Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə41/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   37   38   39   40   41   42   43   44   ...   75

istəyirlər. Ən qorxulusu budur ki, repressiyanı törədən dövlət dağılsa da, onun
qalıqları hələ də içimizdədir. Adlar dəyişdirilib, maskalar yenilənib, köhnə niyyət
qalır. Aramızda millətçi, demokrat, bu xalqdan ötrü şəhid olmağa hazır olan,
mücahid... – hamısını saymaqla qurtarmaq olmaz – adıyla yerləşdirilmiş, vəzifə
tapşırılmış nə qədər xain var. Kökü bu gün bizimlə savaşanlara bağlı olanlar var,
bilirsən?
– Qəzetlər hər gün yazır belə şeyləri...
– Qəzetlərin yazdığı ayrı, sənədlərdəki danılmaz faktlar ayrı...
Aydın müəllim saatına baxdı, söhbətə yekun vurmaq üçün dedi:
– Azərbaycandakı repressiya hadisələri dünyanın üstünü almış insan faciəsinin bir
parçasıdır. Lokal yanaşsan çaşıb qalarsan.
Ziyad bəy bir söz demədi. Daha doğrusu, dostunun tələsdiyini görüb mübahisəyə
girişmədi.
***
Neft şirkətinin prezidenti Ziyad bəyi gülər üzlə qarşıladı. Bu səmimi bir münasibət
idi. Kənddən, kasıb bir ailədən çıxmış və yalnız bir təsadüf üzündən bu vəzifəyə
təyin edilmiş adam üçün dünya şöhrətli alimin gəlişi gözlənilməz bir iş idi.
Allahına və oturduğu kürsüyə şükür edirdi ki, bu boyda kişini onun qəbuluna
gətirib. Şərait, neftin onu ölkənin gözə görünməz sahiblərindən birinə çevirməsi
sürprizlərlə qarşılaşdırırdı onu.
Qabaqcadan cavabını düşünürdü. Ortada xahiş-filan olsa, nə deyəcək: “Baş üstə,
akademik”. Yox, bu uşaqlıq olar! “İmkan yoxdur, vallah”. Bu da yekəxanalıq olar.
“Mənə bir gün vaxt verin, qoy araşdırım!” Bu, başdan eləmək olar. “Siz
dövlətimizə və şəxsən cənab preziden​timizə sədaqətli adamsınız, siz gələn yerdə
imkansızlığı da imkana çevirmək borcumuzdur!” Bu, başqa məsələ! Qonağa
hörmət bir yana, həm də dövlət adamı olduğunu, ölkə başçısının mənafeyini
düşündüyünü göstərirsən.
Katibə çay gətirir. Şirkət prezidenti gəlib akademikin qarşısında oturur. Bir cümlə
yazını səhvsiz yaza bilməz, ancaq indi bu boyda alim onu şərəfləndirəcək:
“Filankəs müəllim, bilirsən, mənim bir qohumum sizin işçinizdir...”
Ancaq Ziyad bəy tələsmirdi; qədim binanın üçüncü qatında, dəniz səmtindəki
küncdə yerləşən bu otaqdan açılan mənzərə ona bir anlığa harda olduğunu
unutdurmuşdu. Sol tərəfə baxırsan Qala divarları, İçərişəhər və hələ qarşısını
hündür binaların kəsə bilmədiyi Qız qalası. Sağ tərəfə baxırsan, məşhur Bayıl
burnu, qarşıda Xəzər. Sakit sularda hərəkətsiz görünən gəmiləri ilə birgə, dəniz
ürəkdə bir əbədiyyət, yəni heç nəyin heç vaxt dəyişilməyəcəyi ovqatı yaradır.


Sanki bu dünyada və sahildə gözə dəyən nə varsa, sonsuzadək dəyişilmədən belə
qalacaq.
– Çayınızı için.
Səs onu otağa qaytarır və nə üçün ora gəldiyini xatırlayır.
– Cəsur! – Şirkət prezidenti belə birbaşa və hədələyici ton gözləmirdi.
Akademikin səsi ötkəm idi: – Bakı camaatının sənə bir borcu var?
Prezidentin üzündən təbəssüm çəkilməmişdi.
– Sizi başa düşmədim, müəllim. Bəyəm ağzımdan elə bir söz çıxıb?
– Bəlkə xarici şirkətlərə borcu var bu xalqın?
Prezident udqundu:
– Xarici şirkət belə bir söz deyə bilməz.
Akademik kükrədi:
– Onda niyə zəhərli maddələri gətirib Qızıldaşın, Şonqarın böyründə basdırırlar?
– Elə şey ola bilməz.
– Cəsur, sən uşaq-muşaq başı aldada bilərsən. Mən bilmədiyim şeyi danışmaram!
Kənd camaatı yığışıb gəlmişdi yanıma. O kanteynerləri hardan gətirirlər? Niyə
Abşeronda basdırırlar onu? Başqa yer tapa bilmirlər?
Şirkət rəhbəri konteyner məsələsini inkar etməyin mümkünsüzlüyünü anladı:
– Mən bilən, orda zəhərli bir şey basdırılmır.
– Zəhərli deyilsə, dur, maşına oturub gedək. Görüm o konteyner qəbiristanına
yaxın düşə bilərsən? Xəbərin var ki, indi Qızıldaşda, Şonqarda göyərti də bitmir.
Gedək, görüm o qoxuya bir dəqiqə dözə bilərsən? Yazıq deyil bu camaat? Həm
neftini çıxaracaqsan, həm də zəhərdə boğacaqsan.
– Akademik, biz orda zəhərli maddə basdırılmasına icazə verməmişik!
– Ancaq nəyə isə icazə vermisən! Hansı ad altında, bilmirəm. Bu sözlərlə avam
camaatı aldada bilərsən, məni yox. Bəlkə səni də aldadırlar. Heç özün
yoxlamısanmı orda nə basdırılır? Onsuz da daş karxanalarının, tikintilərin tozu
Bakının nəfəsini daraldıb. Küləkli havalarda gözümüzü aça bilmirik. Hansı ağılla
bu zəhər qəbiristanını da Bakının yeni bir bəlasına çevirirsiniz?
– Müəllim!
“Müəllim” artıq ayaq üstəydi:
– Millətə yazığınız gəlsin! Heç nəyi pula, qazanca qurban vermək olmaz! Nə
qədər ki, xalq bu rəzalətdən xəbər tutmayıb, bağlayın bu ölüm xəndəyini. Məndən
xəbərdarlıq...
Əl vermədən çıxıb getdi. Şirkət prezidenti ardınca çıxsa da, Ziyad bəy ona məhəl
qoymadan iri addımlarla liftin qabağından ötüb pillələrlə aşağı endi.
Öz-özünə “sən bir Don Kixotsan!” deyə düşünürdü. İndi qalxıb ölkə başçısına


zəng vuracaq ki, filankəs gəlmişdi, bizi təhqir elədi. Sizin arxanızca danışmaqdan
da çəkinmədi.
***
Gecə sabaha kimi yatmamışdı. Beyni silkələnirdi. Evlərinin yuxarı tərəfində,
Bakının başı üstündə yan-yana nəhəng beton qabırğalar gündən-günə böyüyürdü.
Sanki üç dənə nəhəng balinanın skeletini qoymuşdular yan-yana. Görəsən bu
şəhərin bir baş planı, baş memarı var? Görmürlər bu binalar şəhəri əzəcək,
bunların yeri bura deyil? Sonra da özü özünə cavab verirdi: “Kimdir baş memar
və ya şəhər başçısı? Onlar da əmr quludur. Ancaq əmri verənlər də bunu görə
bilərdi...” Başlayıblar, tikirlər, cəhənnəm. Ancaq görəsən araşdırıblarmı bura pul
qoyan firmaların arxalarında kimlər dayanır?
...Burda şəhərin başı üstündə inşaat işi başlanan gündən qonşuların yuxusu ərşə
çəkilmişdi. Bir il, bəlkə də daha uzun müddət yerə dirəklər çalındı, elə bil
adamların beyninə mıx çalırdılar. İndi də qaynaq aparatları kəsib tökür əsəbləri.
Böyür-başda yaşayanlar da yaşlı adamlardır. Alimlər evinin, Qəhrəmanlar evinin
şöhrətli, fədakar insanları... Bu adamlar neçə müddət yuxusuz qala bilərlər? Bir
neçə müharibə veteranı yığışıb gedibmiş tikinti meydançasına ki, ay bala, Allah
sizə insaf versin, heç olmasa gecələr işləməyin, gözümüzü yuma bilək.
Ancaq orda it yiyəsini tanımır. Həm də bu qoca-qaltağ, başı gora əsən kişiləri
orda kim tanıyacaq, kim əhəmiyyət verəcək?. Onsuz da hövsələsi daralmış Ziyad
bəy qonşularını dinləyib dəli oldu: “Bu qədər qudurublar, sizi də eşitmirlər?”
Ancaq öz cəhdi də nəticə vermədi. Tikintinin bəlli bir böyüyü yoxdur ki, onunla
danışasan. Qaldırıcı kranların ara verməyən it zingiltisiylə fırlanması, qaynaq
aparatlarının qıjıltısı bütün qonşuları dəlixanalıq edəcək...
Ağacdan fiqur yonmaq üçün saxladığı baltanı götürüb həyətdəki transformatorun
yanına gəldi. Qonşular maraqla onun nə edəcəyini gözləyirdilər. Ziyad bəy
tikintiyə işığın burdan aparıldığını bilirmiş. əlinə rezin əlcəyini geyib baltanı
qaldırdı və neçə gündən bəri içinə yığılmış qəzəblə kabelə endirdi və bir anda
tikintidəki bütün qaynaq aparatları susdu, qaldırıcı kranların işıqları söndü.
Dünyaya çoxdan yadırğadıqları bir sakitlik çökdü. Qonşular bir həftə rahat
yatdılar...
“Don Kixotsan, bəli! – deyirdi öz-özünə. – Ancaq bu xalqın hələ Don Kixotlara,
Kefli İsgəndərlərə çox ehtiyacı var...”


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə