Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə38/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   34   35   36   37   38   39   40   41   ...   75

başı sevgilisinin sinəsinə söykəndi. Saçlarının ətri Ay işığı ilə bir axdı bəyin içinə
və Kamran bədənində anlaşılmaz bir gizilti duydu, sonra gəlin döndü və əlləri də
Ay işığı kimi sarıldı sevgilisinə. Gecənin sərin havası üşüdürdü. Xidmətçinin
verdiyi şallara büründülər. Ocaqdan və bu sehrli işığa bürünmüş gözəllikdən
ayrılmaq istəmirdilər. Bəyə elə gəldi ki, Ayın sehrli, südə bənzər işığı yavaş-
yavaş onun içinə dolur, damarlarından axır. Bir azdan gözündən, ağzından
daşdanacaq.
“Bu yerlərdə, doğrudan da, bir müqəddəslik var, Sunayım!” – dedi.
“Sən də inanırsan belə şeylərə?”
Toydan sonra bəy ilk dəfə özünü belə dinc və rahat hiss edirdi, sanki bütün gücü
bu Ay işığındaymış. Şəhərdə çatışmayan da elə bu işığıymış və indi uşaq kimi
əmmək istəyirdi bu işığı.
Ocaq başından yalnız Ay dağların üstünə əyiləndə qalxdılar. Sərinlik canlarına
işləmişdi. İsti yorğan-döşək və sarılaraq bir-birini isitmək... Ürəklərindən keçən
buydu.
Sarışdılar və ayrılmadılar. Bəy Ayın işığından gücünü geri almışdı. Neçə ayda
çəkdiyi sıxıntı yoxa çıxmışdı. Damarlarından axan və sakitləşmək bilməyən
doyumsuz güc aylar uzunu harda gizlənmişdi? Sanki bir zarafat idi, keçib getmişdi.
Sunay astaca: “Öldürəcəksən məni” – dedi. Bəyin səsi açılmışdı: “Yox, ölümdən
qayıdırıq!”
Nə ziyarətə, nə Qısır bulağının suyuna ehtiyac qaldı. Sadəcə Alplar pirinin
üstündə qurban kəsildi, bulaq başında süfrə açıldı.
Nazir oğlu həyatından keçən bu sıxıntını az-az rastlanılan bir ruh durumu sayır və
buna görə üzülür, utanırdı... Yuxarı mövqeli ailələrə yaxın həkimlər isə heç kimə
sirr verməsə də, yaxşı bilirdilər ki, toylardan sonrakı bu bağlanma təzə hadisə
deyil, olub, yəqin yenə olacaq, ancaq onları təəccübləndirən buna bənzər
xəstəliyin ildən-ilə yayğınlaşmasıydı. Həkimlər zarafatla, yoxsa özlərinə bəlli
olan bir məntiqlə buna “iqtidar iqtidarsızlığı” və ya “iqtidar xəstəliyi” deyirdi.
Son vaxtlar evlənən nazir, oliqarx, bankir, milyoner uşaqlarının çoxunun Kamranla
eyni tale yaşadığı onları da təəccübləndirirdi... Üstəlik bu zümrənin özəl
həkimxanasının dünyanın altından-üstündən xəbərdar loğmanları onu da bilirdi ki,
bu bağlılığın çözülməsiylə, zəngin ailələrin ərköyün balalarının öz kamlarına
çatmasıyla iş bitmir, bundan sonra harınlıq mərəzinin daha çətin bir dövrü
başlanır. Bu da həmin bəzəkli, zər-ziba dünyasının mayadan məhrumluğu, qoşa
çiçəklərin bir-birini mayalandıra bilməməsi, qızıl saraylara xoşbəxtcəsinə uça-
uça gələn gəlinlərin sığallı-mığallı gül balalardan döl tuta bilməməsiydi.
Bəzi ölkələrdə bu müşkülat ailə, zümrə səviy​yəsini aşıb dövlət məsələsinə


çevrilmişdi, bu dərdə dərman tapmaq və nəsillərin gələcəyini sual altına düşürən
bu bəlanın həlli üçün baməzə adları olan bəzəkli institutlar yaradılmış, ora içdən
və dışdan görkəmli alimlər cəlb edilmişdi. Nədən bəşəriyyətin bir hissəsi doğub-
törəmək qabiliyyətini itirir, nədən vəhşi qəbilələrdə bir ailədə on-onbeş uşaq
olduğu halda, inkişaf etmiş və heç bir ərzaq və yaşayış çətinliyi olmayan
ölkələrdə bir uşaq sahibi olmaq da əlçatmaz arzuya dönür? İndi də alimlərin üzü
dönmüşdü bu tərəfə. Çözüm bulan həkimləri dünyanın ən böyük mükafatları
gözləyirdi. Yüzlərlə cavab vardı – ekologiyadan tutmuş havaya, suya, yeməklərin
tərkibinə qədər. Anaların harınlığı, öz döşlərinin yumruluğunu, qarınlarının
şümallığını qorumaq niyyətilə (kimdən ötrü?) uşaqlarına süd verməməsi və bunun
bir neçə nəsil sonra ciddi fəsad törətməsi, hakimiyyətin və ölkənin qorunması
uğrunda mübarizələrdə, mətbuat savaşlarında yaşanan streslər də bu izahatların
içindəydi. Ancaq söz yox, bunlar hələ yalnız fərziyyələrdi. Elm doğru-düzgün
cavabı nə zaman tapacaqdı, bilən yoxdu. Cavab öz yerində, ancaq vaxt gözləmir
və hər yeni ailə öz soyunun daşıyıcısını, davamçısını görmək istəyir...
İndi budur, içdikləri sevgi şərabından hələ ayılıb özlərinə gəlməmiş bəylə gəlin
hər gün yeni suallara cavab verməli olurlar və bir azdan bu sual onların özlərini
də narahat etməyə başlayır. Aylar keçdi, lakin gəlin uşağa qalmadı. Bir nəslin
davamı şübhəsiz, ciddi məsələdir, ancaq burda hakimiyyətin mühüm bir qanadının
“etibarlı əllərdə” olmasından söz gedir. Çünki bu ölkə hər nə qədər dünyaya özünü
layiq, demokratik dövlət kimi təqdim eləsə, Ana Yasasında hakimiyyətin
mənbəyinin xalq olduğu qızıl hərflərlə yazılsa da, xalq axırıncı dəfə nə vaxt
normal seçki keçirildiyini unutmuşdu. Parlamentdə nümayəndəlik də, bəzən nazir
kürsüləri də ailənin bir üzvündən digər üzvünə ötürülürdü və beləliklə, hakimiyyət
ölkədə özü üçün təhlükəsiz bir şərait yaratmışdı və hər şey özəl qanunlarla idarə
olunurdu. Öz aralarında alışıb-verişir, öz aralarında konflikt girdabında boğulur,
sirlərin mühafizə divarından kənara çıxmasını istəmirdilər. Hərdən xalqın içində
Kefli İsgəndərlik edib bir-iki acı və ya doğru, həqiqətə bənzər söz deyən olanda
qızıl şəhərciyin qapıları açılır, ordan zər paqonlu generallar axışıb xalqı
məhəbbət və mərhəmətlə xışmalayıb yenidən dönürdülər öz mağaralarına. Buna
görə də yeni nəsil və ya varis məsələsi ölüm-dirim sualı qədər zəruri idi. Yalanın,
zorakılığın, pulun üstündə qurulmuş bütöv bir sistemin, maddi varlığından tutmuş,
ideoloji quraşdırmayadək dağılmaz görünən tifaqın bir anda dağılacağını hansı
məmur istər ki?! Bunun dalınca xalqın haqlı ədalət məhkəməsinin qurulacağıydı.
Amma zirək varislər miqdarı bilinməyən sərvət sayəsində, yəni hamını pulla ala-
ala ölkədə qəbiristanın həsəd aparacağı sabitliyi və susqunluğu daha bir neçə
onillik davam etdirə bilərdi. Yoğunlar daha da yoğunlaşar, naziklər daha da


nazikləşər, yəni heç kimin tükü tərpənməz. Tük tərpənməyən yerdə aydındır ki,
başqa şeylər də tərpənməz... Heç kim bilmirdi ki, tükü tərpənməmək yoluxucudur
və bu vəziyyəti bir müddət davam etdirə bilsən, milli impotensiya, yəni kütləvi
qısırlıq dövrü başlanacaq. Həkimlər və hətta qədim latın alimləri və şəxsən böyük
İbn Sina da dirilib gəlsə, heç nə başa düşməyəcək; alimanə təbabət dilində çox
şey desələr də, məhz bu iki kəlməni dillərinə gətirə bilməyəcəklər. Milli
impotensiya! Bilmirlər ki, soysuzluq və sonsuzluq – hərəkətsizlikdən, düşüncənin
və ruhun iflicindən başlanır.
Üstündən quş səkməyən hasarlar küləklərin səhər-axşam mehinin, bahar
rüzgarının, hər cür hava axınının yolunu kəsmişdi və bağlardakı bütün üzüm və
əncir növləri qurumuşdu. Bunu etiraf elədilər-eləmədilər, qızıl kazarmalar qısırlıq
fəlakətiylə üz-üzəydi və bunun ən vahiməli tərəfi də bəzi hakim ailələrdən hələ də
çağa səsinin gəlməməsiydi.
Gündən-günə böyüyən vahimə bəyi yenidən şəhərə qaytarmışdı. Bu dəfə baş
həkimin sirr olaraq Aslan nazirə pıçıldadığı diaqnoz mübahisə yeri qoymurdu:
uşaqları olmayacaq. Gəlinin heç bir günahı yoxdur. Səbəb bəyin toxumunun
duruluğudur. Nazir əlinə qılınc götürüb öl​kənin bütün uşaqlarını qılıncdan
keçirmək istəyirdi. Bu həkimlərin də başları xarab olub. Gündə bir xəstəlik icad
edirlər. Toxumun duruluğu nə deməkdir? Ömrü boyu yağ-bal içində yaşamış,
boylu-buxunlu, sağlam bir gəncin uşağı niyə olmasın? Hardan çıxdı bu, niyə
əvvəllər belə şey olmurdu? Bir korluq görməyib, əziyyət çəkməyib... Həkim onun
bu, sualdan çox oğlunu müdafiə cəhdinə bənzər, nitqini üzündə yalnız onu yaxından
tanıyan adamların sezə biləcəyi acı bir təbəssümlə dinləyirdi. Atanın həyəcanını
başa düşürdü. Baş həkim ona demək istəyirdi ki, təəssüf ki, oğlunu bu xəstəliyə
salan elə sənin dediyin kimi, yağ-bal içində yaşaması olub. Bu, harınlıq,
qudurğanlıq xəstəliyidir. Yeməyin də brendini, necə yapıldığını bilmədiyiniz əlvan
paketlərdə gələnini, böyük ölkələrdən idxal edilənini axtaranda, dədə-baba
yeməklərimizi bəyən​məyəndə gözləməliydiniz bu nəticəni! Bəli! Durulur, sperma
da, ilik də, beyin də durulur, xarab olur. Mənşəyini bilmədiyiniz zir-zibildən,
hibridləşdirilmiş meyvədən, almadan, kartofdan, süni yumurtadan və süddən...
Sintetik qida məhsulları uşaq yarada bilən hüceyrələri on dəfə azaldır. Bu
milyonlarla hüceyrənin ölüb sıradan çıxması deməkdir. Ehtiyac duymadan
yaşamağınla öyünmə! Bu xəstəliyin səbəbi elə odur. Harınlıq xəstəliyidir bu!
Allah da qudurğanlığın, özünü xalqdan yuxarı tutmağın, onun işinə əl aparmağın,
təbiətin nizamını pozmağın cəzasını bu cür verir!
Baş həkim belə düşünür və bu düşüncələrini yumşaq bir şəkildə nazirə çatdırdı.
Ehtiyat edir, nazirin xətrinə dəyməkdən qorxurdu. Nazir onu anlayırdı. Hər gün


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə