Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

21 

 

məqaləsində M.Ə.Rəsulzadəyə xitabən yazır: “Əvət, Məmmədəmin bəy əfəndi, şu siyasi səhnəyə sosial-demokrat 



olaraq qatılmışsmız. Və bu ideologiyanızdan ki, aşağı-yuxarı iyirmi yeddi ildən bəri daşıyırsınız, nə milli hökumət 

dövründə, nə də on dörd illik mühacirət dövründə heç bir zaman ayrılmamışsınız. Bu qayəniz və sosial demokrat 

məsləkiniz sizin üçün müqəddəs ola bilər”. Nağı bəy Şeyxzamanlının emosiyaya qatılaraq yazmış olduğu bu fıkirlər 

mühacirət  dönəmində  Müsavat  Partiyası  daxilində  yaranan  fraksiyaçılıqdan  doğurdu.  Ona  görə  də  bu 

söylənilənlərdə Rəsulzadənin fəaliyyətinə kölgəli heç bir məqam yoxdur və ola da bilməz. Sosial-demokrat ideyası 

bolşevizmlə  heç  cür  uyğun  deyil  və  bu  iki  ideya  arasında  hardasa  yaxınlaşmalar  olsa  belə,  sosial-demokratlar 

nəslinin yetişməsi ötən əsrin əvvəllərində Azərbaycanda tarixi reallıqlardan doğurdu. 

Nəriman Nərimanovun siyasi fəaliyyətində tarixi reallıqlar daha çox özünü göstərir. Ötən əsrin əvvəllərində 

milli  mətbuatın  təşəkkülü  və  inkişafı  bir  neçə  istedadlı  publisistlərin  yetişməsinə  şərait  yaratdı  ki,  onlardan  biri 

M.Ə.Rəsulzadə,  digəri  isə  Nəriman  Nərimanovdur.  Nərimanov  Məmmədəminin  rəhbərlik  etdiyi  “İrşad”,  “Açıq 

söz”  qəzetlərində  müntəzəm  publisistik  yazılarla  çıxış  etmiş,  ölkənin  problemlərinə  baxışda  eyni  mövqe 

sərgiləmişlər. Onların qəzetçilik fəaliyyəti, birgə çalışmaları onu deməyə əsas verir ki, bu iki tarixi şəxsiyyət bir-

birini yaxından tanımış, düşüncələrinə, məfkurəsinə bələd olmuşlar. 

Bəzi  tarixi  sənəd  və  faktlardan  bəlli  olur  ki,  Nərimanovun  siyasi  fəaliyyətində  Azərbaycan  Xalq 

Cümhuriyyətinə  münasibəti  xüsusi  yer  tutur.  Sovet  dövrünün  tarixçiləri  guya  Nərimanovun  Azərbaycan  Xalq 

Cümhuriyyətinə  qarşı  ardıcıl  mübarizə  aparması  haqda  yazdıqları  heç  bir  dəlilə  əsaslanmır.  Nərimanov  Milli 

hökumət  dönəmində  Azərbaycanda  yaranmış  vəziyyət  barədə  baş  nazir  Nəsib  bəy  Yusubbəyliyə  açıq  məktub 

ünvanlamış, fıkirlərini açıq şəkildə bildirmişdir. Bu məktubla yanaşı bir-iki məqalədən başqa milli hökumət barədə 

tənqidi fikirlər səsləndirməmişdir. 

Müstəqil  Azərbaycan  Cümhuriyyətinin  yıxılmasını,  bolşeviklərin  hakimiyyətə  gəlməsinin  səbəblərini 

Nərimanovun fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək tarixi gerçəkliklərə uyğun deyil. 

Nərimanovun  AXCP-yə  münasibətini,  Həştərxanda  olarkən  hazırladığı  “Qafqazın  işğalına  baxış” 

məruzəsində  öyrənmək  olar.  Nərimanov  sözügedən  məruzədə  deyirdi:  “Əgər  1918-ci  ilin  sentyabrında,  yaxud 

oktyabrında mənə desəydilər ki, fəaliyyət dairənizi genişləndirin, bu nə mənəvi, nə hüquqi, nə də siyasi nöqteyi-

nəzərdən məqsədəuyğun deyildi. Gərək etiraf edək ki, bizim Qafqazdan getməyimiz heç kimdə heyifslənmə hissi 

doğurmadı.  Çünki  bu  yerli  əhalinin  milli-tarixi  düşüncələrini,  sosial-məişət  ənənəsini,  mənəvi  tələblərini  nəzərə 

almadan bir siyasət həyata keçirirdi”. 

Nərimanovun  yazdığı  kimi,  “yerli  əhalinin  milli-tarixi  düşüncələrini,  sosial-məişət  ənənəsini,  mənəvi 

tələbləri”ni  Azərbaycan  Xalq  Cümhuriyyəti  nəzərə  aldıqdan,  xalqın  istəklərinə,  istiqlal  düşüncələrinə  uyğun 

siyasəti  həyata  keçirdiyindən  sosialistlər  heç  bir  dəstəyə  malik  deyildilər.  “Mən  bu  vəziyyəti  o  zamanlar  da 

açıqlayırdım, amma mənim sözlərimə baxan olmadı. Mən o zamanlar tam inandım ki, Bakıdakı Sovet hakimiyyəti 

daşnakların əlindədir”. Bunu da Nəriman Nərimanov söyləyirdi. 

1920-ci ildə Azərbaycan parlamenti hakimiyyəti müsəlman kommunistlərə təhvil verdikdən sonra repressiya 

dalğası  başladı.  XI  Qızıl  Ordunun  başında  dayanan  Pankratov  Müsavat  liderinin  oradan  götürülməsi  əmrini 

vermişdir. Əvvəl Lahıçda gizlənən, sonra isə Tiflisə gəlmək istəyən M.Ə.Rəsulzadə həbsdə olarkən təsadüfən əlinə 

düşən qəzetdəki bir məqaləni “Stalinlə ixtilal xatirə”lərində qələmə alaraq yazırdı: “Azərbaycan Sovet hökumətinin 

sədri  doktor  Nəriman  Nərimanovun  imzası  ilə  ilk  səhifədə  rəsmi  bir  məlumat  vardı.  Məlumatın  xatirimdə  qalan 

mətnini  burada  nəql  edirəm:  “M.Ə.Rəsulzadəni  vilayətlərdə  hər  cür  təhlükədən  qorumaq  məqsədilə  Sovet 

hökuməti onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin bu xüsusda 

əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik”. 

M.Ə.Rəsulzadəni qorumaq bəhanəsiylə ümumi fikir azdırılsa da, onun dərhal güllələnməməsinin səbəbləri 

vardı.  İran  inqilab  hökumətinin  görkəmli  liderlərindən  olan  Heydər  xan  Əmioğlu  Sovet  Azərbaycanının  əksər 

nüfuzlu şəxsləriylə əlaqə yaradaraq “Məmməd Əminin başından bir tük əskik olmamalıdır” mesajını ünvanlamışdı. 

Bir  müddətdən  sonra  Bakıya  gələn  Stalin  yalnız  Nərimanova  bildirir  ki,  həbsxanaya  gedib,  Rəsulzadə  ilə 

görüşmüş,  “burdakı  kommunistlər  sizdən  qorxurlar,  bir  qismi  sizin  öldürülməyinizi,  bir  qism  isə  həbsdə 

qalmağınızı  istəyirlər”  söyləmişdi.  Aralarında  olan  razılaşmaya  uyğun  Müsavat  lideri  Stalinlə  birgə  Moskvaya 

yollanmış, bir müddət Kremldə çalışdıqdan sonra xaricə mühacirət etmişdi. 

Rəsulzadə  “Stalinlə  ixtilal  xatirələrində”  yazır  ki,  Stalinin  məqsədi  onunla  Nərimanov  şəxsiyyətini  üz-üzə 

qoymaq,  bu  kəskin  münasibətlərdən  öz  missiyası  üçün  istifadə  etmək  olub.  Rəsulzadə  adı  çəkilən  xatiratında 

Nərimanovun hakimiyyət imkanlarına da yer ayırıb. Belə ki, “Osoba otdel” Nərimanovun sərəncamına əhəmiyyət 

verməmiş, Rəsulzadə ilə Lahıçda həbs olunan Abbasqulu Kazımzadə məhbəsdən buraxılmamışdı. 

Nərimanovun  “biz  onun  da  həbsdən  azad  olunmasını  demişdik”  sözlərinə  Rəsulzadə  belə  cavab  vermişdi: 

“Ola bilsin ki, demişdiniz, amma olan oldu, icazə vermədilər”. 

Bu  iki  böyük  şəxsiyət  ideya  və  məzmunca  müxtəlif  dövlət  quruluşlarının  məsləkdaşları  kimi  Azərbaycan 

tarixində  öz  missiyalarnı  yerinə  yetirmişlər.  Hər  ikisinin  amalı  Azərbaycana  xidmət  olub,  hər  ikisi  milli 

Azərbaycan  uğrunda  çalışıblar.  M.Ə.Rəsulzadə  və  onun  müstəqil  Azərbaycan  tərəfdarları  sözdən  reallığa 

çevirdikləri respublikanı Nəriman Nərimanovun sosialistlərinə təhvil verirkən, bu müstəqilliyin davamı olacağına 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə