Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə31/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   27   28   29   30   31   32   33   34   ...   75

verəsən? Ağına-bozuna baxmadan iftira üyüdən, dünyanın xəbərsizliyindən
istifadə edib bütün tarixi saxtalaşdıran adamlara, özlərini alim adlandıran
parabeyin düşmənlərə nə qədər düz yol göstərəsən? Onsuz da Allahın bacısı oğlu
gələ və yazdıqlarının hamısı Quran ayəsi kimi, inkaredilməz həqiqət ola, yenə
düşmən, lətifələrdəki deyingən və inad arvadlar kimi, dediyini deyəcək, çünki
onlar həqiqət axtarmır, onlara həqiqət lazım deyil. Vicdanları qarşısında hesabat
verəsi olsalar, məlum olacaq ki, nəyin düz, nəyin əyri olduğunu onlar da bilir.
Bilirlər, ancaq bildikləri düzü yox, öz mühitlərinin, böyüklərinin tələb etdiyi
yalanları deyirlər. Yalan şəxsi müstəvidə onların çörək ağacı, ictimai müstəvidə
milli ideologiyalarıdır. Bir dövlət öz özülünü saxta ideologiya və uydurma tarix
üzərində qurandan və illər uzunu bunu dünyanın beyninə hər vasitə ilə yeridəndən
sonra sözün ona nə təsiri ola bilər?
Dəfələrlə demişəm, mən elmin siyasət alətinə çevril​məsini və əl quzusuna
dönməsini qəbul et​mirəm; bu işlərə ürək ağrısıyla baxıram, yeri gələn​də, bildiyim
həqiqətlər uğrunda vuruşmağı da bacarıram, bundan ləzzət alıram. Lakin indi məni
düşündürən gündəlik siyasət yox, elmi işlərim, yarımçıq və çap olunmamış
kitablarımdır.
Cavanlar bizim nələr çəkdiyimizi anlamırlar. İndiki mü​barizələr bir yana, mən
ömrüm boyu fa​şizmlə vuruş​mağımdan da ləzzət almış, ölkəni xilas etməyimlə, dö​-
şümdəki Qızıl Ulduzla qürur duymuşam. Sonra uğrunda vuruşduğum SSRİ
faşizmdən az seçilən yol tutdu, mənim xal​qıma xəyanət elədi və şükür ki, bunun
cəzasını da çəkdi. Yoxdur artıq. Rusiyaya zorla birləşdirilmiş, işğal edil​miş
ölkələr, xalqlar ayrılıb müstəqillik yolunu tutdular. Tarixin məntiqinə uyğun,
qaçılmaz bir sonluqdur, ədalətin bərpasıdır. Bu müstəqillik mübarizəsinin
fəallarından və nüfuzlu liderlərindən biri olmaqdan gözəl bir şey təsəvvürə gətirə
bilmirəm.
Bir-birini əvəz edən ölkə başçılarının fərasətsizliyi, beynəl​xalq basqılar
nəticəsində müharibədə ağır itkilər verdik, ancaq xalq müstəqillik yolundan dön​-
mədi. Vaxtilə Siyasi Büro üzvlüyünə və ölkənin ən yüksək vəzifələrindən birinə
yüksəlmiş, sonra Qorbaçovun qısqanclığı üzündən, eynilə Nərimanov kimi,
Moskvada vurulmuş, lakin yalnız özünəməxsus bir ustalıqla onu gözləyən ölümdən
yayınıb vətəninə – Bakıya və burda öz yetişdirdiklərindən də üz görməyəndə
doğulduğu əyalət şəhərinə sığınan ağsaqqalın ölkəni fəlakətdən xilas etmək üçün
Bakıya dəvət edilməsinin əsas təşəbbüskarlarından biri mən oldum. Bu, doğru,
yoxsa yanlış addım idi, deməyə çətinlik çəkirəm. Seçim qalmamışdı. Ona güvənir
və hər şeyin tezliklə yaxşılığa doğru dəyişiləcəyinə inanıram. İnşallah, həyat
yanılmadığımı göstərir. Bəyəm o gəlməsə, mən indi belə arxayınlıqla elm


haqqında düşünə, əsas işimlə məşğul ola bilərdim? Bəzi ağzıgöyçək liderciklər,
illərlə dəhlizlərdə, çayxanalarda boşboğazlıqla məşğul olub elmi işlərini bir
tərəfə çıxara bilmədiklərinə görə Akademiyanı gözdən salmaq üçün bacardıqlarını
elədilər. İmkanları olsa, o boyda tarixi binaları da satardılar. Belələri hardan
biləcək elmin dəyərini? Evdə bişməyib, qonşudan gəlməyib! İnsan da bu qədər
nankor olar, çörəyini yediyi elm mərkəzini belə amansızca dağıtmaq istəyər?
Elçibəy də yuma bilmədi onların ağzını... Əlbəttə, Ağsaqqal onların tayı deyil,
elmin, alimin, yazıçının, mədəniyyətin nə demək olduğunu yaxşı bilir. Elə Sovet
dövründə də beləydi! Bu nadanlar qanmırlar ki, elm, ədəbiyyat, sənət bu gün
xalqın mövcudluğunun və mübarizəsinin özülündə dayanır; bunu dərk etməmək də
cahilliyin və ya milli düşüncə yoxsulluğunun başqa bir şəklidir.
Təəssüf ki, son illərdə bəzi ümidlərimizi özümüz öz əlimizlə dəfn etdik. Qarabağın
əldən get​məsi xalqın belini əydi. Axı bunlar ölkə idarə edə bilməzdilər. Qorbaçov
elə bil qəsdən irəli verirdi Vəzirovla Mütəllibovu. Biz axı hamını tanıyırdıq,
kimin nə yuvanın quşu olduğunu, nə iş görə biləcəyini əvvəlcədən deyirdik.
Mənim köhnə dostum Elçibəy nə yatdı ki, nə yuxu görsün! İdeallarının və yolunun
düzgünlüyü ermənipərəst böyük güclərə sərf etmirdi; gərək bunu başa düşəydi və
buna uyğun hərəkət edəydi.
Xalq Cəbhəsinin hakimiyyətə gəlməsinə sevinmişdim, ancaq elə ilk addımlardan
ümidlərimin doğrulmadığını gördüm. Kənarda dayanıb irad tutmaqla iş aşmaz və
sidq ürəklə kömək etməyə çalışırdım. Elçibəyin mənə sayğısına sübhə ola
bilməzdi. Son görüşümüzdə özü çıxdı qapıya. Birbaşa mətləbə keçdim. Aramızda
təxminən belə bir dialoq oldu.
Mən:
– İlk işin Qarabağ müharibəsini bitirmək olmalıdır.
Elçibəy:
– Bitirəcəyik!
Mən:
– Bu yolla? – Əsəblərim yerindən oynamışdı. – Siz ney​ləyirsiniz? Beş-altı
generalımız var. Allahın bizə hə​diy​yəsidir. Onu niyə qoymursunuz işləməyə?
Elçibəy:
– General sərhədləri bərkitməkdən, müdafiə tədbirlərin​dən, səngərdən danışırdı.
Xalq buna dö​zər? Biz vaxt itir​mədən Qarabağı təmizləməliyik.
Mən:
– Yaxşı arzudur, ancaq peşəkar hərbçinin sözünü qulaqardına vurmayın; böyük
təcrübəsi var. Onun əleyhinə mitinq keçirməkdənsə imkan verin, qoyun öz bildiyi
kimi qursun ordunu. Ordusuz bir iş görmək olmaz.


Elçibəy:
– Siz mürəkkəbləşdirirsiniz məsələni, bəy! General mə​sələsi məndən əvvəl olub.
Mən:
– Amma ona qarşı mitinqi sənin cəbhəçilərin edib. O ge​neral sənə lazım olacaq.
Elçibəy:
– Bu, xalq müharibəsidir, bəy.
Mən:
– Xalqı qarışdırma bu işə!
Elçibəy:
– Xalq onsuz da işin içindədir.
Mən:
– Silahsız xalq neyləyəcək! Bir halda ki, savaşı tez bitirmək istəyirsən, onda yenə
bu işi peşəkar hərbçiyə tapşır. Danışaram onunla. Ora dağlıq yerdir, çevik hərəkət
edən, yüngül texnikası olan bir neçə mobil dəstə məsələni həll edər. Mən də
qoşula bilərəm.
Elçibəy güldü:
– Sizə icazə vermərik!
– Mən zarafat eləmirəm. Mənə 200 nəfər usta motosiklet sürən, 200 qayıqlı
motosiklet və mükəmməl silahlanmış atıcı ver, qalanı ilə işin olmasın.
Prezident arxayınlıqla:
– Bu işi bizim yeni müdafiə nazirimizlə görərsiz.
Mən:
– Kimdir o?
Elçibəy:
– Cəbhəçiləri qoyub başqasına tapşırmarıq bu işi.
Mən:
– Sən generalları uşaq-muşağın ayağına vermə! Olmadı da! Hər şeyi oyun-
oyuncağa çevirmək olmaz. Demokratiya ayrıdır, dəmokratiya ayrı. İş o yerə gəlib
ki, Elmlər Akademiyasını da ləğv edib satışa çıxarmaq istəyirsiniz.
Elçibəy:
– Bu, adicə bir təklifdir.
– Amma hökumət başındakılardan belə bir təklif eşi​dilirsə, bu bütün elmimizi,
alimlərimizi gözdən salır... Ordudur, elmdir – peşəkar işidir. Cəbhəçi oldu-
olmadı...
Bunu deyib vidalaşmadan çıxıb getdim...
Mənə qalsa, gərək Elçibəy prezident olmayaydı. Fikir, ideya sahibi olmaq ayrıdır,
müharibə edən ölkəni idarə etmək ayrı...


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə