesentukidə görüşləri də
təsadüfdü, yoxsa əlaqələri davam edirmiş – bunu da bilmirdi... Müharibədə,
qürbətdə hansı qeyri-adi bir sevgi yaşandığını nə atası deyə bilər, nə anası...
Arada ancaq üfürüldükcə közərən xatirələr qalmışdı. Körpə deyildi, müharibə və
ordakı qeyri-adi hadisələr haqqında çox şey eşitmişdi, ata-anasının cəbhə
sevgisini də, ayrı düşmələrini də anlamaq çətin deyildi, ancaq anasının ata barədə
heç nə deməməsini, onun da başqaları kimi atasını müharibədə itirmiş uşaqlardan
biri kimi yaşamasına imkan verdiyini heç cür başa düşə bilmirdi.
...Desin ki, ordu sizin deyilsə, heç mən də sizin deyiləm? Nə olsun dağılmış
Berlində anamla rastlaşıb öz hisslərinizi söndürmək üçün gələcəyin yarımçıq bir
taleyini yaratmısınız, nə olsun damarımda sənin qanın axır və sənin familiyanı
daşıyıram, atalıq təkcə bundanmı ibarətdir? Bəs ata həsrəti ilə yaşadığım uşaqlıq
illərimin hesabını kimdən sorum, anamın əziyyətini kimin ayağına yazım; araq
düşkünü olan atalığımın qəzəbli baxışlarından gizlənməyə yer axtardığım vaxtların
qorxusunu necə unudum?
Ancaq bu suallar yeni deyildi. Şimali Qafqaza hər gə​lişində onlarla görüşən,
Bakıdan ara-sıra zəng vuran atası ilə bu barədə çox danışmışdılar. Danışdıqca
məlum olurdu ki, bu sualların cavabı yoxdur, bu yaralar heç vaxt sağalmayacaq,
düzünə qalanda, atasının cəbhə xatirələrini dinləyəndə hansı ölümlərdən
adladığını və bədənində 30 il qəlpə gəzdirdiyini, ölkənin qəhrəmanı ola-ola
Moskvada tələbəliyini ehtiyac içində başa vurduğunu öyrəndikcə ona daha çox
bağlanır və hətta yazığı gəlirdi. Yaşıla çalan gözlərindəki dərin kədər onu
titrədirdi, elə bilirdi, bu kədərin bir günahkarı da odur.
Yalnız atasıyla tanış olandan sonra, onun anasıyla söh​bətlərini dinləyəndə
anlamışdı ki, əslində bu adam elə şəxsi həyatında da qəhrəman xarakterinə uyğun
yaşayıb. Bircə ay da olsa göndərdiyi alimenti kəsməyib, həm də bu alimentin


məbləği kifayət qədər yüksək olub, anasının sızlaya-sızlaya yaşamasının səbəbi də
pulsuzluqdan daha çox Bakıdan gələn pulların içki düşkünü olan ikinci ərinin
qarnına axmasıymış...
Bunları və atasının layiq görüldüyü ikinci Qızıl Ulduzla bağlı qəzəbli xatirələrini
dinlədikcə xasiyyətcə atasına nə qədər bənzər olduğu özünü də təəccübləndirirdi.
Ancaq indi ürəyini dolduran başqa bir duyğuydu. Açıq deməsə də, atasının
sözlərinə haqq qazandırmaqdan başqa bir çarəsinin olmadığını anlayırdı.
Qarşısında oturan sadəcə bir alim, bir qəhrəman, onun atası deyil; Bakını bir
şəxsə çevirmək olsa, həmin şəxs elə onun atası olardı. Və həmin adam indi
oturmuşdu onunla üzbəüz. Yalnız Bakıya gələndən, onun küləkli havasını, evlərin
bozarmış, güllələrdən deşik-deşik divarlarını, ara vermədən çalxalanan dənizini,
Qız qalasını, Qala divarlarını görəndən sonra bu şəhərin eyniylə onun atasına
bənzədiyini anlamışdı. Sərtliyi və dözümüylə... “Ordunu mənim üstümə
göndəriblər” sözü dəqiqdir. Təkcə atasına görə yox, bu ölkənin xilası üçün gənclik
illərini fəda eləmiş bir qəhrəmanın xətrinə Bakıya toxunmaq olmazdı. Ancaq bunu
atasına deyə bilmirdi. Çarəsizliklə:
– Mənim nə günahım, ata, mən neyləyə bilərdim?! – deyib dururdu.
Atanın sözü qətiydi:
– Sən gəlməməliydin bura! Adi bir şeyi başa düşmürsən. O boyda ordunu ələk-
vələk eləyib xüsusi olaraq səni tapıblar bura göndərməyə. Mənim xalqın
qabağında olduğumu, daha doğrusu, millətin mənə inandığını bilirlər və istəyiblər
ki, burda atayla oğul üz-üzə dayansın. Biri işğalçı, biri öz xalqının haqqını
qoruyan. Səni göndəriblər ki, məni öldürəsən! Başa düşürsən? Səni qəsdən
göndəriblər! Mənim acığıma! Düşmənlərim göndərib. Elm meydanında cavabımı
verə bilməyənlər, haqqımda ölüm hökmü çıxarsalar da, bu hökmü yerinə yetirə
bilməyənlər qisaslarını bu cür alırlar. Oğlunu atanın üstünə göndərməklə! Yəni:
“Səni də tanıyırıq, akademik. Moskvanın adamısan. “Mən xalqımlayam!” deməklə
özünü sığortalama. Sən belə de​yir​sən, oğlun da bu işğalçı orduda qulluq edir!”
Vəziyyətinin nə qədər dolaşıq olduğu indi çatırdı Vla​dimirə:
– Yenə deyirəm. Mən 20 yanvarda burda olmamışam.
– Nə fərqi? Burda olmamısan, düzdür, ancaq bu cina​yətkar ordunun zabitisən,
yoxsa yox? Baş verənlərin mə​su​liyyətini sən də daşıyırsan, yoxsa yox?
Vladimir nə düşündüsə, səsinin tonu dəyişildi:
– Bəlkə tərsinə! Mənim burda olmağım işin xeyrinədir?
– Hansı xeyirdən danışırsan! Bu cinayətin başında Yazov, Kryuçkov, Bakatin, yəni
orduyla KQB və daxili işlər nazirliyi dayanırsa, sən nə edə bilərsən? Başa düş,
tək mənə görə yox, həm də özün üçün, vicdan rahatlığı üçün ko​mendantlıqdan


imtina edib qayıtmalısan. Razılaşmasalar, istefa verərsən, ordudan tərxis
olunarsan. Acından ölməzsən. Maaşım çox olmasa da, bölərəm səninlə.
– Səninlə danışmaq mümkün deyil, ata. İstəyirsən mən gedim, yerimə bir eşşək
gəlsin?
Ziyad bəyin səsi yüksəldi:
– Sən eşşək olmadığına görədir ki, hər axşam saxlama mən​təqələri adamla dolu
olur?
– Onların təhlükəsizliyi üçündür, ata. Gecənin o vaxtı Allah bilir kimlərlə rastlaşa
bilərlər. Bir ağılsız əsgər təxribat törədər, məsuliyyət qalar mənim boynuma.
– Amma indi sənin də məsuliyyətin mənim boynumdadır!
Komendant atasının bu kinayəli atmacasına gülümsədi.
– Axı sən məni general görmək istəyirdin.
Akademik yerindən qalxıb qapıya yönəldi:
– Mən səni şərəfli bir ordunun generalı görmək istə​yirdim. Millətimizin qanını
tökən ordunun yox! Mənim dediklərimi düşün!
Oğlunun üzünə baxmadan iri addımlarla otaqdan çıxdı.
***
İki gün sonra axşam saat onda qapının zəngi çalındı. Vladimir xanımı və qızıyla
dayanmışdı qapının ağzında.
Akademik təəccüblə:
– Sən ailənlə gəlmisən? Bəs o gün niyə demədin?
Oğlu güldü:
– İmkan verdin ki!
Birinci gün ev sahibəsinin “sarı cücə” dediyi nəvəsi gözəl bir qızdı.
Akademik onu köksünə sıxıb:
– Aman, sarışka da gəlibmiş!.. – dedi.
Nəvəsinin ardınca gəlini də Ziyad bəyin boynuna sarıldı. Atasıyla olan
söhbətlərini Vladimir ona danışmışdı. Gəlin ürəyində qayınatasına haqq
qazandırırdı.
Komendant atasına:
– Mənə Bakıya gəlmək təklif olunanda “ailəmlə gedəcə​yəm” demişdim. Bütün
qulluq illərimdə ailəm həmişə yanımda olub. Əziyyətimi bölüşüblər mənimlə, –
dedi.
– Gərək ertədən gələydiniz, – dedi Mahirə xanım.
Vladimir:
– Bağışlayın, gec gəldiyimizi bilirik, ancaq işdən tez çıxmaq olmur. Gərək sizi bu


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə