Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə18/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   14   15   16   17   18   19   20   21   ...   75

gizlətmədi:
– Xətrinə dəymək istəmirəm. Mənim fikrimi soruşsan, sənin də ora qoşulmağına
razılıq verməzdim. Sənin qəzetin ayrıca bir cəbhədir. Ordakılarla heç bir iş
görmək olmaz. Niyyətləri ayrıdır və elə buna görə də ikitirəlik düşür.
– Mənim mövqeyimi bilirsiniz! – Altay müba​hisədən yayındı.
– Gərək ordu şəhərə girməsin. Girsə, xalqdan intiqam alacaq, illərlə çıxmaq
istəməyəcək burdan. Qarabağa yardım edə bilməyəcəyik. Onlar qayda yaratmağa
gəlmir, er​məniləri qorumağa və sizləri susdurmağa gəlir. Heç olmasa, sözümüzü
deyirdik bu qəzetdə. O da bağlanacaq...
Baş redaktor fikrə getdi:
– Belə bir qarışıqlığı 1988-in on səkkiz günlük mitin​qində də salmaq istəyirdilər.
İstəyirdilər Sumqayıt ssenarisini Bakıda davam etdirsinlər. Ancaq biz imkan
vermədik.
– Yenə də inandığın yolla get. Televiziyada Moskvadan gələnlərin and-amanı boş
şeydir, ordu gəlirsə, hökmən girəcək Bakıya. Buna bəhanə verməmək üçün yollar
tə​miz​lənməli, araqarışdıranları cəbhədən uzaqlaşdırıb, cəb​hənin dinc bir təşkilat
olduğunu göstərməlisiniz.
– Guya Moskva bilmir Xalq Cəbhəsinin nə işlə məşğul olduğunu və nə istədiyini?
– Moskva hər şeyi yaxşı bilir və bəlkə o barrikadaları da özü qurdurur. Hələ bir
də gördün, kimlərəsə silah da payladı, evlərin üstünə pulemyotlar yerləşdirdi ki,
Bakıda Sovet ordusuna silahlı müqavimət görüntüsü yaratsın...
– Elə bilirsiz mən demirəm. Bu haqda çox mü​bahi​səmiz olub, ay balam,
Vəzirovun öz hərbi his​sə​​ləri, öz mi​lisi var – deyə bağırmışam; onlar qala-qala
zavoddan, universitetdən gəlmiş fəalların əyninə hərbi paltar ge​yin​dirmək
Moskvanın əlinə bəhanə verir. Yolları bağlamaq, boş əllə səngərə girib
qəhrəmanlıq nitqi söyləmək özü-özünə quyu qazmaqdır. İstəsələr tankları paraşütlə
tö​kə​cəklər Bakının ortasına.
Bu söhbəti açmaqda Ziyad bəyin niyyəti AXC-də gər​​ginliyi azaltmaq və ordunun
Bakıya girişinə mane olmaqdı.
Tək Altay deyildi. Cəbhənin İdarə Heyətinin üzv​lə​rindən tanıdığı hər kəslə bu
söhbəti eləmişdi. Ancaq hiss edirdi ki, hadisələr Cəbhənin nəzarətindən çıxmışdır,
orda da ikitirəlik var. Müdafiə Şurası adlı bir qurum gücü çatmayan bir işə
girişməli deyil. Bakının guya silaha qurşanması barədə Moskva orqanlarının yalan
məlumatları gizli bir xəyanət planının hazırlandığından xəbər verir. İşlər belə
getsə silahlanmaq lazım gələcək, lakin qoy bunu rəhbərlik özü başlasın...
...Şəhərdə buna bənzər söhbətlər ara verməsə də, hərb maşını işə düşmüşdü və
akademik bunun nə demək olduğunu bilirdi.


***
Belə gərgin günlərin birində axşamüstü telefonuna zəng gəldi.
– Ziyad!
Yevgeni Primakovun səsini tanıdı.
– Ziyad! Mən Bakıdayam. Görüşmək lazımdır.
– Jenya, məncə, evimizin yolunu unutmamısan!
– Məmnuniyyətlə! Mahirə xanımın mürəbbəli çayı üçün darıxmışam.
– Saat neçədə gözləyək?
– Vaxt azdır. İki saat sonra sizdəyəm!
Siyasət, vəzifə, ölkədə baş verən hadisələr köhnə tələ​bə​lik dostlarını
dəyişməmişdi.
Mahirə xanımın mürəbbələri masaya düzülmüşdü; üs​təlik plov qazanı da
dəmdəydi. Təbii ki, qonaq plovdan da, ev sahibinin köhnə vərdişlə doldurduğu
stopkadan da imtina etmədi.
Akademik hələ ümidini itirməmişdi. Tələbə dostu öl​kənin nüfuzlu
adamlarındandır. Bəlkə nəyisə dəyişə bildi:
– Yevgeni! Siz nə iş gördüyünüzü düşünürsünüz? Ordu ünvanı səhv salıb. Bir il
əvvələdək Moskvanın əleyhinə od püskürən erməni separatçıları qalıb bir
kənarda, bizim üstümüzə gəlir.
– Bizim nə günahımız, Ziyad! Sizin rəhbərlik çağırıb. Qorbaçov da bir həftə
əvvəldən ordunun Bakıya və Azərbaycanın mühüm sənaye şəhərlərinə, sərhədboyu
rayonlara ordu yeridilməsi, komendant saatı elan edilməsi barədə əmr hazırlayıb.
– Hər gün Moskvadan gələnlər televizorda ordunun Bakıya girməyəcəyinə
inandırmağa çalışır, qəsdən and-aman edir, dəridən-qabıqdan çıxıb camaatı
inandırmağa çalışırlar. Bizimkilər də hə​yasızcasına ordunu çağırmadıqlarını
bəyan edirlər...
– Başqa nə deyə bilərlər? Ordunu onlar dəvət edib. Öz kreslolarını qorumaq üçün.
– Moskvanın da əlinə bəhanə düşüb, eləmi?
– Bu mexanizmləri sən məndən yaxşı bilirsən. İranla sərhədlər söküləndə biz
neyləməliyik?!
– Bura Bakıdır e, dostum, İran sərhədi deyil.
Primakov səbirlə:
– Amma hər şey burdan idarə edilir.
– Nemeslərlə müharibəni unutmamışıq hələ, Jenya. Məgər Bakının o vaxtkı
xidmətlərinin üstündən xətt çəkib, onun üstünə bu şəkildə gəlmək olar? Axı SSRİ-
ni Bakı qurtarmışdı. Kiçik bir dəstə gəlsə, danışıb hər şeyi yoluna qoymaq olardı.


– Məncə, artıq gecdir. Ancaq vicdanım rahat olsun deyə, axşam MK-ya gəl. Bu
sözlərini ordakılara da çatdı​rarsan.
Ziyad bəy birdən sözü dəyişdi:
– Bu Qorbaçovun axırına nə vaxt çıxacaqsınız?
Primakov duruxdu.
– Çaşıb axşam da belə suallar verərsən...
Ziyad bəy güldü:
– Qulağıma bəzi söz-söhbətlər çatır, ona görə soruşuram.
Primakovun ətli gözləri qıyıldı:
– Nə bilmək olar, bəlkə də ölkənin gələcək rəhbəriylə yeyib-içirsən.
– Niyə də olmasın! – dedi Ziyad bəy.
...Axşamkı görüşdə SSRİ-nin demək olar ki, bütün güc nazirləri vardı. Akademiki
xüsusi hörmətlə qarşıladılar. Onu tanıyırdılar. Üstəlik, Primakov gə​lənlə qırx illik
dostluğunu bildirmiş, onun adi adam olmadığını deyərək, gülə-gülə əlavə etmişdi:
“Ehtiyatlı olun, xətrinə dəyən söz desəniz, generallığınıza, marşallığınıza baxmaz,
stolu başınıza keçirər”.
Görüş gecədən xeyli keçənədək davam etdi. Gələnlərin mövqeyi bəlli idi; “Yoldaş
Qorbaçovun Azərbaycanın indiki hakimiyyətinə böyük etimadı var. Ordu bu
hakimiyyəti qoruyacaq”. Ziyad bəy ürəyində, “əlbəttə, Qorbaçov ermənilərə sərf
edən zəif rəhbərliyi müdafiə edəcək” – deyə düşündü.
Onu da anladı ki, bunlar Ermənistanda, Qarabağda nə baş verdiyini bilmirlər,
yaxud elə özləri də bu ssenarinin müəllifləri arasındadır və özlərini dünyadan
xəbərsiz kimi aparırlar. Akademik öz mövqeyini qətiyyətlə söyləyir, gizlətmirdi.
“Qarabağdakı toqquşmaların, sərhəddəki ha​di​sələrin və mitinqlərin səbəbkarı
mitinqdəkilər və Xalq Cəbhəsi deyil, sizlərsiniz. Sizin ermənipərəst siya​sə​ti​-
nizdir!” Güc nazirləri heç nəyi gizlətmirdilər: “Xalqa deyə bilmərik, ancaq sən
bilməlisən ki, ordu özbaşına gəlmir, sizin rəhbərlik müxalifətin qorxusundan özü
dəvət edib ordunu. Qorbaçovun sərəncamı bir həftədir burdadır. Sizinkilər cəhd
etsə, iqtidar-müxalifət anlaşması olsa, hö​kumətin və Bakıdakı ermənilərin
təhlükəsizliyi təmin edilsə, ordu şəhərə girməyə bilər”.
Ziyad bəyi od götürdü:
– Açıq deyin ki biz Bakıya düşmənçiliklə gəlirik. Azərbaycan xalqının azadlıq,
müstəqillik, torpağını qorumaq istəyi bizim vecimizə deyil, dərdimiz ancaq
erməniləri qorumaqdır.
Razumovski gizlətmədi:
– Bəli, erməniləri də qorumaq istəyirik. Bizə məlumat çatdırılıb ki Bakıda erməni
qırğını hazırlanır.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə