Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

15 

 

qazanırdılar.  Artıq  Ankara  hökuməti  nümayəndələri  beynəlxalq  dövlət  subyekti  olaraq,  London  konfransına 



qatılırdı.  Bütün  bunlara  görə  Lenin  kamalçılara  qarşı  münasibətlərinin  müsbət  məcrada  inkişafında  maraqlı  idi. 

Yoxsa  kamalçılar  əks  mövqeyə  -  Qərbə  üz  tuta  bilərdilər.  Lenin,  Stalin  və  Çiçerin  Mustafa  Kamalın  Ankara 

hökuməti ilə münasibətləri saxlasalar da, Ankara hökumətinin  əleyhinə fəaliyyət göstərən Osmanlı Türkiyəsinin 

çox sanballı generalı, keçmiş hərbiyə naziri Ənvər Paşa ilə də əlaqələrdə bulunurdular. Biz bu məsələyə “Ənvər 

Paşa  və  Nərimanov”  yazısında  qismən  toxunmuşuq.  Elə  buna  görə  Bakıda  keçirilən  Şərq  Xalqları  Qurultayında 

Mustafa  Kamalın  göndərdiyi  nümayəndə  heyətinə  birmənalı  münasibət  göstərilməmişdi.  Bolşeviklərin  Mustafa 

Kamaldan  xoşu  gəlmir,  onu  Ənvər  Paşa  ilə  əvəz  etməyə  ümid  bəsləyirdilər.  İşin  gedişindən  Mustafa  Kamal 

məlumatlı  idi.  Nərimanov  mərkəzin  bu  ikili  siyasəti  nəticəsində  Mustafa  Kamalla  yanaşı,  Ənvər  Paşa  ilə  də 

münasibətlər  qurur,  əməkdaşlıq  edirdi.  Proseslərin  gedişində  Nərimanov  Mustafa  Kamalın  qurmuş  olduğu 

hökumətlə  Sovet  Rusiyasının  diplomatik  əlaqələrə  üstünlük  verməsini  məqbul  hesab  edir,  Leninə,  Stalinə  bu 

barədə  məlumatlar  ötürürdü.  Stalin  və  Çiçerinin  Atatürkə  ehtiyatlı  yanaşmasının  kökündə  təkcə  onun  siyasi 

baxışları  deyil,  həm  də  erməni  məsələsində  qətiyyət  göstərməsi  dayanırdı.  Çünki  Çiçerin  Van  və  Bitlisdən 

ermənilərə  torpaq  verilməsini, Türkiyə  Ermənistanı qurulmasını təkid edirdi.  Buna  isə  Atatürk  hökuməti  heç  cür 

razılıq  verə  bilməzdi.  Nərimanov  bu  barədə  Leninə  yaazırdı:  “Türkiyə  nümayəndə  heyəti  bizim  nümayəndəmiz 

Behbud Şaxtatinski ilə Moskvaya gedir. Mən burada Türkiyə nümayəndə heyəti ilə ətraflı söhbət etdim. Qətiyyən 

şübhə  etmirəm  ki,  türklər  İngiltərəyə  qarşı  çıxaraq  özlərinin  taleyini  sidqi  ürəkdən  bizimlə  bağlamaq  istəyirlər. 

Onlar  üçün  ən  prinsipial  məsələ  erməni  məsələsidir...  Şübhəsiz  ki,  onlar  Antantanın  əleyhinədirlər.  Onlar  son 

damla  qanınadək  vuruşmağa  hazırdırlar,  lakin  Moskva  erməni  məsələsinə  görə  türkləri  özlərindən  uzaqlaşdırsa, 

onlar məyus olub İngiltərəyə üz tuta bilərlər. O zaman nələr baş verə bilər? Əgər indi türklərdən üz döndərsək, biz 

bütün müsəlman şərqində nüfuzumuzu itirərik.  Həm də bizim üçün fəlakətli nəticələr verə biləcək Şərq cəbhəsi 

açmış ola bilərik”. Bu məktub 1921-ci ilin fevralında yazılıb. Rusiya Nərimanovun bu mövqeyi ilə hasablaşdı.  

Sovet  Rusiyası  ilə  bağlanan  dövlətlərarası  müqaviləyə  görə,  Sovet  Azərbaycanı  müstəqil  şəkildə  qonşu 

dövlətlərlə diplomatik  münasibətlər  qura,  ticarət  əlaqələri  yarada  bilərdi.  Elə  bu sazişə  görə,  1920-ci  ilin  avqust 

ayında Türkiyənin ilk səfiri Memduh Şövkət bəy Bakıda fəaliyyətə başladı. Bundan bir il sonra isə 1921-ci ilin 

oktyabr ayında İbrahim Əbilov Türkiyədə Aazərbaycanın ilk səfiri oldu. Sovet Azərbaycanının bayrağını Mustafa 

Kamal  Paşa  özü  şəxsən  qaldırmış,    İbrahim  Əbilovun  nitqinə  cavabən  özü  də  nitq  söyləmiş  və  demişdi:  “Milli 

hüdudlarımız daxilində hürr və müstəqil yaşamaq istərdik. Millətimiz bu həqiqətin qardaş Azərbaycanın timsalında 

təsdiq edildiyini eşitməklə böyük səadət duyar. Rum eli, Anadolu xalqı azəri qardaşlarının qəlbinin öz qəlbi kimi 

döyündüyünü bilərlər”. İbrahim Əbilov Azərbaycanın Türkiyədəki səfiri kimi mütəmadi olaraq Nərimanovla əlaqə 

saxlayır, onun tapşırıqlarını həyata keçirirdi. Nərimanov Əbilova yazırdı: “Teleqramınızı və axırıncı məktubunuzu 

oxudum. Bu vaxta qədər apardığınız xətt-hərəkət düzdür. Ümid edirəm ki, bundan sonra da səhviniz olmayacaqdır. 

Bir  şeyi  gərək  unutmayaq.  Rusiya  və  Türkiyə  tərəfdən  müəyyən  şəxslər  var  ki,  istəyirlər  aranı  qarışdırsınlar”. 

Nərimanov  araqarışdıranlar  deyəndə  erməni  daşnaklarını  nəzərdə  tutur,  bilirdi  ki,  həm  Moskvada,  həm  də 

Türkiyənin özündə bu tip siyasətçilər var.  

Ankara  hökuməti  adından  Moskvaya  yollanan  nümayəndə  heyətləri  əvvəl  Bakıda  olur,  Nəriman 

Nərimanovala  görüşüb  məsləhətləşəndən  sonra Moskvaya  yollanırdılar. 1921-ci  ilin fevralında  Yusif Kamal,  Əli 

Fuad  və  Rza  Nurun  daxil  olduğu  nümayəndə  heyətinin  şərəfinə  verilən  ziyafəti  xatırlayan  Rza  Nur  “Moskva-

Sakarya”  xatirələrində  bunları  anladır:  “Azəri  hökuməti  kommunist  bir  cümhuriyyətdir.  Baş  komissar  Nəriman 

Nərimanov. Bu, ağlı başında olan bir adamdır. Çox məlumatlıdır. Baxdım ki, çox yaxşı bir adamdır. Özümə qarşı 

etimad  istədim.  Açıldı  və  dedi:  “Bolşevik  nədir?  Bu  rəzalət  bizə  yaraşmaz.  Biz  türkün,  millətin  ənənələriylə 

yaşayırıq. Çox xoşuma getdi və çox sevindim. Mənə Nəriman Moskva haqqında gözəl məlumat verdi”. 

Türkiyə  nümayəndə  heyəti  üç  gün  Bakıda  qaldıqdan  sonra  Nərimanovun  səlahiyətlisi  kimi  Behbud  bəy 

Şahtaxtinski ilə birlikdə Moskvaya yollandılar. Martın 9-da heyət Stalinlə görüşdü. Nərimanovun Leninə məktubu 

artıq vəziyyəti köklü şəkildə dəyişdirmişdi. Stalin və Çiçerin Leninin göstərişi ilə türk millətçiləriylə ümumi dil 

tapdılar.  Nümayəndə  heyəti  bir  daha  Stalinlə  görüşdü.  Uzun  sürən  bu  görüş  zamanı  mühüm  məsələlərdə razılıq 

əldə olundu və martın 16-da Moskva müqaviləsi rəsmən imzalandı. Bu müqaviləyə görə, tərəflər bir-birlərinə zorla 

qəbul etdirilən sülh müqaviləsini tanımayacaqlar... Sovet hökuməti Türkiyə ilə bağlı olan, lakin sərhədləri “Milli 

andda” müəyyən edilən TBMM hökumətinin qəbul etməyəcəyi hər hansı sazişi tanımayacaq. Batumi Gürcüstanın 

tabeçiliyində  qalaraq,  xalqına  muxtariyyət  verilməlidir.  Türkiyənin  gömrük  rüsumu  ödənmədən  Batumi 

limanından keçmək hüququ saxlanıldı, Naxçıvana Azərbaycanın himayəsində muxtariyyət veriləcək...  . 

Sovet-Türkiyə müqaviləsi bağlanarkən Türkiyəyə əvəzsiz 10 milyon qızıl rubl məbləğində maliyyə yardımı, 

habelə  hərbi  kömək  haqda    razılıq  əldə  edildi.  Moskvanın  vədlərindən,  köməkliyindən    başqa    Azərbaycan  

hökuməti   1921-ci  ilin mayında Ankaraya 62 sistern neft göndərdi və hər ay yetim uşaq evlərinin ehtiyacı üçün 3 

vaqon kerasin göndərdi və hər ay yetim uşaq evlərinin

 

ehtiyacı üçün 3 vaqon kerasin göndərməyi vəd etdi. 1922-ci 



ildə isə Batumi portu ilə 9 min tonddan artıq kerosin və 350 ton benzin göndərildi. Nərimanov hər an Türkiyənin 

inkişafını izləyir və onun sürətli tərəqqisinə böyük qiymət verirdi. O “Lenin və Şərq əsərində yazırdı: 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə