Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə25/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   21   22   23   24   25   26   27   28   ...   75

xanımın əhvalatlarıydı. Volodya az-az gördüyü atasını daha çox eşitmək istəyirdi
və şübhəsiz, burda ən maraqlı mövzu elmi fəaliyyəti idi. Alim adı daşıyan bir
qanmazı Akademiyanın pillələrində üzüaşağı qovub tutmaq istəməsindən
başlamış, erməni alimlərinə cavablarına, qoşduğu ayamalara, yazdığı
parodiyalara qədər... Komendant sanki atasını yenidən kəşf edirdi və qəhqəhəsi
otağı doldururdu. Bakıya gələndən bəri ilk dəfə şəhərin faciəsini unudub ürəkdən
gülürdü.
Vladimir gedəndən sonra Mahirə xanım düşdü ərinin üstünə:
– Hələ də uşaq xasiyyətindən əl çəkməmisən. O sənin oğlundur, bizim oğullarımız
kimi. Əmr yerinə yetirir, nə günahı?
Ziyad bəy yaşı artdıqca tərsliyi çoxalan, bəzən lazımsız mübahisələrə girişən,
onunla gənclik əylən​cələrinin haqq-hesabını çəkməyə qalxan xanımdan ögey
oğluna bu mehribanlığı gözləmirdi. Bununla belə, inadından əl çəkmək fikrində
deyildi.
– Yaxşı, mən necə çıxacağam camaatın qarşısına?
– Camaat anlamır bəyəm? Oğlun əmrə tabedir.
– Yaman da möhkəm məntiqin var!
– Burda olmasının camaata xeyri dəyər. Başa düşür ki, o da bu xalqdandır.
– Başa düşür... Görürəm! Dünən Neftçaladan gələn bir dəstə alimi yolda yarım
saat yubandıqlarına görə salıblar Bayıl saxlama məntəqəsinə, sabahı ayaq üstə
açıblar. Bizim Köçərli də aralarında.
– Vay, vay! O yaşlı adamdır, şəkəri də bir yandan.
– Kimin əmridir: mənim oğlumun! Biabırçılıqdır...
***
Bəli, Bakının yeni komendantı onun oğluydu!.. Bu xə​bər tezliklə bütün şəhərə
yayılmışdı. Kimdir görəsən bu? Onun belə bir oğlunun olduğunu bilməyənlər və
şübhə ilə yanaşanlar da vardı. Qafqaz və Mərkəzi Asiya xalqlarının adlarını,
soyadlarını düşünüb, gələn komendantın hardan olduğunu aydınlaşdırmağa
çalışırdılar. Az-az rast gəlinən bir soyaddı, ancaq bu qədər türk xalqı var, bəlkə
başqa birində də var bu familiya. O boyda Sovet ordusunun içindən məhz
azərbaycanlı alimin oğlunun seçilib Bakıya göndərilməsi kimsəyə inandırıcı
görünmürdü. Burda bir qəsd, oyun da ola bilərdi. Başqa bir Şıxlı tapılar Sovet
ordusunda. Bakıda onun müharibə vaxtı, ölüm məngənəsində bir rus gözəlinə aşiq
olduğunu bilənlər çox deyildi. Bu barədə söz düşəndə zarafata salırdı: bəyəm
hesab aparmağa, harda, kimlə görüşdüyümüzü düşünməyə vaxtımız vardı?
...Komendant Daxili İşlər Nazirliyinin ikinci mərtəbə​sində oturur. Müharibənin və


elmin uzun, çətin yollarında həmişə addımlarını inamla, çəkin​mədən atmış
akademik onun kabinetinin qabağında birdən-birə divarların başına fırlandığını
hiss elədi. Bunu köməkçi zabitə hiss etdirməmək üçün divar boyu düzülmüş
kreslolardan birinə çökdü. Zabit paltosunun açıq yaxasından onun döşündəki Qızıl
Ulduzu görmüşdü. Akademik yalnız qələbənin il​dö​nümlərində yadına düşən döyüş
ordenlərinin geniş si​nəsinin yarısını tutan lentlərini də taxmışdı. Komendantın
köməkçisi bunu da görən kimi gələnin sıradan birisi olmadığını hiss elədi, hətta
onun rənginin dəyişdiyini görüb, su da gətirdi. Akademik əlinin işarəsiylə
razılığını bildirdi. Bu görüş Konovalovla, Saxarovla və ya erməni tarixçiləriylə
görüşlərə bənzəməz... Həmin görüşlərə ovunun üstünə atılmağa tələsən bir aslan
kimi gedir, ancaq indi qarşılaşacağı onun ovu deyil, oğludur, taleyinin bir
parçasıdır.
***
Son illər Şimali Qafqaza getməyə vaxt tapa bilmir. İstirahət yada düşmür. Beş-altı
günlük fürsət tapsa, onu Peterburq, İstanbul arxivlərində keçirir. İstanbuldan orta
əsrlərin siyahıyaalma dəftərlərini gətirib. Hansı vilayətdə neçə kənd olub? Hər
kənddə nə qədər əhali yaşayırmış, hansı millətdən, hansı dindən olublar və s.
hamısı yazılıb. Bu dəftərlər Qarabağın və indiki Ermənistanın orta əsrlərdəki
əhalisinin kimliyini və torpaqlarının kimlərə məxsus olduğunu aydın göstərir.
Görək bu torpaq “tapu”ları bulunandan sonra ermənilər bu yerlərə necə iddia edə
bilər?
Kimliyindən, hansı millətdən olmasından, rüt​bəsindən asılı olmayaraq, əsgərlərlə,
zabitlərlə mehriban danışardı:
– Komendanta de ki, atan gəlib.
Əsgərin qapını açıb içəri girməsi ilə çıxması bir oldu; onun ardınca tələm-tələsik
çıxan iki zabit qəbul otağının ortasında dayanan adama maraqla baxaraq salam
verib keçdilər və komendant qapıda göründü. Akademik komendantın öz otağından
çıxmasına imkan vermədən irəli yeridi, oğlu qapını geniş açıb ona yol göstərdi,
qapını bağlayandan sonra atasının boynuna sarıldı. Oğul nə qədər həyəcanlıydısa,
ata o qədər təmkinli və soyuqdu. Hər halda kənardan görünən beləydi. Oğlu ona
sarılsa da, o yalnız sağ əlini qaldırıb bir-iki dəfə oğlunun kürəyinə toxundurdu.
Rəsmiydi, sanki dünən gecə evdə oğlunu mehribanlıqla qarşılayan adam deyildi.
Komendant ayrılıb əliylə pəncərənin yanında, yumru masanın başındakı kreslonu
göstərdi:
– Buyur! Niyə əziyyət çəkmisən. Axşam yenə gələcək​dim. Dünən söhbət edə
bilmədik.
– Hər günün öz hökmü var. Bu qış görüşəcəyimizə ümidimi üzmüşdüm. Şəhidlərin


arasında da ola bi​lər​dim.
– Berlinədək yol getmisən. Sənə nemes gülləsi bir şey eləyə bilməyibsə, öz
ordumuzun gülləsi neyliyəcəkdi?
– “Öz ordumuz” deyirsən? Bakıya girən o uzun saçlı narkomanlar və ya kazak
muzdlulardımı bizim ordu? Sən malı mala qarışdırma! Mən əsl əs​gərlə, gözünü
qan örtmüş, “ubeyte etix turkov!” deyib, tankı uşağın, böyüyün üstünə sürən muzdlu
qatilləri bir-birindən ayıra bilməmək qədər qocalmamışam! Müharibə 45 ildir
qurtarıb, ancaq ordudan ayrılmamışam. Yaxşı tanıyıram Öz Ordumu. Bakını
dağıdan, dinc əhalini tankların altında qoyub asfalta suvayan, meyitləri xalqdan
gizlətmək üçün maşın-maşın şəhərdən çıxarıb dənizə tökən, dünyanın xəbəri
olmasın deyə, televiziyanın enerji blokunu partladan “bizim ordu” deyil. Bu,
düşmən şəhərini işğal planlaşmasıyla görülən işlərdir. Bakını dağıdanlar, on
gündən əvvəldən Bakıda oturub iki saatdan bir televizorda banlaya-banlaya xalqın
başının altına yastıq qoyub, “arxayın olun, ordu Bakıya girməyəcək” deyən Yazov,
Bakatin, Girenko, Kryuçkov, mənim tələbə dostum Primakov unudublar ki, Bakı
da Sovet şəhəridir, Azərbaycan da Sovet İttifaqının tərkibindədir. Ordu öz
vətəndaşıyla belə rəftar eləməz! Başa düşmədilər ki, bununla başçılıq elədikləri
ölkəni qara günə qoydular. Namusu olan heç bir azərbaycanlı bundan belə bu
ordunu öz ordusu, Moskva hakimiyyətini öz hakimiyyəti saymaz...
Vladimir qarşısında oturanı yaxşı tanıyırdı. Bir yerdə yaşamasalar da, xasiyyətinə
bələddir, öz yazdıqlarından, üstəlik haqqında yazılanlardan əlinə nə keçibsə,
hamısını gizli bir iftixar hissiylə oxumuşdu, əsəbiləşəndə qarşısında dayanmağın
mənasızlığını da yaxşı bilirdi. Dostlarına tez-tez mənim atam kimi kişi dünyaya
gəlməyib və gəlməyəcək!” – deyirdi. Düzünə qalsa, atasının tufan kimi hər şeyi
süpürüb atmasından xoşu gəlirdi, çünki inadkarlıqda elə özü də onun kimidir; buna
görə də indi atasına etiraz etməyin mənasız olduğunu anlayırdı; düz deyir, səhv
deyir – bu başqa məsələ; çaşıb mübahisəyə girişmək aradakı körpüləri biryolluq
yandırar. Sakitcə ürəyini boşaltmasını gözləməkdən başqa çarəsinin olmadığını
yaxşı anlayırdı.
Di gəl, atası sakitləşənə oxşamırdı. Onsuz da böyük bir haqsızlıqla qarşılaşmış,
Rusiya mətbuatında hər gün üstünə erməni yalanının püskürdüldüyü xalqının bu
yalan və haqsızlıq qarşısında acizliyi, SSRİ-nin dörd tərəfində yaşayan veteran
dostlarıyla görüşlərdə və ümumiyyətlə, ötən müharibədən danışılan hər yerdə
haqqında qürurla söz açdığı, müharibənin taleyini həll etmiş və təəssüf ki,
xidmətləri dəyərləndirilməyən doğma şəhərinin bu cür amansızlıqla dağıdılması
Ziyad bəyi yandırırdı. Bu ağrını bölüşməyə adam tapa bilməməsi də ayrı bir
dərddi. Ölkə rəhbərliyinə nəsə yazmağın mənası qalmamışdı; onlar bu addımı


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə