Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə39/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   35   36   37   38   39   40   41   42   ...   75

tıxışdırdıqları süni ərzağın bir gün problem yarada biləcəyi heç ağlının ucundan
da keçməmişdi. Ancaq sonra bütün etibarlı loğmanların ağzını arayıb öyrəndi ki,
sən demə, belə bir xəstəlik varmış. Mənşəyi, səbəbi nə olur olsun! Oğlunun
mayası insan yaratmaq gücündə deyil. Durulaşıb, çürüyüb... nə istəyirsən de...
sonuc birdir! İqtidar yerindədir, daha pərtlik yaratmaz, inşallah, ancaq uşaq
gözləməsin.
Yasa çevrilən bu bəd xəbər Baş həkim üçün gözlənilməz deyildi. Zərif və
iqtidarpərəst ürəyi nazirin üzüntüsünə dözmədi: “Tək ölümə çarə yoxdur, cənab
nazir, inşallah bir şey fikirləşərik”.
Aslan nazirin qəzəbi kədərinə qarışmış gözləri təəc​cüblə ona çevrildi. Ürəyinə
gələn qara-qura fikirlər damarlarını partladacaqdı sanki:
– Bunun nə çarəsi olacaq? Allahın işinə kim əl apara bilər?
Baş həkim halını pozmadan:
– Dünyada çoxdan bəri belə hallarda süni mayalamadan istifadə edirlər.
Nazirin hövsələsi daralmışdı:
– Nə süni mayalama? Ərin toxumu yaramayandan sonra neyləmək olar?
– Bu, təbabətdə yeni inqilablardan biridir, cənab nazir. Bir çox ölkələrdə banklar
yaradılıb.
– Sənin başın xarab olub, deyəsən. Bankın bura nə aidiyyəti?
– Mən toxum bankını nəzərdə tuturam, uşaq əmələ gə​tir​mək üçün lazım olan kişi
spermasının saxlandığı banklar... Milli banklar da var, millətlərarası banklar da.
Baş həkim öz-özünə düşünürdü ki, sizin yığdığınız və dünya banklarında
qoruduğunuz pullar da elə o sperma kimi bir şeydir, buna görə də adı gözəl
tapıblar: sperma bankı. Toxum bankı deyib camaatı çaşdırsalar da əsl adı belədir!
– Bizdə də tətbiq olunur bu? Bizdə də var belə bir bank?
Baş həkim qürurla:
– Çoxdan! – dedi. – Məxfilik qorunmaq şərtilə, alınan toxum ana bətninə
yerləşdirilir. Ölkəmizdə bu yolla dünyaya gəlmiş uşaqların dəqiq sayını da deyə
bilərəm. – Bir az susub əlavə elədi: – Banka müraciət eləmək istəməsəniz, başqa
variant da var.
– O nə variantdır?
– Donordan da istifadə eləmək olar.
Nazir sərt bir tövrlə:
– Olmaz! – dedi.
Baş həkim sözünün qəbul ediləcəyinə əmin bir halda:
– Sirr tam qorunur. Donor kimə yardım etdiyini bil​mədiyi kimi, yardım edilən də
toxum sahibini tanımır...


Hər şeylə maraqlanan nazir nədənsə belə uşaqların sayını soruşmadı, aldığı bu
məlumat o qədər gözlənilməz olmuşdu ki, başqa təfərrüatlarla maraqlanmağa
hövsələsi çatmamışdı. Başını tutub oturmuş və bəlkə Baş həkimi də unutmuşdu.
Bir xeyli beləcə tərpənməz və səssiz-səmirsiz qalandan sonra başını qaldırıb
diqqətlə həkimə baxdı və:
– Yaxşı, qərarımı deyərəm sənə. Söhbətimiz bu otaqdan çıxsa, başın göydə
fırlanacaq!
Baş həkim:
– Başqa necə ola bilər? Bunu heç gənclərin özləri də bilmə​yəcək, bu da bir
müalicə müdaxiləsidir, heç nədən şübhələnməyəcəklər... – deyərək otaqdan çıxdı.
Tədarükünü görməliydi. “Nazir bilmir ki, çevrə​sində olan adamlardan neçəsinin
sevərək bağrına basdığı körpə məhz bu yolla dünyaya gəlib. Yaxşıdır, ya pisdir bu
iş? Hökm vermək çətindir. Bir yandan baxanda doğrudan da inqilabdır, bir çox
ailənin həsrətinə son qoyur, ailənin dağılmaq təhlükəsinin qarşısını alır. Lakin
nəslin qorunması baxımından bu bir fəlakət və ya bir çox fəlakətlərin
başlanğıcıdır... Çünki bu yolla doğulub böyüyən uşaqların kökünün hara, hansı
insana, hansı irqə, hansı soya bağlı olduğunu kimsə müəyyənləşdirə bilməz. Bəlkə
heç bu maya də təbii deyil. İndi süni insan yaratmaq yarışına giriblər. Bəlkə
insanları da meyvə kimi hibrid, qarışıq toxumdan almaq istədilər. Onda nə
olacaq? Kim çıxacaq bu yazıq anaların qarnından?
İki ay sonra Sunay ərinin boynunu qucaqlayıb, sevinə-sevinə “hamiləyəm” dedi.
İllər keçdi. Aslan nazir dünyasını dəyişdi. Oğlu heç bir mane​əsiz, Allahın hökmü
beləymiş kimi, keçdi yüksək vəzifəyə. Öz belindən gəldiyinə şübhəsi olmayan oğlu
da yavaş-yavaş böyüyüb qoşuldu yuxarı dairələrin uşaqlarına, yaşıdlarına. Bütün
seçilmiş məmur ailələrində olduğu kimi, uşaqlar ata-ana mehrindən daha çox,
dayə mehribanlığı görmüşdülər. Onları inandırmışdılar ki, ataları olmasa, dövlətin
işləri getməz, buna görə də hər zaman məşğuldurlar. Zarafat deyil, bu boyda
dövlət onların qartımış, daha doğrusu yorulmuş çiyinləri üstündə qərar tutub.
Sabah özləri gedəndə bacarar-bacarmaz demədən, uşaqlarını soxacaqlar öz
yerlərinə. Amma bu yeni nəsil də qəribədir, görkəmləri heç açmır adamı. Bir az
da indiki futbol komandalarına bənzəyirlər: yerlidən çox, gəlmə. Sarı, qara,
qızılı... Bir millətin övladları, amma hərəsi bir rəngdə. Gənclikdən bədənləri lət
bağlamış, kəlpeysər, şişman, döşləri qadın döşü kimi sallaq, gözləri süzgün, əlləri
nazik və tərli... Bir sözlə, erkəkliklə qadınlıq arasında bir varlıq. Bunlar da
cəhənnəm. Danışıq ədaları lap müdhişdir. Ana dillərində sanki məcburiyyət
üzündən və elə eybəcər, qarışıq ləhcələrlə danışırlar ki, adamın dəymişi
qalmışkən kalı tökülür...”


Burda akademikin əsəri qırılmışdı...
Bu hekayəni gözdən keçirib qurtaranda birdən qovluqları vərəqləməyinin səbəbini
tapdı. Terror və repressiyalar haqqında kitabdan sonra onu mənəvi terror daha
çox düşündürürdü. Gen savaşı! Bütün dünyanı fəlakətə aparan, qiyaməti
yaxınlaşdıran səssiz savaş... Birdən-birə anladı ki, bu kitabları ayırmağın mənası
yoxdur, çünki adını nə qoyursan-qoy: bütün bu savaşlar, repressiyalar milləti
düşünülmüş və planlı şəkildə məhv etməkdir...


AYDINLA SÖHBƏT
Dostları və yetirmələri onun bu qədər gücü, enerjini hardan aldığına
heyrətlənirdilər. Bəziləri zarafatla: “Onun enerji mənbəyi öz qə​zəbidir” – deyirdi.
Bəziləri isə onun gücünün ziddiy​yətli xarakteriylə bağlı olduğuna inanırdı. Çünki
yetirmələrini göyə qaldırmağı bacardığı kimi, bir səhvlərinə görə silib ata da
bilərdi. Bir insanın içində bir neçə insan birləşmişdi. Təkbaşına bir institutun işini
görürdü.
İnstitutda akademikin ara-sıra beş-on gün, necə de​yərlər, qeybə çəkilməsinə
öyrəncəliydilər. Yenə səfərdən dönmüş və gələn kimi institut dəhlizləri
canlanmışdı. İlk növbədə şöbə müdirlərini yığmışdı.
– Aral gölünün taleyini müzakirə edirdik. Bu dəfə Nukusda yığışmışdıq, – dedi.
Türküstanın başının üstünü almış bu fəlakətlə bağlı beynəl​xalq komitənin üzvü
olduğunu bilirdilər, bu haqda çox yazmışdı. Ancaq ölkə daxilindəki çətin vəziyyət
hamının əl-qolunu bağlamışdı. Buna baxmayaraq, Ziyad bəy imkan tapıb getmişdi.
Əməkdaşların baxışındakı sualı sezmək çətin deyildi və gözləmədən özü açdı
sözü:
– Başımızda bu qədər dərd varkən, Aral hardan çıxdı? – deyənlər olur. Onları
başa düşürəm. Ancaq bu gün hər bir ekoloji hadisəyə ciddi yanaşmaq lazımdır. O
da ola Aral gölünün quruması.
İran tarixi şöbəsinin müdiri:
– Aralın quruması bizə də təsir göstərirmi?
– Əlbəttə göstərir. Bizə də, İrana da. Ancaq hətta bizə təsiri olmasa da, Mərkəzi
Asiya xalqlarının başının üstünü almış fəlakətə biganə qala bilmərik... Hələ
Urmiyə gölünün də qurumaq qorxusu var. Bu fəlakətlərin türk dünyası üçün nə
demək olduğunu bilirsiniz?
***
Akademikə hər şeyi bəyəndirmək olmurdu. Bəzi işçilərinin tənbəlliyi onu
bezdirmişdi və onları demək olar ki, adam yerinə qoymurdu. İstehza ilə danışır,
üstdən aşağı baxırdı. Dostları çoxdu, bir yandan da ölkədə baş verən dəyişikliklə
bağlı yanına gəlib-gedənlərin arası kəsilmirdi.
Akademik Mirzəzadənin adını eşidəndə qalxıb qapıda qarşıladı onu. Gələn də
onun kimi tanınan, öz sahəsinin dünyaca şöhrətli alimi idi.
Gec-gec görüşdüklərindən söhbətləri umu-küsü ilə başladı, sonra Ziyad bəy:


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə