Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə21/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   17   18   19   20   21   22   23   24   ...   75

Çaylarını içdilər.
Ziyad bəy:
– Siz arxayın olun, inşallah, heç kimə ziyan dəyməz! – deyib qalxanda Abram
qolundan tutub onu sobaya yaxın qoyulmuş jurnal stoluna doğru çəkdi.
– Ziyad, yadına sal, gör heç burdan nərd oynamamış getdiyin vaxt olub?
Ziyad bəy gülümsədi:
– Yox!
– Onda gəl otur.
Üz-üzə oturdular. Zər atır və uzun illərin vərdişi ilə daş​ları xanalarla
qovalayırdılar. Kim udar, kim uduzar; hələ bəlli deyildi.
“Bəs bizim zərimizi atan kimdir, ilahi!” Bu fikir akademikin əlini havada
dondurdu. Zərləri taxtaya qoyub:
– Bu oyunu ikimiz də uduzmuşuq, Abram! – dedi və qalxdı. Qucaqlaşdılar. Bir-
birinin üzünə baxmadan ayrıldılar.
***
Sovet ordusunun qurudan, havadan, sudan, ən çağdaş silahlardan istifadəylə, dinc
əhalini qıra-qıra Bakıya girişinin 1945-də Berlinə girməsi arasında heç bir fərq
yox idi. Amma yox, Berlinə Sovet ordusu, içindəki qəzəbi bo​ğaraq, xilaskar
sifətiylə girmişdi. Bakıya girənlərsə nifrət və intiqam hissini gizlətmir və bunu
qışqıra-qışqıra deməkdən ləzzət alırdılar. Nə baş vermişdi? Türklər ney​ləmişdi?
“Mənim ordum öz şəhərinə hücum etməli deyil!” – söyləmək yasaqmı sayılır?
Yox, biz Berlində bu qələti eləməmişdik. Əksinə, aclıqdan bizə müraciət edən,
bizə sığınan alman uşaqlarını doyuzdurmuş, diri-diri metroya doldurulub məhvə
məhkum olunmuş insanları xilas etmişdik. Ancaq Bakıda böyüyə-kiçiyə
baxmadılar... Ömrü boyu özünü Sovet ordusunun əsgəri saymış alimin deməyə
sözü qalmamışdı. Əsgərlik bitmişdi. İndi yalnız şübhələr qalırdı... İllərlə için​də
gəzdirdiyi və inanmaq istəmədiyi şübhələr... Qara siyahı! Nə qara siyahı? Budur
sənə al qanına boyanmış şəhərin küçələri boyu sıralanmış şəhid cənazələri... Say.
Öyrən, gör Azərbaycanın başqa şəhərlərində bu gün nə qədər şəhid var, nə qədər
itkin, nə qədər yaralı var! Və yalnız azərbaycanlı olduqlarına görə güllələnən
uşaqlar, qocalar... evinin balkonunda paltar asan gəlinlər, körpələrinə süd almağa
çıxmış valideynlər... “Ordunun bu dinc şəhərdə nə işi var?” deyirdi yollara çıxan
əhali. Sumqayıt yoluyla evinə dönən, hamısını yaxşı tanıdığı dörd alim... Biri də
sağ qurtara bilməyib. Tank düz yolla gedən avtomobili altına alıb fətirə döndərib.
Yenə iyirminci illərdə olduğu kimi adamları gəmiyə doldurub dənizə tökürlər. İz
itirmək üçün. Başqa nə axtarırsan, dostum? Nə gizli siyahı, qardaş? Budur açıq


siyahı, orda ayrı-ayrı ad axtarma! Onları ad az maraqlandırır. Ölüm hökmü
verilənlərin bir adı var: Türk, azəri, müsəlman!..
***
Həmin gün anladı ki, sevdiyi və uğrunda vuruşduğu dövlətin sonu çatıb! Bir daha
nə Moskvaya, nə Peterburqa, nə də İrəvana əvvəlki kimi gedəcək. Normal insanlıq
körpüləri yandırılmışdı, yeni diplomatik körpülər qurulsa da, əvvəlkiləri əvəz edə
bilməz. Dünyanın altıda birini əhatə edən nəhəng bir dövlət qabığına sığmaq
istəməyən cırtdan Ermənistana qurban verilmişdi. Haqq sözün, əsl tarixlərin,
həqiqəti anlatmaq cəhdlərinin xeyri olmamışdı. İllər uzunu atom sınaqlarının, Aral
gölünün qurudulmasının, ekoloji fəlakətə çevrilən meşə yanğınlarının, kimya
şəhərlərindən axıdılan zəhərin qarşısını almaq uğrunda SSRİ-nin tanınmış
ziyalılarıyla birgə apardığı mübarizələrin heç bir nəticə vermədiyi kimi... Vəzirov
getdi, yerinə Mütəllibov gəldi... Oyundur. Xalqın əl-ayağını bağladılar və Dağlıq
Qarabağı Azərbaycandan qoparmaq xəyanəti başlandı. Sovet ordusu Bakıya buna
görə yeridilmiş, sakitcə öz işində-gücündə olan əhalinin qanı buna görə
axıdılmışdır... Akademikin gözündə həyat mənasını itirmişdi, lakin ən böyük
sarsıntının irəlidə olduğunu bilmirdi...


ATA VƏ OĞUL
Xalqın qəzəbi qarşısında geri çəkilərək, Birinci katibi gizli yolla Bakıdan
çıxartmışdılar. Daha doğrusu, hərbi helikopterə – dikuçana minib qaçmışdı
şəhərdən. Budur, xalqa verilən yalan vədlərin sonu: “Arxayın olun, yoldaş
Qorbaçovla danışmışam, o bizim tərəfimizdədir. Hər şey onun nəzarətindədir.
Tezliklə Qarabağ məsələsi həll olunacaq...” Bambılı ki, bambılı! Adamı neçə il
və neçə dəfə aldadarlar? Necə rəhbərsən ki, ordunun şəhərə yeridiləcəyindən
xəbərin olmayıb? Hamınız yalan deyirsiniz! Birinci katib də, Nazirlər Kabinetinin
və Ali Sovetin sədrləri də bilirmiş ordunun Bakıya girəcəyini! Çünki sizin
razılığınız olmasa, yaxud siz dirənib “yox!” desəydiniz, bu boyda hərbi güc
Bakıya göndərilməzdi. Siz istəməsəydiniz, Moskvanın bütün güc nazirləri Bakıya
toplaşmazdı. Gündə televizorda bir-birini əvəz edə-edə, “ordu şəhərə
girməyəcək!” sözünü təkrarladıqlarında siz onların ayın neçəsində, saat neçədə
şəhərə girəcəyini dəqiq bilirdiniz. Tələsirdiniz əsgərin gəlişinə. Çünki bu yolla
meydanların səsini batırmaq, rəqib gördüyünüz, qabağında əsdiyiniz Xalq
Hərəkatını beşiyində boğmaq, hakimiyyətinizin ömrünü uzatmaq istə​yirdiniz. Ola
bilsin ordudan bu boyda amansızlıq və bu qədər insanın şəhid olacağını
gözləmirdiniz, yəqin xalqın ürəyindəki qəzəbi, yəni sizə olan qəzəbi hiss
eləmirdiniz. Gördünüz, xalq tankların tırtılları altından çıxan kimi sizin
oturduğunuz binaların qarşısına toplaşdı: “İstefa!” dedi! Siz bunu “Mustafa” kimi
anladınız. Bəlkə də doğru olan elə budur. Sözün mustafası: rədd olub gedin!
Televiziya proqramlarında Moskvadan gələn böyüklər​lə eyni yalanı üyüdürsünüz.
Bu boyda millətdən həqiqəti gizlətmək nə boyda şərəfsizlikdir, bilirsiniz? Bunu
qəbul elədiniz siz razumovskilər, daşdəmirovlar, siz rəsmi Bakı, rəsmi Moskva.
SSRİ-nin bütün güc qurumlarından zərli-zibalı böyük​lərin hiyləgər bir ovqatla
Bakıya yığışması, xəstəxanaların boşaldılması, şəhər ətrafındakı hərbi bazaların
canlanması, televiziya oyunları, Azərbaycan üçün Çexoslovakiya, Macarıstan,
Qazaxıstan basqınlarından daha ağır bir faciə hazırlandığının işarəsi idi. Ölkənin
bütün hava, dəniz, quru qüvvələri Bakını qamarlamışdı.
Ziyad bəy tələbə yoldaşı və evdə yemək masasında zarafatyana özünü “SSRİ-nin
Qorbaçovdan sonrakı böyüyü» kimi təqdim etmiş Primakovdan tutmuş müdafiə
naziri Yazova qədər görüşdüyü bütün adamlara bu əməliyyatın Bakıya qarşı
bağışlanmaz bir günah olduğunu desə də xalq meydanlardan gecə-gündüz
bağıraraq, ordunun durdurulmasını tələb etsə də, xeyri olmamışdı.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə