Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə34/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   30   31   32   33   34   35   36   37   ...   75

İkinci qovluq
Bu qovluqda bədii əsərlərindən seçmələr vardı. Şeir​lər, esselər, tamamlamadığı
hekayələr, şairlərə parodi​yalar... Ədəbiyyat yönlü qəzet və jurnallarda çap
etdirirdi və tezliklə səsi-sorağı yayılırdı. Çətin oxunan qədim mətnlərdən
yorulanda və ya tarix haqqında dolaşıq bil​giləri fikrində sahmana saldığı
günlərdə, özü dediyi kimi, dincəlmək üçün şeirlər, parodiyalar yazırdı. Təbii ki,
bunu yazıçıların yanında dilə gətirmirdi.
Qovluqdakı iri həcmli bir “roman-povest” onun özünü də təəccübləndirirdi. Ona
yad olan bir üslubda və çox qısa müddətdə yazmışdı. “Zurnaçı bəyin başına
gələnlər”. Bu adı uydurarkən kimi nəzərdə tutmuşdu, bu sarkazm kimə
tuşlanmışdı? Özü də çətinlik çəkirdi cavab verməyə. Növbəti elmi əsə​rini
yazmağa hazırlaşarkən Avropada XVIII-XIX əsrlərdə geniş yayılmış yumoristik
sərgüzəşt və ya macəra əsərlərinə bənzər və təbii ki, birbaşa dilə gətirə bilmədiyi
bir sıra mətləblərin yer aldığı, öz dediyi kimi, bu “əndrəbadi roman” qəfildən
doğulmuşdu.
İndi çevirdiyi vərəqlər onu heyrətləndirirdi. Ömrü boyu kənar dillərdə yazılmış
mənbələri araşdıran, elmi üslubda yazan bir adamın bədii dilinin bu qədər
rəngarəngliyi, məcazlarla dolu olması və alleqorikliyi ağlasığan bir iş deyildi.
Romanı çap etdirmək haqqında düşünmürdü. Anlamayacaqdılar onu... Buna görə
də artıq neçənci dəfəydi bir-iki vərəqini çevirəndən və qeyri-adi bir şey yazdığına
tam əmin olandan sonra qovluğu bağlayıb yerinə qoyurdu.


Üçüncü qovluq
“Nağıl-roman” adlandırdığı bir yazısına son nöq​təni qoymamışdı, bilmək olmurdu
könlünün xoş vaxtına düşəndə davam etdirəcək, yoxsa elə bu cür yarımçıq
qalacaq. Nağılın tamamlanmamasının səbəbini tək özü bilirdi. Bu türlü adamları
tanımaq qolay deyil, baxarsan sənə yarımçıq görünən onun gözündə bütövdür və
ya tərsinə. Bəlkə də oxucuların xasiyyətini nəzərə almışdı. Başqa yerə yozarlar.
Elə bilərlər, bu boyda müharibə qəhrəmanı sözünü açıq deməyə cəsarət eləmir,
nağıl adına uydurmaların arxasında gizlənir. Belə tənqidi qəbul eləməz.
Pərdələnməyə nə ehtiyacı? Sözünü hər yerdə şax deyir. Bəzi köhnə yazılarını nə
vaxt və nə məqsədlə qələmə aldığını xatırlamaqda çətinlik çəkir. Məsələn, bu
nağılı hansı ildə başladığını yerli-dibli unudub. Nəyə görə yazmışdı bunu, bu
əhvalatı harda eşitmişdi, niyə bitirməmişdi? Xeyli sorğu-sual çıxırdı ortaya. O
qədər də ürəyindən olmayan yazıları bitirə bilməməsi anlaşılandı. Köhnə
xasiyyətiydi. Elə ki qələm xış kimi daşa ilişir, ha dartırsan, irəli getmir, onu bir
kənara qoyub digər işlərinlə məşğul olmaqdan başqa çarən qalmır... Xatırladığı
bir şey vardı ki, roman qələmə alanda onun yazdıqları inandırıcı görünməzdi, o
boyda SSRİ də belə hadisələr ola bilməzdi. Buna görə də öz dövrünün
faciələrindən birini tarix müstəvisində açmaq və o vaxt xırda görünən məsələlərin
müəyyən müddətdən sonra dünyanı silkələyən fəlakətə çevriləcəyini göstərmək
istəmişdi... Ancaq indi bu məsələlər dünya boyu müzakirə mövzusuna çevrilmişdi
və artıq onu nağıllaşdırmağa da heç bir ehtiyac qalmamışdı. Özündən asılı
olmadan “nağılı” vərəqləməyə, hadisələri keç​mişdən bu günə adlatmağa başladı.
Onun əlində belə şeylər asan işdi. Başladısa, bitirməyincə sakitləşməz.
“...İnsanın zaman və məkan anlayışı qatma-qarışıq bir şeydir və bir yönüynən
təbiətə, Aya, Günəşə bağlı olsa da, digər tərəfi dünyadakı söz və güc sahiblərinin
iradəsini göstərir. Hökmdarların taxta çıxmağı, peyğəmbərlərin dünyaya gəlişi və
ya hər hansı dinin elanı yeni bir tarixin başlanğıcı sayılıb. Buna görə də tarix
sayğacı hər coğrafiyada bir şəklə düşüb, adamlar bu dolanbacda çaşa-çaşa çox
şeyin doğru olanını unudublar. Tarixi daim üzüyuxarı qalxan bir yol kimi
düşünürük; sanki gəlib insanlığın ən uca məqamına yetişmişik, bizdən geridə
qalanların hamısı təkcə zaman etibarı ilə deyil, həm də keyfiyyəti və dəyərinə görə
bu gündən aşağıdadır. Əslində isə bəlkə də doğru olanlar bizim ağlımızın kəsdiyi
çərçivədən kə​narda və daha mürəkkəbdir. Keçmişin içində gələcək, gələcəyin
içində keçmiş, dünyada saysız zərrələr, zərrə​lərdə saysız dünyalar, yer üzündən


əsib keçən rüzgarlar düşüncələrimizə, düşüncələrimiz başsız rüzgarlara bən​zəyir;
aşılmayan dağı, keçilməyən sərhədi yox! İnsanların, millətlərin, ölkələrin yolları
milyonlarla xalça ilməsi kimi iç-içə, çalın-çarpaz, əriş-arğacdır; keçmiş – bu
günün nağılıdır, bu gün – gələcəyin. Hər nağılın kökünü axtarsan qədimlik anlayışı
yetməz, neçə-neçə ölkəyə gedib çıxarsan. İnsanın böyüklük iddiaları və hər şeyə
sahiblənmək ehtirası yaranışdan bəri saysız qan çayları yaradıb. Hər kəs öz
iştahına, dünyaya sığmayan nəfsinə yeni bir parıltılı ad uydursa da, çuxanın altında
eyni cılız bədənlərdir, işin içi dəyişilməmişdir. Çayır zoğ atıb yayılanda ana
kökünü tapmaq çətinləşdiyi kimi, bu olayların ilk rüşeymini bulmaq da müşküldür.
...Biri var idi, biri yox idi. Balaca ölkələrdən birində bir nazir vardı. Əsl adının
Şirbala olduğunu kimsə xa​tırlamırdı. Pis xətlə və səliqəsiz yazılmış doğum
şəhadət​naməsində isə “bala” “bəla” kimi oxunurdu, ya da elə uşaqlıqdan
əzizləmək anlamında belə demişdilər və yəqin elə kimliyində də belə yazılmışdı.
Ancaq bu kimliyə baxan kimdi? Hansı bir ağıllı adamsa bu adı xalqın dilinə
uyğunlaşdırmışdı və indi bütün ölkə onu Aslan nazir kimi tanıyırdı. Nağıl ayağı
yüyrək olar deyirlər. Ancaq Şirbəla Allahverdiyevə çatanda zaman donmuşdu.
Millət gözünü açandan onu nazir kürsüsündə görmüşdü, artıq çoxdan bəri kürsünü
onsuz, onu kürsüsüz təsəvvür eləmirdi. Sanki tarix də elə Aslan nazirdən
başlanmışdı. Ondan əvvəlki tarix yaddaşlardan silinmişdi, heç kim xatırlaya
bilmirdi, çünki heç kimə lazım deyildi. Nazirlik də çox yekəydi, təkcə bir-
birindən dəbdəbəli dövlət qurumlarının yox, həm də hər bir vətəndaşın qorxu-ürkü
bilmədən yaşaması, qorunması bu nazirlikdən asılıydı. Ölkənin bütün bilgiləri
Aslan nazirin əlindəydi. Birini işə götürürlər – ondan izin alınır, birini işdən
çıxarırlar – o razılıq verir. Küləklər hardan hara əsir, ölkəyə xaricdən kimlər
tələsir; amma bunların hamısından çox ölkə daxilində vətəndaş nə ilə nəfəs alır, nə
düşünür? Yüz minlərlə əsaslı-əsassız dosye... Bütün iplər əlində. Kimi istəsən
qaralasın, kimi istəsən qaradan ağa çıxarsın. Gizlinlər xəzinəsi, şantajlar
akademiyası, xof maşını... Buna görə də sözünün qabağına söz deyən yoxdur.
Bizim Aslan qəhrəmanımız ürəyində özünü bütün başqa nazirlərdən üstün sayır...
Ölkəyə çoxdan bəri şəxsi mülkiyyəti kimi baxır. Kim tərəfindən, nə vaxt təyin
edilib bu görəvə, nə vaxtdan bu kürsünü öz nəhəng kölgəsində saxlayır? – xalq bir
yana, özü də unutmuşdu; daha doğrusu, bununla heç maraqlanmırdı da; illərin sayı
nəyinə gərək, kimə hesabat verəcəkdi, onsuz da şəxsi yazarları günü-gününə hər
şeyi tarixə köçürürlər, ölkədə və saraylarda pişiklərin asqırması, siçanların
sevişməsi, kimin gündə neçə manat qazanması, kimin kimə nifrət etməsi, telefon
danışıqları, gənclərin intim pıçıltıları, evlərin içi, pərdələrin arxası, kişilərin
arvadlarıyla yatıb-durmasına qədər hər şey nəzarətlərindəydi. Onların darı dələn


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə