Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

23 

 

buzovnalı Molla Mirzə Əlinin Azərbaycanın inqilab rəhbərliyilə səmimi görüşünün anlaşılmazlığını vurğulayaraq 



bu görüş səhnəsindən təəccübünü gizlətmir. “Nəriman öz nəzəriyyəsində kommunizmi şərqləşdirməyi təklif edirdi. 

Yaxud o, Şərqə məxsus bir kommunizm tərtib etməyi düşünürdü. Onun nəzəriyyəsində kommunizmlə islamiyyəti 

barışdırmaq  mühüm  bir  yer  tuturdu”.  Qocaman  qələm  əhlinin  müşahidəsi,  analizi  yalnız  bununla  kifayətlənmir. 

Nərimanov isə milliyyətlə dini mənsubiyyətin eyniləşdirilməsinin əleyhinə olsa da, millətlə dinin münasibətlərini, 

xüsusilə millətin həyatında dinin pozitiv rolunu yaxşı anlayırdı. Onun dinlə millətin qarşılıqlı münasibətlərinə dair 

ideyalanı belə yekunlaşdırmaq olar: Din və milli hiss iki müxtəlif mənəvi-insani, eyni zamanda sosial hadisədir, 

hissdir. 

Onları bir-birindən tam ayırmaq, bir-birinə qarşı qoymaq, eyniləşdirmək olmaz. Lakin bu iki hadisə arasında 

möhkəm sağlam bağlantı vardı, onlar bir-birinin inkişafına əlverişli və qeyri-əlverişli şərait yarada bilirlər. 

Azərbaycanın  ilk  sosialistlərinin  toplaşdığı  “Hümmət”in  ideoloji  istiqamətlərini  məyyənləşdirən  Məmməd 

Əmin Rəsulzadə Məhəmməd peyğəmbəri bəşəriyyətin ilk və ən böyük sosialisti adlandırırdı. Bu böyük dövlət və 

siyasət adamının fikrincə, sosializm ideyaları öncə öz əksini islam qayda-qanunlarında tapdığından, sosializm  və 

demokratiya idcyalarını islam prinsipləriylə birləşdirmək  mümkündür. “Qafqaza hansı şüarlarla gedirik”  - deyib 

Həştərxandan  Bakıya  müstəqil  sovet  Azərbaycanını  idarə  etməyə  gələn  Nərimanov  da  milli  məfkurə  sahibi  kimi 

dövlət quruculuğu prosesində islam faktorundan istifadə edəcəyini düşünürdü. Lakin Lenin və onun ətrafındakılar 

üçün Nərimanov Azərbaycana müvəqqəti rəhbərlik üçün lazım idi, çünki M.S.Ordubadinin yazdığı kimi “doktor 

bütün  ziyalı  təbəqəni  öz  ətrafında  mərkəzləşdirmişdi”,  onun  nüfuzu  Rusiya  üçün  lazım  idi.  Yalançı  müstəqillik 

vədindən sonra Azərbaycanın timsalında şərq ölkələri “Velikorus” şovinizminin sınaq meydanına çcvrildiyi zaman 

Nərimanov,  nə  də  Mirsultan  Qaliyev  rus  millətçiliyinə  lazım  olmayacaqdı.  İslamı  kommunizmlə  bir  arada 

götürməklə  yanaşı,  Nərimanov  milli  burjuaziyanı  məhv  edərək  sıradan  çıxarmağın  əleyhinə  idi.  M.S.Ordubadi 

qeyd  edir  ki,  siniflər  arasında  ziddiyyətləri  aradan  qaldırmaq  üçün  doktor  “kommunizmlə  burjuaziyanı 

barışdırmaq” yolunu məqbul sayır, demokratizmi sıradan çıxarmağı qəbul etmirdi. “Dünyada bir əqidənin hakim 

olması milliyyətin orijinallığını itirmək deməkdir. Çünki əqidənin milli adət və milli mədəniyyət üzərində böyük 

bir  təsiri  ola  bilər”.  Bu  konservativ  baxışlar  sistemi  “Rusiyada  inqilab  həyata  keçirilən  zaman  edilən  səhvlərin 

Azərbaycanda təkrarına yol verilməməsi üçün düzgün proqramlaşdırılmışdır. Lakin reallaşması mümkünsüz idi. 

Nərimanov  Bakıya  Sovet  Azərbaycanı  qurulandan  düz  25  gün  sonra  gəlib  çıxdı  ki,  onda  da  XI  Qızıl 

Ordunun  sahibi  Pankratov  milli  burjua  mülkiyyəti  adıyla  malikanələri  yağmalayır,  günahsız  insanları  qətlə 

yetirirdi. “Üç”lərin qərarıyla məhkəməsiz, sübutsuz 20 min insan güllələnmişdi. Nərimanovun dönüşündən sonra 

bu qırğınların qarşısı qismən alındı. Pankratov, Mirzəyan, Mikoyan, Sərkis, Orconikidze kimi Azərbaycan xalqının 

milli  düşmənlərinə  qarşı  formalaşdırdığı  kiçik  bir  qrupa  arxalanaraq  döyüşən  Nərimanov  məğlubiyyətlərə  düçar 

olduğu  dönəmlər,  öz  çıxışlarında  yalnız  Leninə  arxalandığını  sətirallı  söyləyir,  nitqlərində  belə  metodlardan 

yararlanırdı:  “Lenin  mənə  bunları  söyləyirdi:  “Azərbaycan  və  Türkistan  cümhuriyyətləri  Türkiyə,  İran  və 

Əfqanıstana yavuq olduqları üçün, o yerlərin zəhmətkeşləri bizi ancaq Azərbaycanda və Türküstanda gördüyümüz 

siyasət üzrə tanıyacaqlar. Ona görə də Azərbaycanda və Türküstanda apardığımız siyasətə fikir vermək lazım gəlir. 

Rusiyada,  inqilab  zamanında  etdiyimiz  səhvləri  burada  təkrar  etməməli.  Yerli  xalqın  din  və  adət  məsələləriylə 

üsullu  rəftar  etmək  lazımdır”.  Bu  o  zaman  söylənilirdi  ki,  Bakı  küçələrində  aşura  gününü  keçirən  müsəlmanlar 

gülləbaran edilmiş, mömin müsəlmanlar qətlə yetirilmişdir. 

Partiyanın  XII  Qurultayı  ərəfəsində  “Qırmızı  əsgərlərin  güllələrindən  zərər  çəkmiş  iranlı  fəhlələrin” 

etirazları  getdikcə  genişlənir,  siyasi  və  dini  müxalifətin  birləşməsi  təhlükəli  tendensiyalar  yaradırdı.  Xalqla 

görüşlərini  məscidlərin  həyətində  keçirməklə  Nərimanov  vəziyyəti  yumşaltmağa  çalışırdısa,  “solluq”  oyunu 

oynayanlar,  şovinizmə  mübtəla  olmuş  ruslar  və  ermənilər  Azərbaycanın inqilab  rəhbərinin  bu  addımlarına  qarşı 

çıxırdılar.  Məhz  partiyanın  XII  qurultayına  nümayəndə  seçilməməyinin  səbəblərindən  biri  də  doktorun  İslama 

loyal  münasibətindən  doğurdu.  Belə  bir  vəziyyətdə  emosional  tərzdə  Nərimanov  Stalinə  yazırdı:  “Erməni 

“yoldaşlar”  və  rus  şovinistləri  cinayətkar  siyasət  həyata  keçirirlər...  Azərbaycanı  simasızlaşdırmaq,  öz  miskin 

məqsədlərini həyata keçirmək istəyirlər”. 

Ən faciəli olan isə bu deyimdir: “Azərbaycanda olan türkləri Azərbaycanın mənafeyinə qarşı çıxış etməyə 

məcbur  edirlər.  İş  “parçala  və  hökm  et”  şüarı  altında  getmiş  və  gedir”.  Azərbaycanı  simasızlaşdıranlara  qarşı 

döyüşlərdə Nərimanovla birgə çiyin-çiyinə mübarizə aparan Dadaş Bünyadzadə ermənilərin, rusların və ələlxüsus 

da Stalin və Orconikidzenin təsiri ilə bu döyüşlərdən çəkinərək, onu tərk etdilər. Bünyadzadənin ardınca bu yolu 

Həmid Sultanov tutdu. Məmməd Səid Ordubadi ömrünün sonlarına yaxın Tbilisidən Bakıya gələn Nərimanovun 

Dadaş Bünyadzadədən gileyləndiyini, onun belə mövqe tutmasından təəssüfləndiyini xatırlayır. “Nərimançılığ”ın 

təftişi  üçün  Moskvadan  göndərilən  Yaroslavskinin  niyyətinin  partiya  həyatına  aid  faktları  təftiş  etmək  yox, 

Nərimanov  qrupunun  mövcudluğuna  son  qoymaq  olduğu  ağsaqqal  yazıçının  müşahidəsidir.  Əlbəttə,  dəqiq 

müşahidədir. Nərimanovu Azərbaycan həyatından kənarlaşdırmaq üçün onu əvvəl Zaqafqaziyaya, sonra isə SSRİ 

Mərkəzi İcraiyyə Komitəsinə “irəli” çəkdilər və bu “zərərli” ideya onun müəllifı kimi Kremlin hücrələrində məhv 

edildi. 


 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə