Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə30/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   26   27   28   29   30   31   32   33   ...   75

qohumları, əlaltıları imkan verərdilər siz ora seçiləsiz? Mən təsəvvür edirəm siz
o kürsüdən rus dilinin bütün yağlı sözlərini işə salanda Qorbaçov nə günə düşərdi.
Onu Saxarovdan pis vəziyyətə salardınız!
Ziyad bəy özünü yox, xalqının orda layiqli təmsil olunmasını düşünürdü:
– Mən səngərlərə öyrəşmiş adamam. Şöhrət üçün yox, savaş üçün bir fürsət idi.
Ora söz deyən, düşmənin ağzını yuma bilən adam göndərməkdənsə, yaylığının
ucunu düyünləməklə guya ermənilərin və Moskva rəhbərliyinin dilini-ağzını
bağlayan az savadlı qadınları göndəriblər. Biabırçılıq! Milləti rəzil günə
qoyublar. Hamı ilə bacarsaq da içimizdəki düşmənlə bacara bilmirik. Eybi yox,
mən izlərinə düşmüşəm, bu peyğəmbər, imam övladlarının adlarını daşıyanların
“basdırdığı” kimlik sənədlərinin hamısını çırpacam üzlərinə! Qancıq uşağı!
***
1991-ci ilin avqust ayının 20-də tezdən telefonu zəng çaldı.
– Ata, sabahın xeyir!
– Sabahın xeyir, polkovnik! – hərbçi salamlaşması üçün darıxdığı hiss olunurdu. –
Belə tezdən xeyirdimi?
– Raport vermək istəyirəm. Sənin arzun yerinə yetdi...
– Nə oldu? Gedirsən?
– Xəbərin yoxdur? Moskvada çevriliş olub.
– Nə çevriliş? Gələn kimlərdir?
– Tanıdığın adamlardır. Qorbaçovun islahatlarını rədd edib, SSRİ-ni bərpa etmək
istəyirlər.
– Bizim rəhbərlik nə deyir?
– Rəhbərlik İrandadır. Ordan tələm-tələsik bəya​nat verib çevrilişi dəstəkləyir.
– Başları xarabdı. Anlamırlar ki, bu bir oyun ola bilər? Qorbaçov bizə düşmən
olsa da, dünya onun bu şəkildə yı​xılmasına imkan verməz, çünki hələ tapşırıqları
başa çatdırmayıb. Almaniya birləşdi, ancaq SSRİ də dağılmalıdır.
Hər halda, belə görünür ki, mən tezliklə Bakı ilə vidalaşacağam.
– Sən getmək istəsəydin, altı ay əvvəl gedərdin; dövlət çevrilişini gözləməyə
ehtiyac yox idi. İndi özünü günahsız uşaq kimi aparma!
Telefonun o başında komendant güldü və atasından soruşdu:
– Şəhərdə mitinqlər başlanıb, nə etməliyik? Məs​ləhət​ləşməli adam qalmayıb.
– Sən mane olma!
– Xalq Cəbhəsi usta tərpənib. Mitinqi konstitusiyanı müdafiə adına keçirir. Etiraza
yer qalmayıb!


– Lap gözəl. Qoy xalq sözünü desin.
Oğlu susdu.
Avqustun 26-da xalq, öndə Altayla dostları olmaqla maşınların, tankların üstündən
aşıb əsgərlərin donuq ba​xışları altında “Qayıtdıq!” nidaları ilə Azadlıq
meydanına girdi. Uğursuz çevriliş cəhdi SSRİ-nin dağılmasını sü​​rətləndirdi.
Martda referendumda SSRİ-nin tərkibində qal​maq üçün dilənmişdilər, indi nə
eləsinlər?
Dörd gün sonra meydan mitinqlərinin təsiri ilə Azər​baycanın müstəqillik
bəyannaməsi qəbul edildi. Sentyabrın birində SSRİ Ali Sovetinin, Altayın və
respublika Ali Sovetinin müxalifətdən olan bir neçə digər deputatının iştirakıyla
keçirilən sonuncu sessiyasında bu birliyə rəsmən xitam verildi. Rəhbərliyin xalqın
dediyi ilə oturub-durmaqdan başqa yolu qalmadı.
Sentyabrın 7-də komendant saatı və fövqəladə vəziyyət ləğv edildi, Vladimir
əmrini alıb sabaha kimi atasıyla bərabər Azərbaycanın gələcəyi barədə
dərdləşdilər. Tez​dən ailəsi ilə bərabər Yesentukiyə qayıtdı. Ayrılarkən nəvəsi
babasının boynuna sarılıb:
– Baba, sənin yanında xoşbəxt idik, sənsiz çox darıxacağam! – dedi...


Zİyad bəyİn gündəlİyİndən
“Müstəqillik bayramı yaxınlaşır. Abşeronun üstünü yay uzunu boz kül pərdəsi kimi
tutan ilğımın dağılıb getməsi, göylərin tər-təmizliyinin, maviliyinin payızla birgə
yenidən qayıtması ovqatımı da dəyişib, son illər sim kimi dartılaraq, daim gərgin
olan əsəblərim gözlənilmədən sakitləşib. Çoxdan xiffətini çəkdiyim iş mühitinə
qayıtmaq və yarımçıq qalmış əsərlərimi tamamlamaq istəyirəm. İnstitutun başdan
aşan işləri olmasa, qapını içəridən bağlayıb axşamadək çalışardım və ya qeyd
dəftərçəmi yığışdırıb Astaraya, Göyçaya gedərdim. Məndən söruşan gərək,
xalaoglu, sən kimsən – alim, yoxsa siyasətçi? Uzağa gedə bilmirsən, anladıq, at
kimi çidarlayıblar səni iclas salonlarına. Bəs Abşeron, o ki, uzaqda deyil! İlin bu
çağında yaylaq sərinliyinə bürünən, xəzrisi, gilavarı ilə ürəyə dinclik gətirən
Abşeron bağlarının birinə çəkilib gecə-gündüz çalışmaq da çətindir? Pəncərədən
bayıra baxıram və axırıncı dəfə dəniz sahilinə nə vaxt çıxdığımı, Akademiyanın
bağında nə vaxt on-on beş dəqiqə sakit, tələsmədən dolaşdığımı xatırlaya
bilmirəm. Belə də həyat olar? Zarafat deyil, on ildir gecəmiz-gündüzümüz yoxdur.
Amma heç nə istədiyimiz kimi getmir...
Qarabağı itirmişik. Müvəqqəti itirmişik, deyirik, lakin bu müvəqqətinin nə vaxt
bitəcəyini kimsə bilmir. Ancaq bu xəmir çox su aparacaq. Bəlkə heç bizim
ömrümüz çatmadı. İşləmək lazımdır. Ancaq ipin ucunu itirmişəm. Nədən
başlamalı? Bu sualın cavabını tapsam, işlərim tezliklə yoluna düşər.
Bayaqdan pəncərədən aşağı baxıram. Yarpaq tö​kümü vaxtı bu bağda gəzərkən
yaşadıqlarımı anlatmaq çətindir; payız əsintisinin qanadında uçuşan və paslı
dəmir pəncəyə bənzəyən yarpaqlar ayaqlarının altında xışıldayır və adama böyük
bir şəhərin mərkəzində olduğunu unutdurur. Bu çinarlar da mənimlə birgə yaşa
dolur və indi yüksəlib az qala iş otağımın yerləşdiyi yeddinci mərtəbə səviyyəsinə
çatmışlar. Əvvəllər heç ağaclar bu qədər qan-qırmızı olmurdu. Sanki son illərin
qanlı hadisələri yarpaqları da utandırıb, qızartmışdır. Dünyanın biganələyini və
ədalətsizliyini təbiət də hiss edir.
Özümü danlaya-danlaya qalmışam. Bu o demək deyil ki, bu illərdə əlimi-əlimin
üstünə qoyub oturmuşam. Əksinə, nəfəs dərmədən çalışdım, repressiya haqda
kitablar buraxdım. Xarici ölkələrdə səfərlər, cəbhədə əsgərlərlə görüşlər, Milli
Məclisə seçkilər, millət vəkilliyi... Az işdir bəyəm? Ancaq, düzünə qalsa,
məqalələrimin bir çoxunu məcburiyyət üzün​dən yazıram, dünyanın çoxdan bilməli
olduğu köhnə həqiqətləri nə qədər təkrarlayasan, yalana, böhtana nə qədər cavab


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə