Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

16 

 

“Köhnə Türkiyə  böyük  Avropa jandarmeriyasının  çirkin  şapkaları altında  ölüb getdi,  amma  bunun  yerinə 



tamam  yeni  inqilabçı  –Türkiyə  doğuldu  və  özünün  son  sözünü  dedi:  “Biz  öz  türk  həyatımızla  yaşayacağıq  və 

bizim üzərimizdə dayə olmaq istəyənləri tamamilə rədd edirik.  

Türkiyənin səfiri 1921-ci ilin martın 17-də Məmduh Şövət bəy Atatürkün Nərimanova məktubunu təqdim 

etdi. Atatürk Azərbaycan hökumətindən borc pul istəyirdi. Nərimanov  dərhal 1 milyon rubl dəyərində qızıl rubl 

göndərdi və özü də yazdı: “Paşam qardaş-qardaşa borc verməz əl tutar”. 

Öz  istiqlal  savaşını  uğurla,  böyük  fədakarlıqla  aparan  Türkiyə  ciddi  maliyyə  sıxıntıları  keçirirdi:  Doğan 

Avcıoğlu  bu  barədə  yazır: “Qarabəkir  Azərbaycan  hökumətindən  para istədi.  Atatürk  gözəl  anlayırdı  ki,  Bakıda 

Bolşevik hökuməti var, ancaq bunun arxa plana keçirib, maliyyə sıxıntılarını aradan qaldırmaq üçün Qarabəkirə 

göstəriş verdi. 

“Əlimizdə  beş  para  olmadığını  bilirsən.İndiki  vaxtda  elə  bir  qaynaq  da  yoxdur.  Buna  görə  Azərbaycan 

hökumətindən  yardım  almaq  gərəkdir”.  Bu  müraciəti  Türkiyənin  Moskvaya  gedən  nümayəndə  heyəti  Bakıda 

dayanaraq Nəriman Nərimanova çatdırdı. Avcıoğlu bu müraciətə rəğmən atılan addımlardan bəhs edir: “İyulda ilk 

altunlar  gəldi. Kazım  Qarabəkir  Paşa  500  kiloluq ilk parti altunun 200  kilosunu öz  məsrəflərinə  xərcləyir, yerdə 

qalanlarını Ankaraya yollayır”. Bütün bu faktlar onu göstərir ki, Azərbaycan istər birbaşa, istərsə də Moskva ilə 

birgə  Türkiyəyə  maddi  köməklik  göstərmişdir.  Neft  ixracıyla  məşğul  olan  “Azərneftsindikat”ın  İstanbulda, 

Samsunda  və  Trabzonda  nümayəndəliyi  açılmışdır.  Bütün  bu  maddi  va  mənəvi  köməkliyin  müqabilində  Atatürk 

Türkiyəsi Sovet Rusiyası və Sovet Azərbaycanı ilə sıx əlaqələrin yaradılmasının tərəfdarı idi. Türkiyədə baş verən 

hər bir hadisə Nərimanovun diqqəti-mərkəzində olmuş, qardaş respublikanın uğurlarına sevinmiş,çətinliklərini öz 

uğursuzluğu  hesab  etmişdi.  O,  1921-ci  ilin  aprelində  Mustafa  Kamal  Paşanı  “Türkiyənin  istiqlaliyyəti  yolunda 

Antanta  üzərində  qazanılmış  böyük  qələbə”  münasibətilə  təbrik  etmişdi.  1921-ci  ildə  Şərq  cəbhəsi  komandanı 

Kazim  Qarabəkir  Paşaya  hərbi  qələbələri  münasibəti  ilə  təbrik  teleqramı  göndərmişdi.  Türkiyə  qəzetləri 

Nərimanovun  milli lider obrazında haqqında yazılar dərc etmiş, onun türk dünyası üçün gördükləri işləri yüksək 

dəyərləndirmişlər.  Belə  qəzetlər içərisində  “Vaxt”,  “Yeni  gün”  xüsusi  yer  tutur.  Atatürk  Nərimanovun  siyasətini 

təqdir  etmiş,  Azərbaycan  torpaqlarının  bütünlüyü  üçün  onun  rəsmi  Moskvanın  ermənipərəst  liderləriylə 

mübarizəsinə  dəstək vermişdir. İbrahim  Əbilov Azərbaycan Xarici İşlər Komissarlığına yazdığı məktubda deyirdi 

ki,  Mustafa  Kamal  Paşa  Nərimanovun  əvvəl  Cənubi  Qafqaz  Federasiyasının,  sonra  isə  SSRİ  MİK-in  sədri 

seçilməsini alqışlayır. Atatürkün tapşırığıyla Türkiyənin Xarici işlər naziri Yusif Kamal Əbilovdan xahiş edirdi ki, 

Nərimanov  öz  nüfuzundan  istifadə  edərək  Qars  müqaviləsinin  respublikalar  tərəfindən  və  ittifaq  orqanlarında 

ratifikasiyasını təmin etsin. Deməli, Atatürk Qars müqaviləsinin dayanıqlılığını təmin etmək üçün düşünürdü. Hələ 

Qars  müqaviləsindən  öncə  Moskva  müqaviləsi  üzərində  işləyən  rus  diplomatları  Naxçıvanın  statusu  məsələsi 

üzərindən  sükutla  keçir,  belə  bir  problemin  mövcudluğunu  sanki  unudurdular.  Bu  mövqe  erməni  və  rusları 

tamamilə  qane  edirdi.  Çünki  Naxçıvanın  Ermənistana  vcrilməsi  haqqında  Nərimanovun  “1  dekabr  bəyanatı” 

ortadan  qaldırılmamışdı.  Moskvada  danışıqlar  masası  arxasında  dayanan  türk  diplomatları  isə  susmaq  fikrində 

deyildi.  Təkidli  tələblərdən  sonra  Naxçıvanın  taleyi  türklərin  vasitəçiliyi,  prinsipial  mövqeyilə  həllini  tapdı. 

Nərimanov danışıqların gedişi ərəfəsində Behbud bəy Şahtaxtinskini təlimatlandırır və tövsiyə edirdi ki, “hər kiçik 

məsələyə görə türk nümayəndə heyətinin” əleyhinə getməsin. Behbud bəy Şahtaxtinski Mirzə Davud Hüseynova 

göndərdiyi  məktubda  yazırdı:  “Mənim  orada  görəcəyim  bir  iş  yoxdur.  Hər  bir  xırda  məsələyə  görə  türklərin 

əleyhinə  getməyimiz  bizə  sərf  etmir,  çünki  onlara  mənim  böyük  təsirim  var.  Məni  Azərbaycanda  həyata 

keçirilməsi  gözlənilən  bir  çox  kombinasiyalar  gözləyir.  Əgər  mən  konfransda  Azərbaycana  dəxli  olmayan 

məsələlərdə  türklərin  əleyhinə  çıxsam,  bütün  bu  imkanlardan  məhrum  olaram”.  Behbud  bəy  Şahtaxtinski 

gürcülərin  türk  nümayəndə  heyəti  qarşısında  mühüm  məsələ  kimi  qoyduqları  Batumun  taleyi  və  ermənilərin 

Gümrü  problemini  nəzərdə  tutaraq,  bütün  bunları  Azərbaycana  dəxli  olmayan  məsələlər  adlandırırdı.  Kazim 

Qarabəkir Paşanın rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Qafqaz respublikalarının hər biri ilə ayrıca müqavilə 

bağlamasını  Mustafa  Kamal  Paşanın  ciddi  tapşırığı  olduğunu  söyləsə  də,  Rusiya  tərəfi  bu  təklifi  qəbul  etmək 

istəmirdi. Burada fikir ayrılıqları yarananda, mövqelərin uzlaşdırılmasını Behbud bəy Şahtaxtinski həyata keçirdi. 

Qarsda  vahid  müqavilə  hazırlanmasına,  bu  sənəddə  hər  bir  respublika  üçün  ayrıca  fəsillərin  olmamasını 

Azərbaycan Respublikası adından təklif etdi. Azərbaycan səlahiyyətlisinin bu təklifni Kazim Qarabəkir Paşa qəbul 

etdi və konfrans işini davam etdirməli oldu. Azərbaycan və Ankara hökuməti üçün ən mühüm strateji məsələlərdən 

biri Naxçıvanın statusuyla bağlıydı və bu məsələdə qardaş cümhuriyyətçilərin fikri yekdil idi. Türk diplomatiyası 

müqavilənin  sürətləndirilməsinin  vacibliyini  Nəriman  Nərimanova  çatdırmağı  İbrahim  Əbilovdan  xahiş  etdi. 

Nərimanov Türkiyə Böyük Millət Məclisinin 1922-ci il martın 17-də qəbul etdiyi müqaviləni 14 gün öncə martın 

3-də  ratifi9kasiya  etmişdi.  “Qars  müqaviləsi”nin  beşinci  maddəsinə  görə,  üç  Güney  Qafqaz  Respublikası  və 

Türkiyə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasını və idarəçiliyinin başqa üçüncü dövlətə verilməməsini 

təsdiqlədi. Bu müqavilə qismən də olsa Azərbaycanın ərazi bütövlüyünü qorudu və Naxçıvanın ərazi mənsubiyyəti 

məsələsinə  aydınlıq  gətirdi.  Nəriman  Nərimanov  I  Ümumazərbaycan  qurultayındakı  çıxışında  deyirdi:  “Sovet 

Rusiyası və Türkiyə ilə müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektoratlığı altında müstəqil respublika elan 

olunur.  Orada  bizim  nümayəndəmiz  olacaqdır  və  biz  bütün  işlərdə  Naxçıvana  xidmət  edəcəyik”.  Nərimanovun 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə