Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə40/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   36   37   38   39   40   41   42   43   ...   75

– Kitabını bəyəndim, Aydın – dedi.
Qonaq yüngülvari təbəssümlə:
– Sənin yolunu davam etdirirəm. İndi də fəlsəfəyə girişmişəm.
Ziyad bəy etiraz etdi:
– Amma mən hələ fəlsəfəylə məşğul olmuram.
– Sənin məşğul olmadığın sahə var ki! Özünü istismar edirsən. Gördüm, indi də
ekologiyanın dərdinə qalırsan. Hardan çıxdı bu Aral məsələsi?
– Aral məsələsi yeni çıxmayıb. Biz hələ bunun nə boyda faciə olduğunu bilmirik.
Mənim üçün bu, keçmiş dövlətlərdən birinin tarixini yazmaqdan daha vacibdir.
Hələ Urmiyə qorxusu da var. Bu, səni də narahat elə​məlidir. Bizdən daha yaxınsan
cənuba! Qan çəkməlidir.
Aydın müəllim sakitcə:
– Başa düşürəm, – dedi.
– Aral dünyanın, ilk növbədə türk aləminin faciəsidir. Orda Aral, cənubda
Urmiyə. İki fəlakət ocağı yetişdirilir Türküstan və Azərbaycan üçün. Guya Xəzərin
çirklənməsi, ermənilərin mis mə​dənlərinin zəhərini Araza axıtmaları, Kürün
Gürcüstandan keçəndən sonra hətta suvarmaya da yararsız hala düşməsi, Sumqayıt
kimya zavodlarının Abşerona yağdırdığı yandırıcı turşular az idi, Aralın,
Urmiyənin duzu da bir yandan. Bilirsən, Aydın, bu iki gölün duzu bütün türk
sivilizasiyasının sonu ola bilər. Hamımız qalarıq duzun altında. Bu problemlərlə
yaxından tanış olandan sonra tarix yadımdan çıxıb. Bu günü, gələcəyi olmayan
xalqı tarix nağılıyla sakitləşdirmək və ya qorumaq olmaz. Çox düşünürəm bu
haqda. Bir var təbiət yavaş-yavaş dəyişilə, bir də var fəlakəti süni şəkildə
yaradalar... Özün yaxşı bilirsən, indi təbii fəlakət dediyimizin çoxu təbii deyil.
Atom silahları, zəlzələlər, iqlim dəyişiklikləri, quraqlıq, havanın korlanması...
Cahil insan öz oturduğu budağı kəsir.
Aydın müəllim onun sözünü təsdiqlədi:
– Hələ sən Qarabağ müharibəsinin gətirdiyi ekoloji bəlaları demirsən...
– Ay sağ ol! Onu demirəm, çünki deməkdən dilimiz qabar olub. Ancaq dünya kar-
kordur. Bizimkilər anlamır ki, bu məsələ savaşsız həll olunmaz! Ümidim
Ağsaqqala idi. Ancaq o da tərəddüd eləyir. Nəyi gözləyir, bilmirəm.
Aydın onun sözünü kəsdi:
– Bilirsən! Niyə bilmirsən?! Hakimiyyət partiyasını yaradanlardan birisən! İclas-
zad keçirmirsiniz? Bir gün özündən soruş da!
– Bizim soruşmağımıza ehtiyac yoxdur. Özü hər şeyi açıq deyir. Qərb və Rusiya
müharibəyə imkan vermir. Gördün bu Füzuli istiqamətində savaşda bizim
uğurlarımız necə hay-küyə səbəb oldu. Bütün dünya qalxır ki, savaşı kəsməsən,


sizi boğacağıq.
Aydının səsi yüksəldi:
– Onsuz da boğuluruq. Bundan da pis nə ola bilər. Məncə, xaricin dediyinə uymaq
olmaz.
– Onda bunu da göndərərlər o birilərinin dalınca...
Aydın əlindəki qələmi oynada-oynada dedi:
– İndi gəldin mətləb üstünə. Hamı Vətəni qorumaqdan çox öz canını və ya
iqtidarını qorumaq haqqında düşünür. Belə olmaz...
Ziyad bəy fikirli-fikirli danışır, sanki bəzi sözləri dilinin ucundan qaytarırdı:
– Görüşlərini sən də izləyirsən. Məncə, o neft amilini qabartmaqla və xarici
səfərləriylə böyük dövlətlərin fikrini dəyişməyə çalışır.
– Sən də uşaq kimi inanırsan ki, bu mümkündür?
– Yox. Mən öz fikrimi demişəm. Əvvəlkilərə də demişdim. Bununla da söhbətimiz
olub.
Aydın müəllim birdən-birə söhbəti dəyişdi. Bununla sanki “bu dərdləşmə heç nəyi
dəyişməyəcək” demək istəyirdi:
– Yaxşı, təzə nə yazırsan?
Ziyad bəy üçün yeni yazdıqları da elə müharibə qədər ağır mövzudaydı:
– Son dönəmlər repressiya tarixi ilə məşğulam. Bu işin dərinliyinə endikcə dəli
oluram. Hədəf bilirsən nədir?
İkisi də rusdilli universitet bitirmişdi, ancaq ana dilində gözəl danışır və
yazırdılar və elə indi də Ziyad bəyin masasının üstündə bir neçə lüğət var idi.
Aydın müəllimin cavabı qısa oldu:
– Repressiyanı bu müharibədən ayıra bilməzsən!
Ziyad bəy dedi:
– Əlbəttə! Başqa cür baxmaq olmaz, hədəf də, məqsəd də birdir. Yüz illərdir
təkcə insanımızı deyil, təbiətimizi də hədəfə çeviriblər. Üzdə görülən savaşlardan
başqa gizli savaş da gedir və heç cür də qarşısını almaq olmur.
Aydın müəllim onunla razılaşmadı:
– Müharibə sənin başını xarab edib, dostum. Hansı gizli savaşdan danışırsan?
Burda gizli olan nədir ki?
Ziyad bəy halını pozmadı:
– Başım yerindədir, narahat olma. Bolşevik terroru haqqında kitabımda hər şeyi
deyə bilməmişəm. Görür​müsən ortaya necə yeni-yeni mövzular atılır: müsəlman
terroru, islam fundamentalizmi... Mənə belə gəlir ki, hədəf İslam dünyasının
düşünən beyni və vuran əli olan türklərdir.
Aydın müəllim güldü:


– Deyəsən, öz məqalələrini danışırsan mənə.
– İndi məni düşündürən budur: Gen savaşı... Bu gün dünyada gedən qlobal
müharibə məhz bitkilərin, heyvanların, insanın geninə qarşı yönəldilib. Söh​bətin
nədən getdiyini bilirsən.
– Təbiətə müdaxilə dünyanı fəlakətə aparır.
– Əlbəttə, əsas da elə təbiətdir. Hamı bilir ki, “insan təbiəti ram etməlidir” şüarı
əbləhanə bir şeydir. İnsan kai​natın bir zərrəsi ola-ola onu necə ram edə bilər. Ram
etmək Allahın nizamını pozmaq deməkdir. Təbiəti ram etmək yox, onu bilmək,
qorumaq, onunla bir ahəng içində yaşamaq lazımdır. Bu işin görünən tərəfidir.
İnsan təkcə təbiətə qarşı deyil, həm də özünü məhvə aparır. Buğdadan-meyvəyə
genlər dəyişdirilir. Hər şey mutantlaşacaq. Bazar üçün.
Aydın müəllim onu təsdiqləyərək dedi:
– Dünən bir məlumat oxudum. Alimlər sürətli toyuq yetişdirilməsinə qarşıdır. Sən
demə, bu toyuğu yeyən kişinin döşləri böyüyür.
Ziyad bəy güldü:
– Buna görə kişilərin bir çoxu getdikcə qadına bənzəyir. Bu cəhənnəm, indi kişi
sperması da ticarət obyektidir; ölkədən ölkəyə insan toxumu ixrac edilir. Bunun
sonrası necə olacaq?
Aydın müəllim təbəssümlə:
– Deyirsən, dünyada it yiyəsini tanımayacaq?
– Ona bənzər bir xaos olacaq.
– Fizikada belə bir şey var: deyirlər, xaos da öz qanunlarını yaradır. Yəni xaosdan
qorxmayaq.
– Bu, nizamlana bilən xaos deyil, Aydın. Dünya bir yana, mən özümüzü düşünürəm.
İki yüz ildir, bəlkə ondan da artıq, Azərbaycanın genetik mənzərəsi dəyişdirilir.
Bu köçlər, repressiyalar, bir xalqı neçə yerə parçalamaq nə üçündür? İnsan
sivilizasiyasının mərkəzlərindən birində genetik kök qurudulur.
– Amma sən emosionallığı və vətənpərvərliyi bir kənara qoyub alim kimi
baxmalısan məsələyə.
Ziyad bəyin mövqeyi dəyişilməzdi:
– Məsələ bu yerə gəlib çatanda elm mənasız bir şeyə çevrilir. İnsanlarımız hansı
qidanı yeyir, hansı havanı udur, hansı suyu içir? Niyə anaların südü quruyur, nəsil
cırlaşır, ruhi xəstələrin, eşcinsəllərin sayı artır? Başımızın üstündəki göylər niyə
yay uzunu kül rəngindədir?
– Bu təsvirindən sonra belə təsəvvür etmək olar ki, biz əsl cəhənnəmdə yaşayırıq.
Ziyad bəy gülümsədi:
– Allah eləməsin. Biz cənnətdə yaşayırıq, ancaq onu cəhənnəmə çevirmək


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə