Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

20 

 

Gümrü  müqaviləsinə  görə  Naxçıvan,  Şahtaxtı  və  Şərur  əraziləri  Türkiyə  himayəsindəydi.  Referendum  təyin 



olunacaq  dövrə  qədər  burada  Türkiyə  qoşunları  saxlanılmalıydı.  Nərimanovun  bu  məlum  bəyanatı  etirazlarla 

qarşılanır,  yerlərdə  aksiyalar  keçirilirdi.  İxtişaşlar  baş  verdiyindən  Türkiyə  qoşunlarının  Naxçıvan  ətrafında 

olmasından istifadə edən Nərimanov  ərazi siyasəti məsələsində qətiyyət göstərmək istədi. Sovet Azərbaycanının 

Xarici işlər naziri Behbud bəy Şahtaxtinskini Naxçıvana göndərib təlimatlandırdı. Şahtaxtinski xalqın həyəcanına 

şərik  olaraq  etiraz  aksiyasında  söyləyirdi: “Azərbaycan  sizi  torpaqlarınızla  birlikdə  Ermənistana satıb,  əgər  mən 

Bakıda  olsaydım,  buna  qəti  surətdə  razılıq  verməzdim.  Siz  torpağınızla  birlikdə  öz  müstəqilliyinizi  saxlamaq 

istəyirsinizsə, burada istinad edəcəyiniz yeganə qüvvə Türkiyə qoşunlarıdır”. Atatürk və Stalinin təbirincə deyilsə, 

“Türk qapısı” olan Naxçıvanın əhalisi tarixdə qətiyyət göstərərək silahlı müqavimət həddinə qədər mübarizə aparıb 

Ermənistan  idarəçiliyinə  daxil  olmadı.  Sovet  Ermənistanının  liderlərindən  olan  Nazaretyan  “Afərin, 

azərbaycanlılar” məqaləsini Naxçıvanın müstəqil Sovet respublikasına göndərdi. Tezliklə Naxçıvanda keçirilən rəy 

sorğusu  erməni  siyasətinə,  xülyalarına  əl  yeri  qoymadı.  Əhalinin  90  faizi  Naxçıvanın  Muxtar  Respublika 

statusunda Azərbaycanın tərkibində qalmasına səs verdilər. Bu statusa hüquq qazandıracaq “Qars müqaviləsi”nin 

Türkiyə  tərəfındən  Qafqaz  respublikalarının hər  biriylə  ayrı-ayrılıqda  ikitərəfli qaydada  imzalamaq  cəhdi gərgin 

proseslərə çevrildi. Və Türkiyə tərəfinin bu məsələ də ümid yeri Nərimanov idi. Türkiyə Xarici işlər naziri Yusif 

Kamal  Azərbaycan  səfiri  İbrahim  Əbilovdan  xahiş  edirdi  ki,  Nərimanovla  əlaqə  yaradıb,  bu  məsələyə  köməklik 

göstərməsini ondan xahiş etsin. Bunun nəticəsində Nərimanov “Qars müqaviləsi”nin ratifikasiyasında Türkiyənin 

istəklərinə uyğun hərəkət etdi. Nəriman Nərimanov ərazi itkilərinə baxışını belə açıqlamışdı: “Əgər Azərbaycanın 

müsəlman  kommunistlərinin əksəriyyəti millətçilik əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru 

olmazdı,  Gürcüstana  müftə  neft  verilməzdi”.  Amma  bu  da  bir  faktdır  ki,  “Nərimanov  bəyanatı”na  əsasən 

Zəngəzurun 

təxminən 

4504,5 


kv.m 

ərazisi 


Ermənistana 

bağışlandı.



Nəriman Nərimanov və Məmməd Əmin Rəsulzadə münasibətləri 

 

Bu  iki  tarixi  şəxsiyyət  arasında  əlaqələrin  hansı  formada  olması  maraq  doğursa  da,  indiyə  qədər 

öyrənilməmişdir.  Sadəcə  M.Ə.Rəsulzadə  irsini  araşdıran  Azərbaycan  Xalq  Cümhuriyyətinin  tədqiqatçıları 

Nərimanovun siyasi fəaliyyətinə ideoloji rakursdan yanaşaraq, müəyyən anlaşılmazlığa, səhvlərə yol vermişlər. 

Nərimanovşünaslar da heç bir tarixi dəlilə, fakta əsaslanmayan Azərbaycanın Müsavat dövrünə münasibətdə 

eyni səhvləri təkrar etmişlər. Bəs həqiqət necədir? Bu həqiqətləri arayıb-ortaya çıxarmaq üçün arxiv materialarına, 

dövrün mətbuat səhifələrinə, Nərimanov və Rəsulzadənin nitqlərinə, məqalələrinə nəzər yetirmək gərəkdir. Əlbəttə 

ki,  bu  iki  tarixi  şəxsiyyət  Azərbaycanın  bir-birinin  əksi  olan  müxtəlif  ideoloji  sistemlərini  müəyyənləşdirmiş, 

dövlətçilik  yolu  seçmişlər.  Nərimanov  və  Rəsulzadənin  istəkləri  arasındakı  fərqi  ortaya  qoymaq  üçün  yaranmış 

siyasi  situasiyalar,  Azərbaycanın  xarici  dövlətlərlə  münasibətləri,  beynəlxalq  şərait  nəzərə  alınmalı,  qərəzsiz 

şəkildə təhlilini tapmalıdır. Tarixi şəxsiyyətlər arasında münasibətlərə ilk dəfə mərhum professor Şamil Qurbanov 

toxunmuş,  bəzi  məqamlara  aydınlıq  gətirmişdir.  Sadəcə,  Şamil  müəllim  məsələyə  Nərimanovun  siyasi  nöqteyi-

nəzərindən  “Rəsulzadənin  istədiyini  biz  istəmirik”  cavabını  əsas  götürmüş  bu  şəxsiyyətlərin  bir-birinə  olan 

münasibətlərinin  emosional  tonunu  araşdırmasma  əlavə  etmək  istəməmişdir.  Ancaq  istər  Nərimanov,  istər 

Məmmədəmin Rəsulzadə öz çıxışlarında, yazılarında bir-birilərinin ünvanına çox kəskin ittihamlarda bulunmuşlar. 

“Müsavat  ölmüşdür,  tarix  onu  məhvə  məhkum  etmişdir”.  Bu  hökmü  Nərimanov  Moskvadan  Bakıya 

dönəndən  sonra  “Təzə  Pir”  məscidinin  həyətindəki  görüşündə  səsləndirmişdir.  Həmin  vaxt  M.Ə.Rəsulzadənin 

Moskvaya  Stalinin  yanında  çalışmasına  baxmayaraq  Müsavata  qarşı  kampaniya  aparılırdı.  Azərbaycan  Xalq 

Cümhurriyyəti  “milli  burjua  hökuməti”,  “varlı  və  mülkədarların  mənafelərinə  xidmət  edən  siyasi  quruluş”  kimi 

ittihamlara hədəf olurdu. “Moskvadan Bakıya vürud edən Nəriman “Təzə Pir” meydanında xalqa xitabən söylədiyi 

nitqində diyordu ki, məxsusi bir komisiyon təşkil etdik. Bu komisiyon əski hökumətin ovraqını tədqiq ediyor. Bir 

kaç  gün  sonra  nəticəni  elan  edəcək,  o  vaxt  siz  də  görəcəksiniz  ki,  nə  kimi  xainlər  sizi  idarə  ediyormuş”. 

Nərimanovun  “xain”  adlandırdığı  hökumətin  başında  dayanmış  M.Ə.Rəsulzadə  Türkiyədə  nəşr  etdirdiyi 

“Azərbaycan  Xalq  Cümhuriyyəti”  əsərində  bolşeviklərin  təftişçilik  işini  xatırladandan  sonra  yazır:  “Fəqət 

Nərimanov və yoldaşları ruslara satmadıqları bir şey buraxmadılar”. Bütün bu söz atışmaları, qarşılıqlı ittihamlar 

Nərimanovun  bolşeviklərə  aldanışını  anladığı  1923-cü  ilədək,  M.Ə.Rəsulzadənin  isə  ömrünün  axrınadək  davam 

etmişdir. 

Azərbaycanın müstəqilliyinə münasibətdə fərqliliklər bu iki tarixi şəxsiyyət arasında ziddiyyətlərə yol açsa 

da, ittihamlar heç vaxt şəxsi xarakter almamışdır. Nərimanovla Rəsulzadə eyni dövrün meydana çıxardığı millət 

fədailəridir. 

Onlar 

bir-birini çox yaxından tanımış, hətta bəzi tarixi mərhələlərdə eyni siyasi mövqedən çıxış etmişlər. 



Hər ikisi siyasətə “Hümmət” sosial demokrat qrupundan gəlmiş, eyni mövqeni paylaşmışlar. M.Ə.Rəsulzadə 

“Stalinlə ixtilal xatirələri”ndə öz siyasi keçmişinin sosial demokratlara bağlılığını göstərərək, “Hümmət”in onun 

tərəfindən  yaradılaraq,  sonradan  başqa  həmfikirlərinə  ötürdüyünü  yazır.  Azərbaycan  Milli  hökumətinin  ilk  milli 

təhlükəsizlik  naziri  Nağı  bəy  Şeyxzamanlı  Türkiyədə  mühacirətdə  yaşadığı  dönəm  qələmə  aldığı  “Biz  və  ağlar” 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə