Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

22 

 

inanırdılar.  Ancaq  inamları,  istəkləri  daşa  toxundu.  Nəriman  Nərimanovda  AXC-nin  yürütdüyü  müstəqillik 



siyasətini  davam  etdirmək,  “Müstəqil  Sovet  Azərbaycanı”  yaratmaq  istəyirdi.  Onun  da  bu  istəkləri  alınmadı. 

Təzyiqlər,  təhdidlər  aram  vermədi.  Açıq  mübarizə  taktikasına  sadiq  olan  Nəriman  Kremlin  hücrələrində  məhv 

edildi. Qətlindən sonra belə millətçilikdə günahlandırıldı, adı yasaqlandı. 

Azərbaycan  xalqının  yaratmış  olduğu  bu  iki  şəxsiyyət  dövlətçilik  tariximizin  silinməz  səhifələrini 

yazdıqlarından,  hər  ikisi  diqqətlə  öyrənilməli,  fəaliyyətləri  araşdırılmalı,  tədqiq  olunmalıdırlar.  Onları  bir-birinə 

qarşı  qoymaq  ən  azı  günahdır.  Çünki  bu  şəxsiyyətlər  tarixin  amansız  məqamlarında  milli  Azərbaycan  davası 

aparmış kişilərdir. 

 

 



Nərimanovun formalaşdırdığı qrup və onun iflası 

 

Həştərxandan  Bakıya  Azərbaycan  İnqilab  Komitəsinin  sədri  kimi  dönən  Nərimanov  hakimiyyətə  gələn 

zaman mütləqi-hakim deyildi və əslində o, artıq bir neçə güc mərkəzi kimi formalaşmış qruplarla savaşmalı idi. 

Bakıda  və  əyalətlərdə  baş  verən  hadisələrə  təsir  imkanlarını  əlində  saxlayan  qrupların  məqsədi  Nərimanovu  öz 

tərəflərinə  çəkmək,  istədikləri  istiqamətdə  fəaliyyətə  sövq  etmək  idi.  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

liderlərindən  sonra  milli  lider  obrazında  görünüb  xalqın  maraqları  naminə  fəaliyyət  göstərmək,  bununla  da 

cəmiyyətdə ziyalı, ağsaqqal obrazını qoruyub saxlamaq Nərimanov üçün asan deyildi. 

Moskvanın mərkəzi orqanları (Stalin, Çiçerin, Yaroslavski), Kommunist Partiyasının Zaqafqaziya komitəsi 

(Serqo Orconikidze), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, Bakı şəhər Partiya komitələri (Sergey 

Kirov,  Lominadze,  Stasova,  Levon  Mirzoyan)  müxtəlif  qrupları  təmsil  edir,  bu  qruplar  isə  birbaşa  Stalinə  daha 

yaxın olmaq üçün mübarizə aparırdılar. 

Pankratovun rəhbərliyi ilə XI Qızıl Ordu əndazəyə sığmayan tərzdə ölkədə qanunsuzluqla məşğul olur, milli 

burjua  nümayəndələrinə  qarşı  müharibə  adı  altında  sadə  insanları  incidir,  evləri  talan  edirdilər.  Nərimanovun 

Bakıya dönəndən sonra atdığı ilk siyasi addım XI Qızıl Ordunun bu qanunsuzluqlarının qarşısının alınması oldu. 

Bu çoxsaylı qruplara qarşı tək mübarizə aparmaq çətin olduğu üçün Nərimanov özünə yaxın olan milliyyətcə türk 

kommunistlərini  bir  araya  gətirib,  dövlət  və  partiya  idarəçiliyinə  cəlb  edərək,  belə  demək  mümkünsə,  bir  qrup 

formalaşdırdı.  Əslində  bundan  başqa  çıxış  yolu  da  yox  idi.  Məmməd  Səid  Ordubadi “Nərimançılıq” xatirəsində 

belə bir “milliyyətçi qrupun varlığından hər kəsin xəbəri var idi” deyə yazır. 

Bu  qrupa  Dadaş  Bünyadzadə,  İ.İsrafilbəyov,  Tağı  Şahbazi  Simurq,  Həmid  Sultanov,  Qədirli  kimi  milli 

təmayülçü kommunistlər daxil idilər. Azərbaycanlı kommunistlərdən Mirzə Davud Hüseynov, Əliheydər Qarayev 

və  Pankratov,  Orconikidze,  Mirzoyan  kimi  müxtəlif  qruplar  da  anti-Nəriman  siyasəti  həyata  keçirirdilər.  Onlar 

Nərimanovun  qeyri-millətlərin,  ələlxüsus  erməni  və  yəhudilərin  vəzifələrə  çəkilməsinin  əleyhinə  addımlarını 

millətçilik  kimi  qiymətləndirir,  Stalinə  məlumatlar  ötürürdülər.  “Nərimançılıq”  məhz  belə  bir  vəziyyətdə  ortaya 

çıxmışdı.  Nə  idi  “Nərimançılıq”?  Nərimanov  siyasətinin  əsas  mahiyyəti  azərbaycanlı  fəhlələrin  iş  şəraitini 

yaxşılaşdırmaq,  cəmiyyətin  müxtəlif  sahələri  üçün  milli  kadrlar  hazırlamaq,  Bakınm  erməniləşdirilməsinin 

qarşısını  almaq  idi.  Bu  fəaliyyət  mərkəzin  və  ermənilərin  planlarını  pozduğundan  Nərimanovun  siyasətini 

kommunizmin “Beynəlmiləlçi”liyinə zidd addım kimi qiymətləndirib, onu hər vəchlə zəiflətmək  yolu tuturdular. 

Bununla da onu Kommunist Partiyasının işlərinə yön verməkdən, istiqamətləndirməkdən uzaqlaşdırırdılar. 1923-

cü  ilin  aprelində  gerçəkləşən  Rusiya  Kommunist  Bolşeviklər  Partiyasının  XII  qurultayına  onu  yox,  sıravi 

kommunist  Yusif  Qasımovu  nümayəndə  seçmişdilər.  Bu  həmin  dövr  idi  ki,  Nərimanov  həm  mərkəzlə,  həm  də 

yerlərdəki  “sol”larla  döyüş  savaşına  çıxıb  Stalinə  məxfi  qrifli  irihəcmli  məktub  göndərərək,  “Azərbaycanı 

simasızlaşdıranlara  qarşı”  mübarizədə  ona  dəstək  verilmədiyini  bəyan  edirdi.  “Nərimançılıq"  belə  ağır  siyasi 

döyüşlərin  getdiyi  bir  mərhələdə  meydana  gəldi.  “Nərimançılıq”  sovet  diktaturası  formalaşdıran  Rusiya 

kommunistlərinin  Şərq,  türk  cümhuriyyətlərində  yeritdikləri  siyasətin  əleyhinə  olaraq  müxalifətçi  baxışların 

fonunda formalaşmış, özündə yeni siyasi elementlər daşıyan baxışlar sistemiydi. 

Məşhur  tatar  kommunisti,  Stalinin  Şərq  məsələləri  üzrə  müavini  işləmiş  Mirsultan  Qaliyev  eynən  türk 

cümhuriyyətlərinə  münasibətdə  bu  mövqeyi  dəstəkləyirdi.  “Rus  burjuaziyasının  rus  proletariatı  ilə  əvəzlənməsi 

Şərq insanının kədərini azaltmaz” söyləyən Mirsultan Qaliyev də Nərimanovla birgə sosializmi islamla bir arada 

görürür, bolşeviklərin xalqın dini inanclarına qarşı əl uzatmasını korafəhmlik, təhlükəli hal sayırdı. 

Nərimanov  Şərqdə  kommunizmi  islamın  təhlükəli  üsullarla  aradan  qaldırmasının  mümkünsüzlüyünü 

vurğulayırdı. Onu bu düşüncəsinə görə millətçiliklə yanaşı, milli burjuanın qorunub saxlanmasında səy göstərən 

panislamist provakator adlandırırdılar. 

“Zənn  edirəm  ki,  mənim  Nəriman  haqqında  xatirələrim  Nərimançılığın  nə  olması  barədə  zəngin  bir 

materialdır ki, bu material Azərbaycan tarixini yazanlar üçün də qiymətlidir”. Bu sətirlərin müəllifi Azərbaycan 

tarixinin bir çox səhifələrini ustadcasına yaradıcılıq məhsuluna çevirmiş Məmməd Səid Ordubadi “Nərimançılıq”ı, 

millətçiliyin”  qarmaqarışıq  və  mürəkkəb”  bir  nəzəriyyəsi  hesab  edərək  bu  orijinal  nəzəriyyənin  əsasının 

“Kommunizmlə  islamiyyəti  barışdırmaq”  təşkil  etdiyini  qələmə  alır.  Yazıçının  Nərimanovla  görüşü  zamanı 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə